Azərbaycan Respublikası



Yüklə 1,23 Mb.
səhifə1/41
tarix28.12.2021
ölçüsü1,23 Mb.
#17004
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   41

Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 10.2-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyası qərara alır:


1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Dövlət Sosial Müdafiə Fondu Aparatının Hüquq şöbəsinə (G.Bağırova) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş hüquqi aktın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə” Dövlət Sosial Müdafiə Fondunun 21 sentyabr 2010-cu il tarixli 941 nömrəli əmrinin 1-ci hissəsi ləğv edilsin.



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin