Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami


 Turizm sektorunun rəqabətqabiliyyətliliyin qiymətləndirilməsinin nəzəri-



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə6/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   2   3   4   5   6   7   8   9   ...   76
IIETI-UNDP Turizm-az

2. Turizm sektorunun rəqabətqabiliyyətliliyin qiymətləndirilməsinin nəzəri-

metodoloji məsələləri 

 

Rəqabətqabiliyyətlilik  probleminə  geniş  spektrli  yanaşma,  problemin  predmetinin  də 

kifayət  qədər  əhatəli  olmasını  şərtləndirmişdir.  Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki, 

rəqabətqabiliyyətliliyi konsepsiyası hal-hazıra qədər dəqiq müəyyən olunmamış qalmaqdadır. 

Müxtəlif mənbələrdə rəqabətqabiliyyətliliyinə aşağıdakı kimi tərif verilmişdir: 

“Ölkənin  rəqabətqabiliyyətliliyi  –  azad  və  ədalətli  bazar  sistemi  şəraitində  beynəlxalq 

bazarın  tələblərinə  cavab  verən,  bununla  da  əhalinin  real  gəlirlərinin  artımını  təmin  edən 

məhsul  və  xidmətlər  istehsal  etmək  qabiliyyətidir”  (Rəqabətqabiliyətlilik  üzrə  ABŞ 

Prezidenti  yanında  komisiyyasının  məruzəsi  (Report  of  the  Prezident`s  commission  on 

Competitiveness)).  Bu  baxımdan,  o  ölkənin  iqtisadiyyatını  rəqabətqabiliyyətli  hesab  etmək 

olar ki, orada təsərrüfat subyektləri azad rəqabət şəraitində dünya bazarının tələblərinə cavab 

verən  məhsul  və  xidmətlər  istehsal  edirlər.  Beləliklə,  müasir  dövrdə  rəqabətqabiliyətliliyi 

əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsi  baxımından  dünya  bazarlarında  uğurlu  fəaliyyət 

kimi müəyyənləşdirmək olar. 

OECD  ölkələrində  rəqabətqabiliyətlilik,  beynəlxalq  rəqabət  üçün  açıq  olmaqla, 

şirkətlərin, sahələrin, regionların və  millətlərin müqayisəli olaraq  yüksək səviyyədə gəlir və 

əmək haqqını təmin etmək qabiliyyəti kimi qəbul olunur (The OECD Observer.- 1996-№ 97 

January). 

Milli  iqtisadiyyatın  rəqabətqabiliyyətliliyi  “ölkənin,  öz  vətəndaşlarının  real  gəlirlərinin 

saxlanması və artırması şərti ilə azad və ədalətli bazar şəraitində dünya bazarının tələblərinə ca-

vab verən məhsullar və xidmətlər istehsal etmək qabiliyyətini” ifadə edir.

1

 



İqtisadi  sferada  rəqabətqabiliyətlilik,  ümumi  şəkildə,  iqtisadi  mübarizənin  subyektləri 

üçün üstünlüklər yaradan xüsusiyyətlərə sahib olmaqdır. Belə xüsusiyyətlər müxtəlif təbiətli 

obyektlərə - məhsul növlərinə, müəssisə və təşkilatlara, onların sahə və konqlomerat birlik və 

kompleksləri  yaradan  qruplarına,  rəqabət  mübarizəsində  subyekt  qismində  çıxış  edən  ayrı-

ayrı  ölkələr  və  ya  onların  qruplaşmalarına  (regional,  siyasi,  mədəni-etnik)  aid  ola  bilər 

(М.Гельвановский, В.Жуковская, И.Трофимов, (1998)). 

Beləliklə,  əminliklə  demək  olar  ki,  rəqabətqabiliyyətlilik  anlayışı  geniş  əhatə  dairəsinə 

malik olmaqla iqtisadi siyasətin ən mühüm problemlərindən biri kimi çıxış edir. 

 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin