4. Turizm sektorunun rəqabətqabiliyyətliliyinin qiymətləndirilməsi
4.1. Metodologiya
Tədqiqat işinin bundan əvvəlki fəsilində qeyd olunduğu kimi, rəqabətqabiliyyətlilik
müxtəlif kəmiyyət və keyfiyyət amilləri ilə qiymətləndirilir. Ölkənin turizm sektorunun
rəqabətqabiliyyətliliyinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə təqdim olunan tədqiqat
işində M.Porter tərəfindən təklif olunmuş ölkənin rəqabət üstünlüklərinin determinantları
nəzəriyyəsi və Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən tətbiq oluunmuş
multiamilli qiymətləndirmə metodologiyasından istifadə olunmuşdur. Həmin metodologiyaya
əsasən turizm rəqabətqabiliyyətlilik indeksi aşağıdakı üç altindeksin təsiri altında formalaşır:
Altindeks A - Turizm Siyasəti və Sahənin Dövlət Tənzimlənməsi;
Altindeks B - Turizm Sektorunda Biznes Mühit və İnfrastruktur;
Altindeks C - Turizm Sektorunda İnsan, Mədəni və Təbii Resurslar.
Bu altindekslərin formalaşmasına təsir göstərən amillərin aşağıdakı sxemdə təsvir
olunmuşdur (Sxem 4.1.)
Altindekslərin formalaşmasına təsir edən göstəricilər, onların mənbələri və
hesablanması formulu Əlavə 1 və 2-də verilmişdir (Səh. 82, 86).
Birinci altindeks siyasətlə əlaqəlidir və ümilikdə hökümətin səlahiyyətində olan işləri
əhatə edir; ikinci alt indeks hər bir ölkədə biznes mühitinin elementlərini əks etdirir; və
üçüncü alt indeks hər bir ölkənin insan, mədəni və təbii resurslarını əhatə edir.
Sxem 4.1-dən göründüyü kimi A altindeksi 5 göstərici qrupunun təsiri altında
formalaşır.
Dostları ilə paylaş: |