Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti
Fakültə - Filologiya
İxtisas- Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Kafedra: Azərbaycan və xarici ölkələr ədəbiyyatı
Kurs-1
Fənn- Ümumtürk dastanları
Tələbə - Sultanova Vəzifə
Qrup – 940.
Müəllim- Samirə Məmmədova
Mövzular :
"Dədə Qorqud"un müqəddiməsində qadina verilən qiymət
"Koroğlu" dastanının bədii xüsusiyyətləri
"Ural Batir"dastanında Şulqen obrazı
"Alpamış"dastanında qəhrəmanlıq motivləri
"Törəyiş" dastanında insanın yaranması
Mövzu 1. Dədə Qorqud dastanı qadınlar, onların keçmişdən gələn xarakteristikası haqqında məlumatı hələ müqəddimədə verir :
Qarılar dört dürlüdür:
Birisi solduran soydur.
Birisi dolduran toydur.
Birisi evin dayağıdır,
Birisi necə söylərsən,bayağıdır.
Dədə Qorqud qadının xarakteristikasını verərkən “evin dayağı” olan qadınları uca tutur və hər bir igidə də belələrini arzulayır və deyir: “Ozan, evin dayağı oldur ki, yazıdan-yabandan evə bir qonuq gəlsə, ər adam evdə olmasa, ol anı yedirər-içirər, ağırlar-əzizlər, göndərər. Ol Ayişə, Fatimə soyıdır, xanım. Anun bəbəkləri yetsün. Ocağına buncılayın övrət gəlsün.
Mövzu 2. Paşa Əfəndiyev “Azərbaycan şifahi xalq ədəbiyyatı” dərsliyində “Koroğlu”nun dili və bədii xüsusiyyətləri” məsələlərindən də bəhs edib. Müəllifin şərhləri, əsasən, aşağıdakıları əhatə edir:
– “Koroğlu” dastanında müxtəlif silah adları, döyüş istilahları vardır: cida, qılınc, şeşpər, qalxan, toppuz, müştü, hərbə-zorba və s. (səh.456);
– dastandakı şeirlər məzmununa görə döyüşkən ruhlu, ictimai məzmunlu, əxlaqi-tərbiyəvi, lirik, satirik, fəlsəfi mündəricəlidir ;
– Qıratın tərifi ilə bağlı olan ifadələr sadalanır: Qıratı tanrıdan istə, Alma gözlü, qız birçəkli Qırat gəl, At igidin qardaşıdır, səksən min xəzinə pula da vermə... Sonra isə diqqət A.Xodzkonun fikirlərinə yönəldilir: “Öz sevimli Qıratının qaçırılması münasibətilə Koroğlunun oxuduğu mahnılar ən gözəl elegiya hesab edilir ki, Şərq poeziyası bununla fəxr edə bilər”
– bənzətmələrə iki prizmadan yanaşılır: xalq öz qəhrəmanlarını aslana, qartala, laçına, qızılquşa, Qaf dağına, Aya, Günəşə bənzədir: Qarğalar neynər laçına; Koroğlunu görən qoşun şahin görmüş cücələr kimi pərən-pərən düşdü...; paşa, xan, sultan, şah qarğaya, sərçəyə,
Mövzu 3 Dastanda Şulqen Uralın şəri təmsil edən qardaşıdır . Hər zaman Uralı qısqanır. On iki yaşlı Şülgen, on yaşlı qardaşı Uralın xəbərdarlığına və etirazına baxmayaraq, bir gün Yenbirzinin qoyduğu qadağanı pozur və su əvəzinə qabda heyvan qanı içir. Uralın ölümsüzlüyü fəth edə bilməyəcəyini eşidən Şülgen Urala qarşı döyüşmək üçün bir göldə nəhəngləri və ilanları toplayır, lakin məğlub olur.
Mövzu 4. Alpamış” dastanında nəzir-niyazla böyük qardaşın bir oğlu və bir qızı, kiçik qardaşın isə qızı dünyaya gəlir. Lakin tez bir zamanda qardaşlar arasında ziddiyyət yaranır. Kiçik qardaş öz tərəfdarlarından ibarət on min ailə ilə vətəni tərk edir, kalmıkların ölkəsinə köçür. Bütün macəralar bundan sonra başlanır. Oğlan yeddi yaşında ikən qəhrəmanlıq göstərir. O, babasının on dörd batmanlıq yayının kirişini çəkir. Atdığı ox ildırım kimi Əsgər dağının zirvəsinə dəyir. Bu qəhrəmanlığına görə ona “Alpamış” adı verilir. Alpamışm birinci işi müxtəlif tirələrə, tayfalara, hətta aullara parçalanmış ölkəsini birləşdirmək olmuşdur. Alpamış ənənəvi və tipik epik qəhrəmandır. O, mənsub olduğu etnosun, xalqm “qorx-şmazlığını, qəhrəmanhq şücaətini özündə ümumiləşdirən, xalqm taleyini öz taleyi bilən, elin yaxşı günləri, xoşbəxt gələcəyi üçün özünü hər an oda atan, qwban verməyə hazır olan ideal bahadır kimi mücəssəmləşmişdir^ .
Qazaxlann “Ər Tarqm” eposu belə qvırtanr;
Qəhrmanın arzusu- xalqma xidmət,
Qəhrəmanm amalı- xalqım şərəfləndirmək!*
Mövzu 5. Türklər hətta, bayraqlarının üstündə də qurdun şəklini çəkmişlər. Boz Qurdun xilaskarlığı “Boz Qurd”, “Törəyiş” dastanında təsvir olunur. Ana maral (geyik) da türklərin əcdadı olmuşdur. Uyğur “Törəyiş” dastanın Göytürklərin “Boz qurd dastanı” ilə səsləşən cəhətləri var. Belə ki, bu dastanlar “Yaradılış” dastanının davamıdır. “Törəyiş” dastanında deyilir: “Böyük Hun xaqanlarından birinin iki qızı vardı. Bunlar ikisi də bir-birindən gözəl idi. Elə gözəl idilər ki, xaqan onları ancaq ilahilərlə evləndirəcəyinə inanardı. Xaqan qızlarını insanlardan uzaq tutmaq üçün insan ayağı dəyməyən yerdə-qalada gizlətdi. Sonra da tanrısına yalvarmağa başladı. Və nəhayət onun inandığı “tanrı” Boz Qurd cildində qızların yanına gəldi, qızlarla evləndi. Beləliklə, doğulan uşaqlar Boz Qurd ruhu daşıdılar”.
Dostları ilə paylaş: |