Mədəni resurslar dünyada turizm sektorunun rəqabətqabiliyyətliliyini müəyyən edən
əsas amillərdən sayılır. Buraya UNESCO-nun dünya irsinə daxil edilən mədəniyyət abidələri,
idman stadionlarında yerlərin sayı və ölkədə keçirilən beynəlxalq sərgi və yarmarkaların sayı
daxildir.
Hər bir ölkənin turizm rəqabətqabiliyyətlilik indeksi bu 3 alt indeks üzrə aparılmış
qiymətləndirmənin ədədi ortası kimi hesablanılır. Qiymətləndirmələr üçün məlumat bazasına
hər il Dünya İqtisadi Forumu tərəfindən müəyyən olunan dəqiq məlumatlar və də sorğu
məlumatları daxil edilir. Dəqiq məlumat ictimaiyyət üçün açıq mənbələrdən, beynəlxalq
təşkilatlardan, turizm institutlarından və ekspertlərdən əldə edilir. Sorğu məlumatları isə
Dünya İqtisadi Forumunun ekspertlərinin qiymətləndirməsindən və tədqiqatın əhatə etdiyi
ölkələrdə yüksək biznes adamları arasında aparılan sorğulardan əldə edilir. Bu şəxslər öz
ölkələrində investisiya qərarlarında iştirak edən şəxslərdir. Sorğu keyfiyyətli institusional və
biznes mühiti, həmçinin turizm industriyası və ətraf mühitlə əlaqədər spesifik sahələrdə nadir
məlumatları özündə əks etdirir.
Dostları ilə paylaş: |