Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami


 Rəqabətqabiliyyətlilik anlayışı



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə7/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   2   3   4   5   6   7   8   9   10   ...   76
IIETI-UNDP Turizm-az

2.1. Rəqabətqabiliyyətlilik anlayışı 

 

Tədqiqatlar göstərir ki, iqtisadi ədəbiyyatlarda ilkin olaraq rəqabət anlayışının davranış 



cəhətdən izahı formalaşmışdır. Bazar iqtisadiyyatında rəqabətin hakim rolu hələ XVIII əsrdə 

Adam Smit (31) tərəfindən onun məşhur “görünməz əl” prinsipində ümumiləşdirilmişdir. On-

un fikrincə, öz mənfəətini artırmağa cəhd edən və gərgin rəqabət mühitində fəaliyyət göstərən 

firma  və  malgöndərənlər,  eyni  zamanda,  bir  növ  “görünməz  əl”  ilə  istiqamətləndirilərək 

dövlət  və  ya  ictimai  maraqların  da  təmin  edilməsinə  şərait  yaradırlar.  A.  Smit  üç  amili–

kapital,  torpaq  və  əməyi–ölkələrin  beynəlxalq  ticarətdə  mütləq  üstünlüklərini  müəyyən 

etməsini irəli sürmüşdür. 

M.Porterin  əsərləri  də  rəqabət  anlayışının  davranış  cəhətdən  izahı  mövqeyindən 

yazılmışdır. O, rəqabətin mahiyyətini açmaq  üçün sahə anlayışını tətbiq etmiş (onu konkret 

                                                 

1

  Куликов  Г.  Факторы  мирохозяйственной  конкурентоспособности  Японской  экономики.  Российский 



экономический журнал, 1998, № 1, с. 78. 

 



tələbatı ödəyən  məhsullar istehsal edən  müəssisələrin çoxluğu kimi  götürmüşdür) və göstər-

mişdir  ki,  hər  bir  sahə  özünün  spesifik  xüsusiyyətləri  ilə  buradakı  rəqabətin  təbiətini 

müəyyənləşdirir. 

Davranış cəhətdən yanaşmanın mahiyyəti ondan ibarətdir ki, bazar mexanizmi tələb və 

təklif  qanunlarının  qarşılıqlı  təsiri  nəticəsində  istehlakçıların  (cəmiyyətin)  istəklərini  müəs-

sisələrə  və  onların  vasitəsilə  resurs  göndərənlərə  çatdırır.  Rəqabət  anlayışının  davranış 

cəhətdən  izahı  ilə  yanaşı,  XIX,  xüsusilə  XX  əsrdə  onun  struktur  cəhətdən  şərhi  də  geniş 

yayılmağa başlamışdır. Bu cür yanaşma öz başlanğıcını bazarın dörd əsas tipi nəzəriyyəsinin: 

polipoliya  (xalis  rəqabət);  oliqopoliya;  inhisarçı  rəqabət;  monopoliya  (inhisar)  bünövrəsini 

qoymuş  F.Ecuort,  A.Kurno,  C.Robinson  və  b.  alimlərin  əsərlərindən  götürmüşdür.  Struktur 

yanaşmada əsas diqqət şirkətlərin bir-biri ilə mübarizəsindən çox bazar strukturunun, oradakı 

hakim şərtlərin təhlilinə  yönəlir. Başqa sözlə, diqqət mərkəzində qiymətlərin müəyyən edil-

məsində  firmaların  rəqabəti,  kimin  və  nə  üçün  qalib  gəldiyinin  aydınlaşdırılması  deyil,  

firmanın  bazarda  qiymətlərin  ümumi  səviyyəsinə  prinsipial  təsiretmə  imkanının 

müəyyənləşdirilməsi durur. Əgər belə təsir mümkün deyilsə, onda söhbət xalis bazar rəqabə-

tindən, əks təqdirdə isə inhisarçı rəqabətin bir formasından gedə bilər. 

Rəqabət anlayışının açıqlanmasına üçüncü-funksional cəhətdən yanaşma da mövcuddur. 

Belə  yanaşma  hələ  XIX  əsrin  əvvəllərində  rəqabət  anlayışını  köhnə  ilə  yeniliyin  mübarizəsi 

kimi  ifadə  edən  məşhur  avstriya-amerikan  iqtisadçısı  Yozef  A.Şumpeterin  “İqtisadi  inkişaf 

nəzəriyyəsi”ndə  (1911-ci  il)  öz  əksini  tapmışdır.  Alim  özünün  rəqabət  nəzəriyyəsi 

çərçivəsində təsərrüfat fəaliyyətinin iki inkişaf səmtini: mühafizəkar dövriyyə və inkişaf (və 

ya innovasiya) müəyyən edir. 

Beləliklə,  “rəqabət”  anlayışının  mahiyyətinin  izahına  yönəlmiş  müxtəlif  yanaşmaları 

ümumiləşdirərək,  bu  qənaətə  gəlirik  ki,  ən  ümumi  şəkildə  rəqabət  bazarda  üstünlüyə  nail 

olmaq üçün aparılan mübarizə kimi qəbul edilə bilər. 

Lakin, tədqiqatlar göstərir ki, heç bir real bazar xalis rəqabət mühitinin bütün şərtlərini 

təmin etmir. Buna görə də, xalis rəqabət mühiti, əsasən, nəzəri məna kəsb edir və real bazar 

modellərini başa düşmək üçün  açar rolunu oynayır. Bununla  yanaşı, xalis rəqabət  mühitinin 

şərtlərinə  maksimum  yaxınlaşmaq  praktikada  sağlam  rəqabət  mühitinin  formalaşdırılması 

prosesində əsas hədəf kimi götürülür. 

Sağlam rəqabət  mühitinin formalaşdırılması  problemi isə  özünün çoxcəhətli aspektləri 

ilə,  demək  olar  ki,  cəmiyyət  həyatının  bütün  tərəflərinə  toxunur  və  bu  səbəbdən  də  daim 

bütün ölkələrdə dövlət xadimlərinin, işgüzar dairələrin və alimlərin diqqət mərkəzində durur. 

Bu  baxımdan,  M.Porterin  irəli  sürdüyü  “Rəqabət  üstünlükləri  nəzəriyyəsi”  diqqəti  daha  çox 

cəlb  edir.  Bu  konsepsiyada  ölkədə  rəqabət  mühiti  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan 

determinantlar sistemi kimi götürülərək “milli romb” ideyası təklif olunmuşdur (şəkil 1). 

M.Porter klassik amillər nəzəriyyəsinin tərəfdarı olmaqla, bunları ilkin amillərlə (əmək, 

kapital,  torpaq)  məhdudlaşdırmır,  əksinə,  yeni,  o  cümlədən  istehsal  prosesində  meydana 

çıxan  amillərlə  (əmək  ehtiyatları  çatışmadıqda  əmək  məhsuldarlığının  yüksəldilməsi,  tor-

pağın  və  təbii  sərvətlərin  məhdudluğu  şəraitində  məhdud  resursları  qənaətlə  işlədən 

texnologiyaların  tətbiqi) tamamlayır.  Odur  ki, M.Porterin nəzəriyyəsində  istehsal amillərinə 

rəqabət mühitinə təsir edən birinci komponent kimi baxılır. Bu nəzəriyyədə rəqabət mühitinin 

inkişafı üçün müəyyənedici rol oynayan ikinci komponent tələbdir. Bura tələbin həcmi, onun 

dinamikası, mal və xidmətin keyfiyyətinə alıcının tələbkarlığı və s. aiddir. 

Şəkil 1.1.  

Rəqabətqabiliyyətliliyin determinantları 

Bununla bərabər, nəzərdə tutulur ki, rəqabət mühitinə daxili tələbin vəziyyəti xarici ba-

zarın potensial imkanları ilə qarşılıqlı əlaqədə təsir göstərir. 




Üçüncü  amil  əlaqədar  sahələrin  və  istehsalların  vəziyyəti  və  inkişaf  səviyyəsidir: 

müvafiq avadanlıqla təmin olunma, malgöndərənlər, kommersiya və maliyyə strukturları ilə 

əlaqə.  Dördüncüsü  -  firmaların  strategiyaları,  təşkilati  strukturları  və  onlar  arasında  rəqabət 

mübarizəsinin  xarakteri.  Firmanın  (müəssisənin)  seçdiyi  bazar    strategiyasını  və    zəruri 

çevikliyi  nəzərdə    tutan  təşkilati  struktur  -  beynəlxalq  ticarətə  müvəffəqiyyətlə  qoşulmağın 

mühüm  ilkin  şərtidir.  Bu  baxımdan,  daxili  bazarda  rəqabətin  inkişafı  stimullaşdırıcı  rol 

oynayır. Dövlətin köməyi ilə süni şəkildə hakim mövqe tutma isə resursların israfçılığına və 

səmərəsiz istifadəsinə gətirib çıxaran neqativ haldır. 

Rəqabət mühitinin ümumi determinantlar sistemində təsadüfi hadisələrin rolu da nəzərə 

alınır. Bura yeni kəşflər, istehsal amillərinin qiymətlərinin kəskin dəyişməsi, dünya maliyyə 

bazarında və ya valyuta məzənnələrində kəskin dəyişikliklər, hökumətin siyasi qərarları, mü-

haribə  və  digər  qabaqcadan  görünməyən  hadisələr  və  s.  daxildir.  Şəkildən  göründüyü  kimi, 

“Milli romb”un hər bir elementi bir-biri ilə qarşılıqlı bağlıdır və onların biri digərlərinə təsir 

göstərir.  Bu  prosesdə  müstəsna  rol  dövlətə,  onun  yeritdiyi  məqsədyönlü  siyasətə  bağlıdır.  

M.Porterə  görə  dövlət  elə  bir  iqtisadi  siyasət  yeritməlidir  ki,  determinantların  hər  birinə 

müsbət təsir etsin. 

Rəqabətqabiliyyətliliyə  mikro,  mezo  və  makro  səviyyədə  yanaşmanı  nəzərdə  tutan 

M.Porterin  konsepsiyasına  əsaslanmaqla,  rəqabətqabiliyyətliliyin  tədqiqi  üçün  keçid  iqtisa-

diyyatlı  ölkələrin  tədqiqatçıları  tərəfindən  təklif  edilən  yanaşmalar  da  maraq  doğurur. 

Məsələn, belə yanaşmaların birində rəqabətqabiliyyətliliyin mikro, mezo və makro səviyyədə 

tədqiqi üçün aşağıdakı göstəricilər təklif edilir: mikrosəviyyədə məhsulun keyfiyyəti və qiy-

məti;  mezosəviyyədə  sahələrin  mövcud  istehsal  resurslarından  effektiv  istifadə  edilməsinin 

davamlı  olaraq  yaxşılaşdırılması;  makrosəviyyədə  isə  iqtisadi  sistemin  ümumi  vəziyyəti, 

balanslılığı,  investisiya  mühiti,  vergi  rejimi,  gömrük-tarif  siyasəti  və  s.  (М.Гельвановский, 

В.Жуковская,  И.Трофимов,  (1998)).  E.İ.Semenova  (2001)  isə  rəqabətqabiliyyətliliyin 

aşağıdakı göstəricilər əsasında qiymətləndirilməsini təklif edir (cədvəl 2.1). 

 

Cədvəl 2.1 



Rəqabətqabiliyyətlilik səviyyəsinin xarakteristikası 

 

Rəqabətqabiliyyətlilik 



səviyyəsi 

Rəqabətqabiliyyətliliyin 

obyekti yaxud subyekti 

  Rəqabətqabiliyyətliliyin bəzi amilləri 




Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin