Misal 31. Qanunvericiliklə müəyyən olunmuş əmək pensiyası yaşına çatmış sığortaolunan qadın yaşa görə əmək pensiyası təyin edilməsi üçün Fondun yerli orqanına müraciət etmişdir. O, təqdim etdiyi sənədlərə əsasən 01.05.2008-ci il tarixədək 33 il istehsalat müəsissələrində çalışmışdır.
Qaydaların 3.1.1-ci yarımbəndinə əsasən sığortaolunanın Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 30 il 8 ay ümumi iş stajına malik olduğu müəyyənləşdirilir və onun fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır:
(30 il tam iş stajı x 170 manat ) + (170 manat : 12 ay x 8 ay) =5213,33 manat.
Eyni zamanda Qaydaların 3.1.2-ci yarımbəndinə əsasən sığortaolunan qadının fərdi uçot məlumatlarına əsasən 01.01.2006-cı il tarixdən 01.05.2008-ci il tarixədək 2 il 4 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində müvafiq pensiya kapitalının qeydə alındığı təsdiq olunur.
3.2. Sosial sığorta stajına Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər də daxil edilir. Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər yalnız şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs) olduqda nəzərə alınır.
Dostları ilə paylaş: |