AZƏrbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 7.04 Kb.
PDF просмотр
səhifə1/10
tarix06.09.2017
ölçüsü7.04 Kb.
  1   2   3   4   5   6   7   8   9   10

    
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASI 
BMT İNKİŞAF PROQRAMI  
Azərbaycan  
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Rrespublikasında  
kənd təsərrüfatı sektorunun rəqabət-
qabiliyyətliliyinin 
yüksəldilməsi problemləri 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - 2009 
 
 
 
AZ 1011, Azərbaycan Respublikası, Bakı şəhəri, Zərdabi prospekti, 88a 
Telefon/Faks: +994 12 4300215, Elektron-poçt: 
office@ier.az
  
İnternet səhifəsi: 
www.ier.az
  

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BMT-nin 
İnkişaf  Proqramı  (BMTİP)  BMT-nin  dəyişiklikləri  
dəstəkləyən  və  insanların  daha  yaxşı  həyat  tərzi  qurmalarına  yardım  
etmək  məqsədilə  ölkələr  üçün  müvafiq    bilik,  təcrübə    və    vəsaitlərdən  
istifadə  imkanı  yaradan  qlobal  inkişaf  şəbəkəsidir.  Biz  dünyanın    166  
ölkəsində  çalışaraq  qlobal  və  milli  səviyyələrdə  mövcud  olan  inkişaf  
problemlərini  bu  ölkələrin  öz  seçimlərinə  uyğun  olaraq  nizama  salırıq. 
Onlar  öz  yerli  potensial  imkanlarını  gücləndirərkən  BMTİP 
əməkdaşlarına və bizim çoxsaylı müttəfiqlərinə müraciət edirlər. 

LAYİHƏ HAQQINDA ÜMUMİ MƏLUMAT 
 
 

 
Əsas: 
Layihə  Azərbaycan  Respublikası  və  BMTİP  arasında  razılaşmaya  əsasən 
«Azərbaycanda  rəqabət  qabiliyyətli  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi 
sahəsində İqtisadi İnkişaf Nazirliyinin potensialının gücləndirilməsinə yardım (№ 
00046970)» mövzusunda layihə çərçivəsində yerinə yetirilmişdir.  
 

 
İcraçı təşkilat: 
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat 
İnstitutu 
 

 
Layihənin həyata keçirildiyi müddət (sonuncu mərhələ üzrə):   
2009-cu ilin avqust – dekabr ayları  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

XÜLASƏ 
 
Tədqiqat  işində  kənd  təsərrüfatı  sektorunun  dünya  bazarlarında  malik  olduğu  rəqabət 
üstünlükləri  qiymətləndirilmış  və  bu  üstünlüklərdən  səmərəli  istifadə  olunması  məsələləri 
araşdırılmışdır.  
Tədqiqat işi ümumilikdə iki hissədən ibarətdir. 
Birinci hissədə, rəqabətqabiliyyətlilik problemi ilə bağlı mövcud nəzəri yanaşmaların ic-
malı və ümumiləşdirilməsi aparılmış, eyni zamanda, kənd təsərrüfatı sektorunun rəqabətqabi-
liyyətliliyinin  qiymətləndirilməsi  üçün  metodologiya  seçimi  müəyyənləşdirilmişdir.  Kənd 
təsərrüfatı  sektoru  üzrə  rəqabətqabiliyyətliliyin  qiymətləndirilməsi  üçün  Aşkar  Müqayisəli 
Üstünlüklər metodu və Daxili Resurs sərfi (DRS) metodu seçilmişdir.  
İkinci  hissədə,  mövcud  nəzəri  yanaşmalar  və  seçilmiş  metodologiya  əsasında  ölkənin 
kənd  təsərrüfatı  sektoru  üzrə  rəqabətqabiliyyətliliyi,  eyni  zamanda,  sektor  üzrə  rəqabətqa-
biliyyətliliyə  təsir  edən  amillər  Porterin  “Milli  rombu”  əsasında  qiymətləndirilmişdir. 
Rəqabətqabiliyyətinin istiqamətləri aşkar edilmiş, kəmiyyətcə olçülmüşdür. Hər iki metodun 
nəticələri  demək  olar  ki,  üst-üstə  düşür  və  belə  bir  qənaətə  gəlməyə  imkan  verir  ki,  ölkənin 
kənd  təsərrüfatı  üzrə  əksər  məhsullar  istər  aşkar  istərsə  də,  potensial  olaraq 
rəqabətqabiliyyətlidir. 
Tədqiqatın  nəticələri  kənd  təsərrüfatı  sektorunun  inkişafı,  xüsusilə  də  onun 
rəqabətqabiliyyəti məsələləri ilə əlaqədar həyata keçirilən tədbirlərin hazırlanmasında istifadə 
edilə bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

MÜNDƏRİCAT
 
 
XÜLASƏ 
 
GİRİŞ 
 
1.
 
KƏND 
TƏSƏRRÜFATI 
SEKTORU 
ÜZRƏ 
RƏQABƏTQABİLİYYƏTLİLİYİN QİYMƏTLƏNDİRİLMƏSİNİN  
NƏZƏRİ-METODOLOJİ MƏSƏLƏLƏRİ 
1.1   Rəqabətqabiliyyətliliyin nəzəri əsasları 
1.2      Kənd  təsərrüfatı  sektoru  üzrə  rəqabətqabiliyyətliliyin  qiymətləndi-
rilməsi metodologiyası 
1.3   Aşkar Müqayisəli Üstünlük metodu 
1.4   Daxili resurs sərfi metodu 
1.5    Siyasətin matrisi təhlili metodu  
1.6    Porterin yanaşması (“Milli romb”) 
 
 
2. 
AZƏRBAYCAN  RESPUBLİKASININ  KƏND  TƏSƏRRÜFATI 
SEKTORU 
ÜZRƏ 
RƏQABƏTQABİLİYYƏTLİLİYİNİN 
QİYMƏTLƏNDİRİLMƏSİ 
2.1 Kənd təsərrüfatı sektorunda rəqabətqabiliyyətliliyin aşkar müqayisəli 
üstünlüklərin Balassa prinsipi metoduilə qiymətləndirməsi  
2.2 Kənd təsərrüfatı sektorunda rəqabətqabiliyyətliliyin daxili resurs sərfi 
metodu ilə qiymətləndirməsi 
2.3  Kənd  təsərrüfatı  sektorunda  rəqabətqabiliyyətliliyin  siyasətin  matrisi   
təhlili metodu ilə qiymətləndirməsi 
2.4  Kənd  təsərrüfatı  sektorunda  rəqabətqabiliyyətliliyin  Porterin 
yanaşması (“Milli romb”) əsasında qiymətləndirilməsi 
 
NƏTİCƏ  
 
İSTİFADƏ EDİLMİŞ MƏNBƏLƏR 

GİRİŞ 
 
Kənd təsərrüfatı strateji baxımdan iqtisadiyyatın ən mühüm sahələrindən biridir. Kənd 
təsərrüfatının  inkişafı  sahəsində  ölkəmizdə  xeyli  işlər  görülmüşdür.  Lakin  görülmüş  işlərin 
kompleks  təhlili,  onun  səmərəliliyinin  qiymətləndirilməsi  baxımından  əsaslı  tədqiqatlara  az 
rast gəlinir. Xüsusilə də kənd təsərrüfatının iqtisadiyyatındakı özünəməxsus xüsusiyyətlər və 
həmin  xüsusiyyətlərin  ölkəmizin  kənd  təsərrüfatında  necə  özünü  biruzə  verməsi 
məsələlərinin tədqiqi həm metodoloji, həm də praktik baxımdan böyük əhəmiyyət daşıyır. Bu 
xüsusiyyətlər bütün dünya ölkələrində olduğu kimi, kənd təsərrüfatının inkişafının əlamətləri 
rolunu  oynayır.  Həmin  əlamətlər  ölkənin  kənd  təsərrüfatının  hansı  inkişaf  mərhələsində 
olması  və  gələcəkdə  kənd  təsərrüfatının  inkişafında  baş  verə  biləcək  gözləntilər  barədə 
mühüm məlumatlar əldə etməyə imkan verir.  
Digər  tərəfdən,  kənd  təsərrüfatının  inkişafı  sahəsində  görülmüş  işlərin  iqtisadi  və 
sosial  əhəmiyyəti  bu  işlərin  sahənin  inkişafının  ümumi  qanunauyğunluğuna  uyğun  olub-
olmaması  ilə  müəyyən  edilir.  Tədqiqatın  vacibliyi  həm  də  onunla  şərtlənir  ki,  kənd 
təsərrüfatının  inkişafının  hər  bir  iqtisadi  mərhələsinə  uyğun  müvafiq  iqtisadi  siyasətin 
yürüdülməsi  əsaslandırılsın.  Aparılan  tədqiqat  sözsüz  ki,  kənd  təsərrüfatıdakı  instutisional 
sahələrin işini deyil, yalnız iqtisadi siyasət məsələlərini əhatə edir.  
 
 
 
 
 
 
 
 
 
 

1. Rəqabətqabiliyyətliliyin qiymətləndirilməsinin nəzəri-metodoloji məsələləri 
 
XXI əsrin  mühüm çağırışlarından olan rəqabətqabiliyətlilik hər bir ölkədə həm höku-
mətin,  həm  də  sahibkarların  diqqət  mərkəzində  olan  başlıca  məsələlərindəndir.  Rəqabət-
qabiliyyətlilik  probleminə  geniş  spektrli  yanaşma,  problemin  predmetinin  də  kifayət  qədər 
əhatəli olmasından irəli gəlmişdir. 
Geniş mənada rəqabətqabiliyətlilik mübarizədə qalib gəlmək imkanı kimi xarakterizə 
edilir.  Bu  baxımdan,  iqtisadi  sferada  rəqabətqabiliyətlilik,  ümumi  şəkildə,  iqtisadi 
mübarizənin  subyektləri  üçün  üstünlüklər  yaradan  xüsusiyyətlərə  sahib  olmaqdır.  Belə 
xüsusiyyətlər müxtəlif təbiətli obyektlərə - məhsul növlərinə, müəssisə və təşkilatlara, onların 
sahə  və  konqlomerat,  birlik  və  kompleksləri  yaradan  qruplarına,  rəqabət  mübarizəsində 
subyekt qismində çıxış edən ayrı-ayrı ölkələr və ya onların qruplaşmalarına (regional, siyasi, 
mədəni-etnik) aid ola bilər (М.Гельвановский, В.Жуковская, И.Трофимов, (1998)). OECD 
ölkələrində rəqabətqabiliyətlilik, beynəlxalq rəqabət üçün açıq olmaqla, şirkətlərin, sahələrin, 
regionların  və  millətlərin  müqayisəli  olaraq  yüksək  səviyyədə  gəlir  və  əmək  haqqını  təmin 
etmək qabiliyyəti kimi qəbul olunur (The OECD Observer.- 1996-№ 97 January). 
Deməli,  o  ölkənin  iqtisadiyyatını  rəqabətqabiliyyətli  hesab  etmək  olar  ki,  orada 
təsərrüfat subyektləri azad rəqabət şəraitində dünya bazarının tələblərinə cavab verən məhsul 
və  xidmətlər  istehsal  edirlər.  Eyni  zamanda,  rəqabətqabiliyətlilik  üzrə  Prezident 
komisiyyasının  məruzəsində  (Report  of  the  Prezident`s  commission  on  Competitiveness) 
deyilir: “Ölkənin rəqabətqabiliyyətliliyi – azad və ədalətli bazar sistemi şəraitində beynəlxalq 
bazarların  tələblərinə  cavab  verən,  bununla  da  əhalinin  real  gəlirlərinin  artımını  təmin  edən 
məhsul  və  xidmətlər  istehsal  etmək  qabiliyyətidir”.  Beləliklə,  müasir  dövrdə 
rəqabətqabiliyətliliyini  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsi  baxımından  dünya 
bazarlarında uğurlu fəaliyyət kimi müəyyənləşdirmək olar. 
M.Porter tərəfindən irəli sürülən konsepsiyada rəqabətqabiliyyətliliyə mikro, mezo və 
makro səviyyədə  yanaşılır (M.Портер, (1993)). O, 10 ölkənin iqtisadiyyatının 100-dən artıq 
sahəsinin  və  altsahəsinin  tədqiqi  əsasında  belə  bir  nəticəyə  gəlir  ki,  bu  sahə  və  altsahələrdə 
fəaliyyət  göstərən  milli  firmaların  beynəlxalq  rəqabət  üstünlüyü  onlar  üçün  öz  ölkələrində 
yaradılan  makromühitdən asılıdır. Bu  makromühiti isə 1) istehsal amilləri, 2) daxili bazarda 
tələbin  xarakteri,  3)  firmanın  fəaliyyət  göstərdiyi  sahə  ilə  yaxın  və  qarşılıqlı  əlaqədə  olan 
sahələrin inkişafı, 4) ölkədə menecment və rəqabətin inkişaf səviyyəsi, həmçinin 5) hökumət-
in  iqtisadi  siyasəti  və  6)  təsadüfi  hadisələr  (müharibə,  gözlənilməz  kəşflər  və  s.)  müəy-
yənləşdirir.  Porterə  görə,  bu  6  əsas  parametrin  məcmusu  (xüsusən,  Porter  tərəfindən 
determinantlar adlandırılan ilk 4 parametr) firmaların, sahələrin və ölkələrin dünya bazarında 
rəqabət üstünlüklərini müəyyənləşdirir. Rəqabət üstünlüyünün yaradılmasına yardım edən və 
yaxud mane ola bilən bu determinantların hər biri özündə müxtəlif komponentləri birləşdirir. 
İstehsal  amilləri  ilə  təminat,  Porter  nəzəriyyəsinə  görə,  rəqabətqabiliyyətliliyin  birinci 
komponentidir.  Uğurlu  rəqabət  aparmaq  üçün  lazım  olan  istehsal  amilləri  kimi  təbii 
ehtiyatlar,  insan  resursları,  elmi  potensial  və  elmi-texniki  işləmələr,  pul  ehtiyatları  və 
infrastruktura kompleks şəkildə baxılır. 
  
Daxili  bazarda  tələbin  strukturu,  bu  tələbin  həcmi  və  artım  xüsusiyyətləri,  eləcədə 
xarici bazarlardakı müvafiq tələb rəqabətqabiliyyətliliyə təsir göstərən ikinci komponent kimi 
çıxış  edir.  Rəqabətqabiliyyətliliyə  təsir  göstərən  üçüncü  komponent  yaxın  və  dəstəkləyən 
sahələrin  mövcudluğu  və  inkişaf  səviyyəsidir.  Belə  sahələr  kimi  xammal  təchizatçılarından 
tutmuş  hazır  məhsul  istehsalçılarınadək  texnoloji  zəncirin  müxtəlif  ünsürlərini  özündə 
birləşdirən  inteqrasiya  olunmuş  strukturlar  nəzərdə  tutulur.  Rəqabətqabiliyyətliliyə  təsir 
göstərən dördüncü komponent firmaların strategiyası, quruluşu və onların rəqabət mühitinin 

xüsusiyyətlərinə  görə  müəyyən  olunur.  Yəni  ölkədə  firmanın  idarə  edilməsi  və  yaradılması 
prosesini  müəyyən  edən  şərait  və  daxili  bazarda  rəqabətin  xarakteri  rəqabət  üstünlüklərinə 
təsir edən amillərdəndir. 
Rəqabətqabiliyyətliliyin  determinantları  və  ya  Porterin  “Milli  rombu”  aşağıdakı 
şəkildə göstərilmişdir (şəkil 1):  
  
Şəkil 1. Rəqabətqabiliyyətliliyin determinantları 
 
Şəkildən  göründüyü  kimi,  “Milli  romb”un  hər  bir  elementi  bir-biri  ilə  qarşılıqlı 
bağlıdır  və  onların  biri  digərlərinə  təsir  göstərir.  Bu  prosesdə  müstəsna  rol  dövlətə,  onun 
yeritdiyi  məqsədyönlü  siyasətə  bağlıdır.    M.Porterə  görə,  dövlət  elə  bir  iqtisadi  siyasət 
yeritməlidir ki, determinantların hər birinə müsbət təsir etsin. 
Rəqabətqabiliyyətliliyə  mikro,  mezo  və  makro  səviyyədə  yanaşmanı  nəzərdə  tutan 
M.Porterin  konsepsiyasına  əsaslanmaqla,  rəqabətqabiliyyətliliyin  tədqiqi  üçün  keçid  iqtisa-
diyyatlı  ölkələrin  tədqiqatçıları  tərəfindən  təklif  edilən  yanaşmalar  da  maraq  doğurur. 
Məsələn, belə yanaşmaların birində rəqabətqabiliyyətliliyin mikro, mezo və makro səviyyədə 
tədqiqi üçün aşağıdakı göstəricilər təklif edilir: mikrosəviyyədə məhsulun keyfiyyəti və qiy-
məti;  mezosəviyyədə  sahələrin  mövcud  istehsal  resurslarından  effektiv  istifadə  edilməsinin 
davamlı  olaraq  yaxşılaşdırılması;  makrosəviyyədə  isə  iqtisadi  sistemin  ümumi  vəziyyəti, 
balanslılığı,  investisiya  mühiti,  vergi  rejimi,  gömrük-tarif  siyasəti  və  s.  (М.Гельвановский, 
В.Жуковская,  И.Трофимов,  (1998)).  E.İ.Semenova  (2001)  isə  rəqabətqabiliyyətliliyin 
aşağıdakı göstəricilər əsasında qiymətləndirilməsini təklif edir (cədvəl 1). 
 
Cədvəl 1. Rəqabətqabiliyyətlilik səviyyəsinin xarakteristikası 
 
Rəqabətqabiliyyətlilik 
səviyyəsi 
Rəqabətqabiliyyətliliyin 
obyekti yaxud subyekti 
Rəqabətqabiliyyətliliyin bəzi amilləri 
FİRMALARIN STRATEGİYALARI, 
STRUKTURLARI VƏ 
MÜBARİZƏLƏRİ 
TƏLƏBİN 
PARAMETRLƏRİ 
 
İSTEHSAL   
AMİLLƏRİ 
FAKTORU 
 
QOHUM VƏ KÖMƏKÇİ 
SAHƏLƏR 
 
 
Hökuməti
n iqtisadi 
siyasəti 
 
 
Təsadüfi 
hadisələr 
 

Məhsul 
Mallar (iş, xidmətlər) 

 
Məhsulun keyfiyyəti, müvafiq norma və 
standartlara uyğunluğu 

 
Qiymət 

 
İstehlakçı tələbinə uyğunluğu 
Mikro səviyyə 
Müəssisələr 

 
Məhsulun müqayisəli rəqabətqabiliyyətliliyi 

 
İstehsal fəaliyyətinin effektivliyi 

 
Fəaliyyətin maliyyə göstəriciləri 

 
Məhsulun bazarda satışının və təşkilinin 
effektivliyi və onun payı 
Mezosəviyyə 
Müəssisə birlikləri, sahələr 

 
Sahənin daxili strukturu 

 
Xarici mühitin təsiri 

 
Sahənin strukturuna daxil olan ayrı-ayrı 
elementlərin rəqabətqabiliyyətliliyi 

 
Sistemin elementləri arasında qarşılıqlı təsir 
Makrosəviyyə 
Bütövlükdə ölkə 
iqtisadiyyatı  

 
İnvestisiya mühiti 

 
Elmi-texniki inkişaf səviyyəsi 

 
Sənayenin və bütövlükdə iqtisadiyyat 
sahələrinin rəqabətqabiliyyətliliyi  
 
Həyat  səviyyəsinin  yüksəldilməsi  kimi  ümumi  və  uzunmüddətli  məqsədlərdən  çıxış 
etməklə  hər  hansı  bir  ölkənin  rəqabətqabiliyyətliliyinin  qiymətləndirilməsi  isə  dörd 
yanaşmanın əlaqələndirilməsini tələb edir (Debonneuil and Fontagne, (2003)): 

 
Məhsuldarlıq: Məhsuldarlığın artırılması əhali gəlirlərinin davamlı artımının ilkin şərti 
sayılır; 

 
Qiymət  rəqabətqabiliyyətliliyi:  qiymət  rəqabətqabiliyyətliliyi  (xüsusilə,  real  mübadilə 
məzənnəsi  nəzərə  alınmaqla  qiymətləndirilən)  ölkənin  beynəlxalq  bazarda  rəqabət 
mübarizəsi  aparma  və  bununla  iş  yerlərinin  açılması  qabiliyyətinə  təsir  edən 
amillərdən biri sayılır; 

 
İnnovasiya  fəaliyyəti  və  texnoloji  ixtisaslaşma:  İnnovasiya  fəaliyyəti  yüksək  artım 
sektorlarında  beynəlxalq ixtisaslaşmaya  və  həyat səviyyəsinin  yüksəldilməsinə  doğru 
aparan  proseslərin  inkişafına  kömək  etməklə  yeni  ideya  və  texnologiyaları 
formalaşdırır (Ж. Вальтер, (2004)); 

 
İnvestisiya  cəlbediciliyi:  Əlverişli  investisiya  mühiti  məhsuldarlığa  və  innovasiya 
fəaliyyətinə həlledici təsir göstərir. 
Beləliklə, 
mövcud  nəzəri  yanaşmalardan  belə  nəticə  çıxarmaq  olar  ki, 
rəqabətqabiliyyətlilik probleminin əhatə dairəsi məhsul və xidmətlərdən tutmuş, ölkənin rifah 
səviyyəsi  kimi  geniş  diapozonda  dəyişilir.  Bu  baxımdan  da,  rəqabətqabiliyyətliliyin  və 
rəqabətqabiliyyətliliyə  təsir  edən  amilləri  konkret  şəkildə  qiymətləndirməyə  imkan  verən 
müvafiq metodologiyanın müəyyənləşdirilməsi zəruridir.  
 
1.2. Kənd təsərrüfatı məhsulları üzrə rəqabətqabiliyyətliliyin qiymətləndirilməsi 
metodologiyası 
 
Ölkələrin beynəlxalq bazarlarda rəqabət üstünlüklərini şərtləndirən amilləri izah edən 
nəzəri yanaşmalar əsasında, bu üstünlükləri qiymətləndirməyə imkan verən müxtəlif metodlar 
vardır.  
Bu  metodlar  əsasında  qiymətləndirmə  aparmaqla  ölkənin  həm  cari,  həm  də  istifadə 
edilməyən potensial rəqabət üstünlüklərini müəyyənləşdirmək mümkündür. 
 

1.3. Aşkar Müqayisəli Üstünlüklərin Balassa prinsipi metodu 
 
Ölkələrin  cari  rəqabət  üstünlüklərinin  qiymətləndirilməsində  B.Balassa  (1965) 
tərəfindən  irəli  sürülmüş  Aşkar  müqayisəli  üstünlüyün  (AMÜ)  Balassa  prinsipi 
metodundan  daha  geniş  istifadə  edilir.  Bu  tədqiqat  metodu,  ölkənin  müxtəlif  amillərə 
əsaslanan  və  həmçinin hazırda  reallaşdırılan  rəqabət üstünlüklərinin “görünən”  nəticəsi olan 
xarici  ticarət  göstəriciləri  əsasında  təhlil  aparmaqla,  ölkənin  cari  rəqabət  üstünlüklərini 
qiymətləndirməyə imkan verir. 
AMÜ Balassa prinsipi metodu ilə rəqabət üstünlüklərinin qiymətləndirilməsi üçün bir 
neçə göstərici vardır. 
Bu  göstəricilərdən  biri  B.Balassanın  (1965)  özü  tərəfindən  təklif  olunmuş  Ballasa 
indeksidir. Balassa indeksi (B
ij
) aşağıdıkı kimidir: 
 
B
ij
 =  x
ij
/x
iw
   
                        
 
 
(1.2.1) 
Burada:  
           x
ij 
– i məhsulunun ixracının ölkənin ümumi ixracında payı; 
           x
iw
 – i məhsulunun dünya üzrə ixracının ümumi dünya ixracında payıdır.   
Balassa  indeksi  sadəcə,  j  ölkəsində  i  məhsulunun  (tutaq  ki,  pambığın)  ixracının  j  ölkəsinin 
ümumi ixracında payını, həmin məhsulun dünya üzrə ixracının ümumi dünya ixracında payı 
ilə müqaiysə edir. Belə ki, əgər pambıq ixracının xüsusi çəkisi (payı) dünya ixracına nisbətən j 
ölkəsinin  ixracında  daha  böyükdürsə,  onda  demək  olar  ki,  j  ölkəsi  bu  mal  üzrə  aşkar 
müqaiysəli üstünlüyə malikdir. Nəticə etibarı ilə Balassa indeksinin 1-dən çox olması rəqabət 
üstünlüyünün mövcudluğunu, 1-dən aşağı olması isə onun mövcud olmadığını əks etdirir. 
Balassa  indeksi  idxal  əlaməti  üzrə  də  eyni  qayda  ilə  hesablana  bilər.  Bu  zaman  indeks 
vahiddən böyük olduqda, aşkar müqayisəli üstunluyun olmaması, vahiddən kiçik olduqda isə 
üstünlüyün  olması  kimi  qiymətləndirilir.  Bu  indeksin  hesablanması  da  böyük  əhəmiyyət 
daşıyır.  Belə  ki,  indeksin  zamana  görə  dəyişməsi  ixrac  olmadığı  halda  ölkənin  daxili 
tələbatının  ödənilməsinin  necə  dəyişməsi  və  aşkar  müqayisəli  üstünlüyə  can  atması  barədə 
mülahizə yürütmək mümkündür.  
Digər  bir  AMÜ  göstəricisi  isə  Xalis  İxrac  İndeksidir  (NER
ij
).  Bu  indeks  aşağıdaki  düstur 
vasitəsilə hesablanır: 
 
RCA
NER ij
=  (X
ij
 – M
ij
) / (X
ij
 + M
ij

 
 
(1.2.2) 
Burada: 
             X
ij 

  
i məhsulunun j ölkəsi tərəfindən ixracı; 
             M
ij
 – i məhsulunun j ölkəsinə idxalıdır.   
 
Bu  indeksin  mahiyyəti  ondan  ibarətdir  ki,  ölkələr  hər  hansı  bir  məhsulu  idxal 
etdiklərindən  daha  çox  ixrac  edirlərsə,  onda,  həmin  ölkələr  bu  məhsul  üzrə  rəqabət 
üstünlüyünə malikdirlər. Lakin, əgər miqyasına görə böyük və kiçik ölkə müqayisə edilirsə, o 
zaman, tək xalis ixracın (ixrac minus idxal) nəzərə alınması səhv olardı. Bu səbəbdən də, xalis 
ixrac  həmin  məhsulun  ölkədən  ixracı  və  ölkəyə  idxalının  cəminə  bölünür.  Xalis  ixrac 
indeksinin qiyməti mənfi bir “minimum” (ölkə ancaq sözü gedən malı idxal edir) ilə müsbət 
bir  “maksimum”  (ölkə  bu  malı  ancaq  ixrac  edir)  arasında  dəyişir.  İndeksin  kəmiyyətinin 
mənfi ədəd olması müqayisəli üstünlüyün olmamasına, müsbət ədəd olması isə belə üstünlü-
yün mövcudluğuna dəlalət edir.  
Bu  metodla  aparılan  tədqiqat  işi  üçün  lazım  olan  məlumatların  mənbəyi  isə  Dünya 
Bankının World İntegrated Trade Solution məlumat bazası və Ümumdünya Ticarət Təşkila-

tının  PC-TAC  ticarət  statistikası  məlumat  bazasıdır.  Bu  məlumat  bazaları  183  ölkənin 
müxtəlif kateqoriyalar üzrə malların ixrac və idxalı haqqında məlumatları özündə əks etdirir. 
Bütün bunlarla belə, qeyd etmək lazımdır ki, yalnız AMÜ indeksləri vasitəsilə qiymətləndir-
mənin aparılması ölkənin və  ya konkret bir  sahənin rəqabət üstünlüklərini tam olaraq  müəy-
yənləşdirməyə  bilər.  Çünki,  AMÜ  prinsipi  mövcud  ticarət  axınlarının  müqayisəli 
üstünlüklərdən və “belə bir üstünlüyə malik olmamaq”dan əmələ gəldiyini güman edir. Buna 
görə  də,  bu  metodla  rəqabət  üstünlüklərin  hesablanması  mövcud  ticarət  rəqəmlərindən 
istafadə etməklə aparılır. Ancaq məlumdur ki, müasir dördə beynəlxalq ticarət sistemi hələ də 
tam  liberal  olmadığından,  mövcud  ticarət  axınları  yalnız  sərbəst  bazar  amillərinin  obyektiv 
təsirindən  yox, həm də hökumətlərin beynəlxalq ticarətlə bağlı siyasətindən və digər iqtisadi 
siyasət tədbirlərindən əsaslı dərəcədə asılıdır. Buna görə də, sərbəst ticarətə mane olan bir sıra 
problemlərin,  konkret  olaraq  proteksionist  tədbirlərin  mövcudluğu  ölkələrin  rəqabət 
üstünlüklərini tam olaraq reallaşdırmağa maneə ola bilər. Bu isə son nəticədə öz əksini xarici 
ticarətin  strukturunda  tapır.  Buna  görə  də,  əsasən  xarici  ticarət  göstəricilərinə  əsaslanmaqla 
rəqabət üstünlüklərinin hesablanması metodu olan AMÜ Balassa prinsipi ilə potensial rəqabət 
üstünlüyünə malik olan sahələrin və ya məhsulların tam şəkildə müəyyənləşdirilməsi mümkün 
olmur.  
Qeyd  edilənlər,  bu  tədqiqat  işinin  məqsədi  baxımından,  xüsusilə  iki  fakta  görə  daha 
ciddi  problematik  xarakter  daşıyır.  Birincisi,  postsovet  ölkələrində  iqtisadiyyatın  strukturu 
ümumiyyətlə  uzun  illər  BƏB-in  təsiri  altında  və  malik  olduqları  müqayisəli  üstünlüklər 
əsasında  formalaşmadığından,  həmçinin  keçid  dövründə  iqtisadiyyatın  bütün  sahələri  dərin 
böhrana məruz qaldığından, bu ölkələrin hazırkı ticarət göstəriciləri (konkret olaraq ticarətin 
strukturu),  onların  malik  olduqları  iqtisadi  potensialları  ilə  heç  də  uyğun  deyil.  İkincisi, 
xüsusilə  kənd  təsərrüfatı  və  emalı  sənayesi  məhsulları  üzrə  beynəlxalq  ticarət  sistemində 
proteksonizm meylləri daha güclü olduğundan, ölkənin bu məhsullar üzrə ticarətinin strukturu 
mövcud potensialdan ciddi surətdə fərqlənə bilər. 
Buna  görə  də,  keçid  iqtisadiyyatlı  ölkə  olan  Azərbaycan  Respublikasının  kənd 
təsərrüfatı  və  emalı  sənayesi  üzrə  potensialının  tam  olaraq  müəyyənləşdirilməsi,  yəni  daha 
uyğun  metodlardan  istifadə  etməklə  bu  sahənin  məhsulları  üzrə  potensial  rəqabət 
üstünlüklərinin də qiymətləndirilməsi zəruridir. 
 
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə