M Ü Ə Y Y Ə N E T D İ :
Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-358/2016 saylı, 16 may 2016-cı il tarixli
qətnaməsi ilə ilk iddia təmin edilmiş, Quliyev Tahir Yadigar oğlu ilə Quliyeva Anay
Nurəddin qızı arasında 18.04.2008-ci il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində
bağlanmış nikah pozulmuş, tərəfərin birgə nikahından anadan olmuş 03.03.2009-cü il
təvəllüdlü Quliyev Səbuhi Tahir oğlunun anası Quliyeva Anay Nurəddin qızının yanında
qalması müəyyən edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, 03.03.2009-cü il
təvəllüdlü Quliyev Səbuhi Tahir oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün
Quliyev Tahir Yadigar oğlundan 16.05.2016-cı il tarixdən başlayaraq hər ay Quliyeva
Anay Nurəddin qızının xeyirinə 117 manat sabit pul məbləğində alimentin tutulması qət
olunmuş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir (hakim A.İ.İsmayılov).
Qətnamədən ilk iddia üzrə cavabdeh Quliyeva Anay Nurəddin qızı apellyasiya
şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-358/2016 saylı, 16 may 2016-cı
il tarixli qətnaməsinin alimentin tutulması hissəsində ləğv olunmasını, iddianın
qaldırıldığı gündən Quliyev Tahir Yadigar oğlundan hər ay 500 manat sabit pul
məbləğində alimentin tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Dostları ilə paylaş: |