Azərbaycan Respublikası


Əməyin mühafizəsi xidmətinin Funksiyaları



Yüklə 69,77 Kb.
səhifə3/5
tarix07.01.2024
ölçüsü69,77 Kb.
#208537
1   2   3   4   5
6-2-Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair tövsiyələr

3. Əməyin mühafizəsi xidmətinin Funksiyaları

Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün əməyin mühafizəsi xidmətinə aşağıdakı funksiyalar həvalə edilməlidir:


3.1. İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edilməsi.
3.2. İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edilməsi.
3.3. Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında müəssisənin bölmələrinə köməklik göstərmək;
3.4. İşəgötürənin adından iş yerində əmək şəraitinin vəziyyəti peşə xəstəliyinin səbəbləri və onun əmələ gəlmə müddəti, habelə təhlükəli və zərərli istehsalat amillərindən müdafiə üzrə görülmüş tədbirlər haqqında işçilərə informasiya vermək;

  1. İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak etmək;

  2. Müəssisənin müvafiq bölmələri ilə birlikdə və həmkarlar ittifaqlarının və ya əmək kollektivlərinin vəkil (etibarlı) etdikləri şəxslərinin iştirakı ilə binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki vəziyyətini, onların əməyin mühafizəsi üzrə standartlara, normativ hüquqi aktlara uyğunluğunu, ventilyasiya sisteminin səmərəliyini, işçilərin sanitar-texniki, kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunması vəziyyətini yoxlamaq və ya yoxlama müayinələrində iştirak etmək;

3.7. Müəssisənin bölmə rəhbərləri və digər xidmətləri ilə birlikdə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onları əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri səviyyəsində çatdırmaq, tədbirlər hazırlamaq, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilati köməklik göstərmək;

  1. Müəssisədə kollektiv müqavilənin, “Əməyin mühafizəsi” bölməsinin tərtib edilməsində iştirak etmək;

  2. Müəssisədə hazırlanan layihə sənədlərinin əməyin mühafizəsi tələblərinə uyğun gəlməsi məqsədilə razılaşdırılması;

  1. Əməyin mühafizəsi haqqında normativ hüquqi aktların tələblərinə əməl edilməsi üçün tikintisi başa çatmış və yenidənqurulmuş istehsalat təyinatlı obyektlərin istismara qəbul komissiyalarının, həmçinin qurğuların, aqreqatların, dəzgahların və digər avadanlıqların təmirdən sonra qəbul komissiyaların işində iştirak etmək;

  2. Müəssisə bölmələrinin rəhbərlərinə icbari olaraq əvvəlcədən (işə qəbul zamanı) və dövrü (əmək fəaliyyəti müddətində) tibbi müayinədən keçən işçilərin peşə və vəzifələrinin siyahısının hazırlanmasında, həmçinin qüvvədə olan qanunvericilik əsasında ağır, zərərli və təhlükəli iş şəraitinə görə işçilərə verilən müavinət və imtiyazlara uyğun peşə və vəzifələrin siyahıların tərtib olunmasına kömək etmək;

  3. Müəssisənin və müvafiq xidmətlərin rəhbərlərinin iştirakı ilə əməyin mühafizəsi üzrə təlimatların hazırlanması, peşələrin və iş növlərinin siyahısının tərtib edilməsi;

  4. Müəssisənin bölmə rəhbərlərinin işçilər üçün əməyin mühafizəsi üzrə təlimatların, əməyin təhlükəsizliyi sistemi standartlarının müəssisə standartlarının hazırlanması və yenidən baxılması zamanı metodiki köməklik göstərmək;

  5. Yeni işə qəbul olunanlarla, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçirmək;

3.15. İşçilər üçün əməyin mühafizəsi üzrə təlimatların; əməyin mühafizəsi sistemi standartların müəssisə standartının; iş yerlərində ilkin təlimatlandırmadan azad olunan peşələrin və işçi vəzifələrinin siyahısına aid sənədlərin layihələrinin razılaşdırılması;
3.16. Əməyin mühafizəsi üzrə təlimatlandırmanın (iş yerlərində ilkin, təkrar, plandan kənar, məqsədli) təlimin və biliklərin yoxlanılmasının təşkilinə metodiki köməklik göstərmək;
3.17. Müəssisə işçilərinin əməyin mühafizəsi üzrə biliklərini yoxlayan komissiyanın işində iştirak etmək;

  1. Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasına metodiki köməklik göstərmək;

  2. Müvafiq müddətə və müayinədən edilmiş formada əməyin mühafizəsi üzrə hesabat hazırlamaq;

  3. Aşağıdakılara nəzarəti həyata keçirmək:

- əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsinə;
- fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsinə;
- istehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi uçotunun aparılması haqqında Əsasnaməyə əməl edilməsinə;
- kollektiv müqavilənin, “Əməyin mühafizəsi” bölməsinin əməyin mühafizəsi, bədbəxt hadisə əmələ gətirən səbəblərin aradan qaldırılması üzrə tədbirlərin, dövlət nəzarət orqanları tərəfindən verilmiş göstərişlərin, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə digər tədbirlərin yerinə yetirilməsinə;
- əməyin mühafizəsi üzrə təlimatların hazırlanması vacib olan peşə və iş növlərinin siyahısına uyğun olaraq bölmələrdə işçilər üçün əməyin mühafizəsi üzrə təlimatların mövcudluğuna və vaxtında onlara yenidən baxılmasına;
- təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsi qrafikinə əməl edilməsinə;

  • avadanlıqların, maşın və mexanizmlərin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinəsinin vaxtında keçirilməsinə;

  • ventilyasiya və aspirasiya sistemlərinin işinin səmərəliliyinə;

  • qoruyucu və mühafizə vasitələrinin vəziyyətinə;

- əməyin mühafizəsi üzrə təlimin, biliklərin yoxlanmasının və hər cür təlimatlandırmanın vaxtında və keyfiyyətli keçməsinə;

  • xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə, yuyulmasına, kimyəvi təmizlənməsinə, qurudulmasına, tozsuzlaşdırılmasına, yağsızlaşdırılmasına və təmirinə;

  • əməyin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə ayrılmış vəsaitin muəssisə tərəfindən düzgün xərclənməsinə;

  1. Daha mükəmməl hasarlama texnikası, qoruyucu və blakirovka qurğuları, konstruksiyaları, təhlükəli və zərərli istehsalat amillərinin təsirindən digər müdafiə vasitələrinin hazırlanması və tətbiqi haqqında təkliflər hazırlayıb vermək;

  2. Müəssisənin əməyin mühafizəsi fondundan istifadə edilməsi üzrə təkliflərin ümumiləşdirilməsi və təhlil edilməsi;

  3. Əməyin mühafizəsi üzrə tətbiq edilən yeni qanunvericilik və digər normativ hüquqi aktları işçilərin nəzərinə çatdırmaq;

3.24. Normativ hüquqi aktlara müəyyən edilmiş müddətlərdə sənədlərin ( №-1 akt forması və istehsalatda bədbəxt hadisələrin təhqiqi üzrə digər sənədlər, təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin protokollarını, iş yerlərinin attestasiya və sertifikasiya və s. materialların) saxlanılmasının təşkili;
3.25. İşçilərin əməyin mühafizəsi üzrə məktublarına, ərizələrinə və şikayətlərinə baxmaq, onlar üzrə mövcud və təhqiqat nəticəsində aşkar olunmuş çatışmamazlıqlar və nöqsanların aradan qaldırılması üzrə işəgötürənə (bölmə rəhbərlərinə) təkliflər vermək;
3.26. Əməyin mühafizəsi kabinetinin işinə, müəssisədə əməyin mühafizəsi üzrə informasiyanın və təbliğatın təşkili, bu məqsəd üçün daxili radio qovşağı, televiziya proqramını, video və kinofilmləri, müəssisənin az tirajlı mətbuatını, divar qəzetini, vitrinanı və s. istifadə etmək.2



Yüklə 69,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin