Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə23/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   19   20   21   22   23   24   25   26   ...   76
IIETI-UNDP Turizm-az

Mədəni  resurslar  dünyada  turizm  sektorunun  rəqabətqabiliyyətliliyini  müəyyən  edən 

əsas amillərdən sayılır. Buraya UNESCO-nun dünya irsinə daxil edilən mədəniyyət abidələri, 

idman stadionlarında yerlərin sayı və ölkədə keçirilən beynəlxalq sərgi və yarmarkaların sayı 

daxildir. 

Hər  bir  ölkənin  turizm  rəqabətqabiliyyətlilik  indeksi  bu  3  alt  indeks  üzrə  aparılmış 

qiymətləndirmənin ədədi ortası kimi hesablanılır. Qiymətləndirmələr üçün məlumat bazasına 

hər  il  Dünya  İqtisadi  Forumu  tərəfindən  müəyyən  olunan  dəqiq  məlumatlar  və  də  sorğu 

məlumatları  daxil  edilir.  Dəqiq  məlumat  ictimaiyyət  üçün  açıq  mənbələrdən,  beynəlxalq 

təşkilatlardan,  turizm  institutlarından  və  ekspertlərdən  əldə  edilir.  Sorğu  məlumatları  isə 

Dünya  İqtisadi  Forumunun  ekspertlərinin  qiymətləndirməsindən  və  tədqiqatın  əhatə  etdiyi 

ölkələrdə    yüksək  biznes  adamları  arasında  aparılan  sorğulardan  əldə  edilir.  Bu  şəxslər  öz 

ölkələrində investisiya qərarlarında iştirak edən şəxslərdir. Sorğu keyfiyyətli institusional və 

biznes mühiti, həmçinin turizm industriyası və ətraf mühitlə əlaqədər spesifik sahələrdə nadir 

məlumatları özündə əks etdirir. 



 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin