Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ,
T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R I və S Ü B U T L A R I :
İlk iddia üzrə cavabdeh Quliyeva Anay Nurəddin qızı
apellyasiya şikayətini onunla
əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini alimentin tutulması hissəsində əsassız
hesab edir. Belə ki, məhkəmə aliment tutarkən hər şeydən öncə
Quliyev Tahir Yadigar oğlunun
aylıq gəlirini müəyyən etməli idi. Onun hazırda istifadəsində avtomobil vardır və bu
avtomobilin bir aylıq saxlanma xərci 200-300 manat təşkil edir. Belə olan halda, onun
uşağı üçün ondan ayda 117 manat məbləğində alimentin tutulması ədalətsizdir. Bundan
başqa, birgə nikahdan doğulmuş uşaq kəskin bronxit xəstədir və aliment təyin olunarkən
bu diqqətəlayiq hal kimi nəzərə alınmalı idi. Bu barədə sübutlar məhkəməyə təqdim
olunsa da, məhkəmə tərəfindən nəzərə alınmamışdır. İşə baxarkən məhkəmə MPM-nin
normalarını da pozmuşdur. Məhkəmə bu halları nəzərə almamışdır və
buna görə də
qətnamə alimentin tutulması hissəsində ləğv olunmalıdır.
Quliyeva Anay Nurəddin qızı apellyasiya şikayətini əsaslandırmaq üçün AR Ailə
Məcəlləsinin 78.1, 78.2, MPM-nin 88, 217.3, 385.1.4, 360 və 384.0.2-ci maddələrinə
istinad edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-358/2016 saylı, 16 may 2016-cı il
tarixli qətnaməsinin alimentin tutulması hissəsində ləğv olunmasını, iddianın qaldırıldığı
gündən Quliyev Tahir Yadigar oğlundan hər ay 500 manat sabit pul məbləğində
alimentin tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya baxışı zamanı məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı
iddia üzrə iddiaçı Quliyeva Anay Nurəddin qızının nümayəndəsi Məhərrəmov Əbdül
Azər oğlu apellyasiya şikayətini
müdafiə edərək, Sumqayıt Şəhər Məhkəməsinin
2(060)-358/2016 saylı, 16 may 2016-cı il tarixli qətnaməsinin alimentin tutulması
hissəsində ləğv olunmasını, iddianın qaldırıldığı gündən Quliyev Tahir Yadigar
oğlundan hər ay 500 manat sabit pul məbləğində alimentin tutulması barədə yeni
2
qətnamə çıxarılmasını xahiş etdi.
Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə
cavabdeh Quliyev Tahir Yadigar oğlunun nümayəndəsi Hüseynova Pərvanə Valeh qızı
apellyasiya şikayətinə etiraz edərək izahatında göstərdi ki, apellyasiya şikayətindəki
dəlillər məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz.
Apellyasiya şikayəti formal xarakter daşıyır və heç bir qanuni dəlillərə əsaslanmır.
Sonda o, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin
qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız
tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin
gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə
tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd
olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir.
Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır.
İş materiallarında olan Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17
noyabr 2015-ci il tarixli, 1638 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, 18
aprel 2008-ci il tarixdə Quliyev Tahir Yadigar oğlu ilə Məmmədova Anay Nurəddin qızı
arasında rəsmi nikah bağlanmış və nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı
verilmişdir.
Yenə iş materiallarında olan 17 noyabr 2015-ci il tarixli, 1639 nömrəli doğum
haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından 03.03.2009-cü il
təvəllüdlü Quliyev Səbuhi Tahir oğlu adlı uşaq anadan olmuşdur.
İşdə olan stasionar xəstənin tibbi kartasından 631 saylı çıxarışdan görünür ki,
03.03.2009-cü il təvəllüdlü Quliyev Səbuhi Tahir oğlu kəskin bronxit diaqnozu ilə 6
saylı Uşaq Klinik Xəstəxanasında qeydə alınaraq, müalicə almışdır.
Dostları ilə paylaş: |