AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Q Ə T N A M Ə
AZƏRBAYCAN RESPUBLİKASI
SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİNİN
MÜLKİ KOLLEGİYASI
21 noyabr 2016-cı il
№ 2(105)-1730/2016
Sumqayıt
şəhərində
Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi,
Hakimlər Azər Qəmbər oğlu Hüseynov və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə
Zümrüd Ruslan qızı Abbaslının katibliyi,
İddiaçının nümayəndəsi: Rəşad Elşad oğlu Eldarov,
Cavabdehlər: Emil Mais oğlu Mahmudov və Elşən Mais oğlu Mahmudovun iştirakları ilə,
İddiaçı «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyət Cəmiyyətinin
cavabdehlər Mahmudov Emil Mais oğlu, Mahmudov Elşən Mais oğlu, Məmmədova Sevda
İsmayıl qızı, Əhmədova Gözəl Mais qızı və Məmmədova Aynurə Akfi qızına qarşı əsas
borcun, ödənilməmiş faizlərin və dəbbə borcunun alınması, ipoteka predmetinə tutmanın
yönəldilməsi və qeydiyyatda olanların məcburi qaydada çıxarılması tələbinə dair mülki iş
üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2016-cı il tarixli qətnaməsindən cavabdehlər
tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq
M Ü Ə Y Y Ə N E T D İ:
Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakim
İ.M.Mahmudov) iddianın təmin edilməsi, iddiaçı «TBC Kredit» bank olmayan kredit təşkilatı
MMC-nin xeyrinə cavabdeh Mahmudov Elşən Mais oğlundan 02 oktyabr 2014-cü il tarixli
SUMG1-10447-6041 saylı kredit müqaviləsi üzrə 27 366,65 (iyirmi yeddi min üç yüz altmış
altı dollar altmış beş sent) ABŞ dolları məbləğində əsas, 5517,74 (beş min beş yüz on yeddi
dollar yetmiş dörd sent) ABŞ dolları faiz,
qətnamənin icra olunduğu günə olan Azərbaycan
manatı məzənnəsi ilə
cəmi 32884,39 (otuz iki min səkkiz yüz səksən dörd dollar otuz
doqquz sent) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, ipoteka ilə yüklü edilmiş
Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 32 nömrəli binanın 4-cü mərtəbəsində
yerləşən 64,9 kv.m ümumi, 39,6 kv.m yaşayış, 25.3 yardımçı sahədən ibarət olan 3 otaqlı
80 nömrəli mənzilinin ilkin satış qiyməti 70000 manat məbləğində müəyyən edilməklə açıq
hərracda satılması, mənzilə tutmanın yönəldilməsi və o satıldıqda orada yaşayan şəxslərin
ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzilin satışından əldə olunmuş pul
vəsaitinin cavabdeh Mahmudov Elşən Mais oğlunun iddiaçı «TBC Kredit» bank olmayan
kredit təşkilatı MMC-yə olan 32884,39 (otuz iki min səkkiz yüz səksən dörd dollar otuz
doqquz sent) ABŞ dolları məbləğində borcunun ödənilməsinə yönəldilməsi, ödənilmiş 30
(otuz) manat dövlət rüsumu və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30
manat məbləğində pulun cavabdeh Mahmudov Elşən Mais oğlundan tutularaq iddiaçı «TBC
Kredit» bank olmayan kredit təşkilatı MMC-yə ödənilməsi qət edilmişdir.
İ Ş İ N H A L L A R I:
İddiaçı «TBC Kredit» bank olmayan kredit təşkilatı MMC cavabdehlər Mahmudov Emil
Mais oğlu, Mahmudov Elşən Mais oğlu, Məmmədova Sevda İsmayıl qızı, Əhmədova Gözəl
Mais qızı və Mahmudova Aynurə Akif qızına qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər
Məhkəməsinə müraciət edərək, cavabdehlər E.M.Mahmudov və E.M.Mahmudovdan iddiaçı
«TBC Kredit» bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə 27366,65 ABŞ dolları
məbləğində əsas borcun, 5517,74 ABŞ dolları faiz borcunun, cəmi 32884,39 ABŞ dolları
məbləğində kredit borcunun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat
məbləğində pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun alınması, Sumqayıt
şəhəri, 10-cu mikrorayonda yerləşən 32 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 64,9
kv.m ümumi, 39,6 kv.m yaşayış, 25.3 yardımçı sahədən ibarət olan 3 otaqlı 80 nömrəli
mənzilinin ilkin satış qiymətinin 70000 manat məbləğində müəyyən edilməklə açıq
hərracdan satılması, cavabdehlər Mahmudov Emil Mais oğlu, Mahmudov Elşən Mais oğlu,
Məmmədova Sevda İsmayıl qızı, Əhmədova Gözəl Mais qızı və Mahmudova Aynurə Akif
qızının Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 32 nömrəli binanın 4-cü
mərtəbəsində yerləşən 64,9 kv.m ümumi, 39,6 kv.m yaşayış, 25.3 yardımçı sahədən ibarət
olan 3 otaqlı 80 nömrəli mənzilindən hərrac keçirildikdən bir ay sonra məcburi qaydada
çıxarılmaları haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «TBC Kredit» bank olmayan kredit təşkilatı
MMC ilə cavabdeh Mahmudov Elşən Mais oğlu arasında ona 90 000 (doxsan min) ABŞ
dolları kredit verilməsi mümkünlüyünü nəzərdə tutan 02 oktyabr 2014-cü il tarixli SUMG1-
10447-6041 saylı kredit müqaviləsi, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada
və
vaxtında
icrasını
təmin
etmək
məqsədilə
E.M.Mahmudov,
E.M.Mahmudov,
S.İ.Məmmədova, G.M.Əhmədova və A.A.Mahmudovanı ümumi paylı mülkiyyət hüququ
əsasında məxsus olan, Daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının
149 nömrəli vərəqində qeydiyyata alınan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 32
nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 64,9 kv.m ümumi, 39,6 kv.m yaşayış, 25.3
yardımçı sahədən ibarət olan 3 otaqlı 80 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsini
nəzərdə tutan 02 oktyabr 2014-cü il tarixli SUMG1-10447-6041+C0000044231 saylı ipoteka
müqaviləsi və 02 oktyabr 2014-cü il tarixdə E.M.Mahmudov ilə SUMG1-10449 saylı
zaminlik müqaviləsi bağlanılmış və 02 oktyabr 2014-cü il tarixli SUMG1-10447-6041-6041/1
saylı razılaşma ilə illik 22 faiz olmaqla 72 ay müddətinə 17000 ABŞ dolları və 02 oktyabr
2014-cü il tarixli SUMG1-10447-6041+C0000044231 saylı ipoteka müqaviləsi bağlanılmış
və 06 yanvar 2015-ci il tarixli SUMG1-10447-6041-6041/2 saylı razılaşma ilə illik 22 faiz
olmaqla 69 ay müddətinə 13000 ABŞ dolları məbləğində kredit E.M.Mahmudova verilmiş və
kreditin 72 ay ərzində aylıq 758 ABŞ dolları olmaqla ödənilməsi müəyyən edilmişdir.
E.M.Mahmudov tərəfindən kredit üzrə qeyd olunan ödəniş qrafiki ilə kreditin və faizlərinin
qaytarılması günləri dəfələrlə pozulmuş və sonuncu tərəfindən ödəniş 25 noyabr 2015-ci il
tarixdə 570 ABŞ dolları məbləğində edilmişdir. Ödəniş qrafiki ilə 09 mart 2016-cı il
tarixinədək ödənilməsi nəzərdə tutulan 1 328,76 ABŞ dolları cari əsas borc, 2758,87 ABŞ
dolları cari faiz borcu ödənilməmiş, nəticədə 09 mart 2016-cı il tarixədək 953 ABŞ dolları
dəbbə borcu, cəmi 3840,63 ABŞ dolları məbləğində kredit borcu yaranmış və
ödənilməmişdir.
Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll
edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
VƏ TƏRƏFLƏRİN İZAHATLARI:
Cavabdehlər E.M.Mahmudov, E.M.Mahmudov, S.İ.Məmmədova, A.A.Mahmudova və
G.M.Əhmədova apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, kredit müqaviləsinin
müddəti bitməyib və E.M.Mahmudovun da kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə
yetirilməsində yaranmış müvəqqəti çətinlik ümumi respublikada yaranmış maliyyə bazarı
problemləri ilə bağlıdır. Digər tərəfdən iddia tələbində daşınmaz əmlakın satılmasından
sonra orada yaşayanların mənzildən çıxarılması barədə qətnamə çıxararkən, məhkəmə
əmlakdan çıxarılmanın ancaq mülkiyyətçinin subyektiv hüququ olması məsələsini nəzərə
almamışdır. Hazırda isə iddiaçı mülkiyyətçi deyil və bu tələbi qaldıra bilməz. Məhkəmə kredit
müqaviləsinin müddəti bitmədiyi halda, müqaviləyə xitam vermədən, artıq borcun ipotekaya
yönəldilməsini qət edərkən qanunvericiliyin tələbini pozmuşdur. Sumqayıt Şəhər
Məhkəməsinin 11 aprel 2016-cı il tarixli 2(060)-4763/2016 saylı qətnaməsini ləğv edib, iddia
tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Cavabdehlər Emil Mahmudov və Elşən Mahmudov apellyasiya şikayətinin dəlillərini
müdafiə etdilər, ona oxşar izahat verdilər və onun təmin olunmasını məhkəmədən xahiş
etdilər.
İddiaçının nümayəndəsi R.E.Eldarov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi,
məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya
2
şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
İş üzrə cavabdehlər S.İ.Məmmədova, A.A.Mahmudova və G.M.Əhmədova məhkəmə
iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir
üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin
376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş
tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə
gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən
yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır.
Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya
şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir
ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməlidir, apellyasiya şikayəti isə
qismən təmin edilməlidir.
H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R:
İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin
edərkən, tərəflər arasında kredit və ipoteka müqaviləsi olmasına və cavabdeh tərəfindən
həmin müqavilənin şərtlərini yerinə yetirməməsinə istinad etmişdir.
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz
borcu hissəsində qanuni və əsaslı hesab edilə bilməz, işin məhkəmə iclasında araşdırılmış
faktiki hallarına uyğun deyildir, qalan hissədə qətnamə qanuni və əsaslıdır.
Azərbaycan
Respublikası
MPM-nin
372.6-cı
maddəsinə
əsasən
apellyasiya
instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun
barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə
məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona
etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam
yoxlayır.
Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi
apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual
hüquq normalarına riayət etməsini yoxlayır.
Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh E.M.Mahmudov və
qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə
yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən
mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və
əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi
və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət
verilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən
qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq
normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun
çıxarılmalıdır.
Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün
əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər
sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən
görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana
keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı
öhdəsinə götürür.
Eyni zamanda, həmin kredit müqaviləsinin şərtlərindən və işin digər materiallarından
göründüyü kimi, iddiaçı ilə cavabdeh E.M.Mahmudov arasında bağlanmış 02 oktyabr
2014-cü il tarixli SUMG1-10447-6041 saylı kredit müqaviləsi 72 ay müddətinə bağlanmış və
artıq kredit müqaviləsinin müddətinin tamam olmasına baxmayaraq cavabdeh üzərinə
götürdüyü öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki,
tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən
şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin
3
tələblərinə müvafiq surətdə hərəkət etməlidir.
Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya
icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,
öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər
arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu
aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır.
Birinci instansiya məhkəməsi iclasında araşdırılan hallarından görünür ki, cavabdeh
E.M.Mahmudov 02 oktyabr 2014-cü il tarixli SUMG1-10447-6041 saylı kredit müqaviləsi
üzrə banka olan kredit borcunun ödənişlərini lazımi qaydada həyata keçirməmiş və onun
hal-hazırda kredit borcu 27 366,65 ABŞ dolları məbləğində əsas, 5517,74 ABŞ dolları faiz,
cəmi 32884,39 ABŞ dolları təşkil etmişdir. Lakin cavabdehlər bu məbləğlə razı olmadıqlarını
bildirmişlər.
İş materiallarına əsasən «TBC Kredit» bank olmayan kredit təşkilatı MMC ilə cavabdeh
Mahmudov Elşən Mais oğlu arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli SUMG1-10447-
6041 saylı kredit müqaviləsinə əsasən 02 oktyabr 2014-cü il tarixli SUMG1-10447-6041-
6041/1 saylı razılaşma ilə illik 22 faiz olmaqla 72 ay müddətinə 17000 ABŞ dolları və 06
yanvar 2015-ci il tarixli SUMG1-10447-6041-6041/2 saylı razılaşma ilə illik 22 faiz olmaqla
69 ay müddətinə 13000 ABŞ dolları məbləğində kredit E.M.Mahmudova verilmiş, kreditin 72
ay ərzində aylıq 758 ABŞ dolları olmaqla ödənilməsi müəyyən edilmiş və borcalan aldığı
kreditləri və kreditə görə faizləri ödəniş qrafiki əsasında hər növbəti ayın 05-dək və ya
20-dək həyata keçirməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı həmin müqavilənin ləğv
olunması barədə iddia tələbi irəli sürməmişdir, lakin əsas və faiz borcun tam həcmdə tələb
etmişdir. Bununla əlaqədar olaraq iş üzrə ekspertiza təyin edilmişdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki,
öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
Həmin Məcəllənin 448.1 və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və
müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan
öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün
məsuliyyət daşıyır.
Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər,
əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə,
həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2016-cı il tarixli
20015 saylı rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları,
02 oktyabr 2014-cü il tarixli SUMGİ-1-10447-6041/1 və 02 oktyabr 2014-cü il tarixli SUMGİ-
1-10447-6041/2 saylı Kredit Razılaşmalarının şərtləri nəzərə alınmaqla sual üzrə 15 mart
2015-ci il tarixə cavabdeh E.M.Mahmudovun iddiaçı «TBC Kredit» Bank olmayan Kredit
Təşkilatı MMC-ə olan borcu 30.366,98 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən
əsas kredit borcu 28.454,22 ABŞ dolları və faiz borcu 1912,76 ABŞ dolları təşkil edir.
Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak
edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
İş materiallarından görünür ki, iddiaçı cavabdehlərdən 27.366,65 ABŞ dolları əsas
borcu və 5.517,74 ABŞ dolları faiz borcun ödənilməsini tələb etmişdir.
Məhkəmə kollegiyası ekspertiza rəyini, iş üzrə iddiaçı tərəfindən müqavilənin xitam
olunması barədə iddianı irəli sürməməsini nəzərə alıb, hesab edir ki, əsas borc hissəsində
qətnamə dəyişdirilmədən saxlanılmalıdır, faiz borc hissəsində isə qətnamə ekspertiza rəyinə
əsasən dəyişdirilməlidir.
Kredit müqavilələrinin 6.1. bəndindən görünür ki, həmin müqavilələr üzrə verilmiş
kredit 02 oktyabr 2014-cü il tarixli SUMG1-10447-6041+C0000044231 saylı ipoteka
müqaviləsi ilə təmin olunur.
Qeyd olunan ipoteka müqaviləsindən, həmin müqaviləyə 1 saylı Əlavədən, Daşınmaz
Əmlakın Dövlət Reyestrindən 03.10.2014-cü il tarixli seriya RX 0516260 №-li Çıxarışdan və
işin digər materiallarından görünür ki, borcalan E.M.Mahmudovun öhdəliklərinin yerinə
yetirilməsi ipoteka ilə təmin edilərək digər cavabdeh Məmmədova Sevda İsmayıl qızına
4
məxsus, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 32 nömrəli binanın 4-cü
mərtəbəsində yerləşən 64,9 kv.m ümumi, 39,6 kv.m yaşayış, 25.3 yardımçı sahədən ibarət
olan 3 otaqlı 80 nömrəli mənzil ipotekaya qoyulmuş və həmin ipoteka rəsmi dövlət
qeydiyyatına alınmışdır.
Qətnamədən görünür ki, mənzillər satıldıqdan sonra 1 aydan gec olmayaraq
cavabdehlərin ailə üzvlərinin mənzildən çıxarılmaqla mənzilin boşaldılması barədə iddia
tələbini təmin edərkən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası “İpoteka
haqqında” Qanununun 59.3 və 59.4-cü maddələrinə istinad etmişdir.
Qeyd olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla
birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay
ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə
şərtləndirilir.
Bu Qanunun 59.4-cü maddəsinə görə isə bu Qanununun 59.3-cü maddəsində nəzərdə
tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər
tutduqları yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq
olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında
məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş yaşayış sahəsi
satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və
digər şəxslər tutduqları yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya
mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər.
Hüquqi müəyyənlik prinsipinə xüsusi əhəmiyyət verən Avropa İnsan Hüquqları
Məhkəməsi «Brimeresku Rumıniyaya» qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin
fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsispidir, hansıki digərləri ilə yanaşı
tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə
altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət
mühakiməsinin səhvlərinin və boşluqlarının
aradan qaldırılması üçün mühüm və qeyri-müəyyən
halların mövcudluğu olsun. (Avropa Məhkəməsinin «Ryabix Rusiya Federasiyasına» qarşı,
«Marquşin Rusiya Federasiyasına» qarşı işlər üzrə qərarları).
Həmçinin, iddia tələbinə əsasən məhkəmə xərclərinin cavabdehdən tutulması tələb
olunur.
Bu yerdə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə
əlaqədar olan məsrəflərdən ibarətdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə
əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin
məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia
ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumundan və
eyni zamanda bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat məsrəfdən
ibarətdir.
Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci
50 (əlli) manat cavabdeh E.Məmmədovdan tutulmalıdır.
Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə
yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir
tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə
sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq
edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz
qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərilən digər
dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar
nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin
apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə
qətnaməsi ləğv edilməməlidir, lakin qətnamə dəyişdirilməlidir.
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və
405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
5
Q Ə T E T D İ:
Cavabdehlər Mahmudov Emil Mais oğlunun, Mahmudov Elşən Mais oğlunun,
Məmmədova Sevda İsmayıl qızının, Mahmudova Aynurə Akif qızının və Əhmədova Gözəl
Mais qızının apellyasiya şikayəti qismən təmin edilsin.
Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 11 aprel 2016-cı il tarixli 2(060)-4763/2016
saylı qətnaməsi dəyişdirilsin.
İddiaçı «TBC Kredit» bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə cavabdeh
Mahmudov Elşən Mais oğlundan 02 oktyabr 2014-cü il tarixli SUMG1-10447-6041 saylı
kredit müqaviləsi üzrə 1.912,76 (min doqquz yüz on iki dollar yetmiş altı sent) faiz pulu
tutulsin.
Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın.
Cavabdeh Mahmudov Elşən Mais oğlundan keçirilmiş iş üzrə ekspertiza xərci 50 (əlli)
manat tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN:
1700326621; Hesab AZ34CTRE00000000000002088501) köçürülsün.
Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul
edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Qətnamədən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya
Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına
kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: imza
Hakimlər: imzalar
Əsli ilə düzdür,
Sədrlik edən
Gülnarə Tağızadə
Sədrlik edən
Gülnarə Tağızadə
Hakimlər
Azər Hüseynov
Telman Quliyev
6
7
8
9
10
11
Dostları ilə paylaş: |