2. Turizm sektorunun rəqabətqabiliyyətliliyin qiymətləndirilməsinin nəzəri-
metodoloji məsələləri
Rəqabətqabiliyyətlilik probleminə geniş spektrli yanaşma, problemin predmetinin də
kifayət qədər əhatəli olmasını şərtləndirmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki,
rəqabətqabiliyyətliliyi konsepsiyası hal-hazıra qədər dəqiq müəyyən olunmamış qalmaqdadır.
Müxtəlif mənbələrdə rəqabətqabiliyyətliliyinə aşağıdakı kimi tərif verilmişdir:
“Ölkənin rəqabətqabiliyyətliliyi – azad və ədalətli bazar sistemi şəraitində beynəlxalq
bazarın tələblərinə cavab verən, bununla da əhalinin real gəlirlərinin artımını təmin edən
məhsul və xidmətlər istehsal etmək qabiliyyətidir” (Rəqabətqabiliyətlilik üzrə ABŞ
Prezidenti yanında komisiyyasının məruzəsi (Report of the Prezident`s commission on
Competitiveness)). Bu baxımdan, o ölkənin iqtisadiyyatını rəqabətqabiliyyətli hesab etmək
olar ki, orada təsərrüfat subyektləri azad rəqabət şəraitində dünya bazarının tələblərinə cavab
verən məhsul və xidmətlər istehsal edirlər. Beləliklə, müasir dövrdə rəqabətqabiliyətliliyi
əhalinin həyat səviyyəsinin yüksəldilməsi baxımından dünya bazarlarında uğurlu fəaliyyət
kimi müəyyənləşdirmək olar.
OECD ölkələrində rəqabətqabiliyətlilik, beynəlxalq rəqabət üçün açıq olmaqla,
şirkətlərin, sahələrin, regionların və millətlərin müqayisəli olaraq yüksək səviyyədə gəlir və
əmək haqqını təmin etmək qabiliyyəti kimi qəbul olunur (The OECD Observer.- 1996-№ 97
January).
Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi “ölkənin, öz vətəndaşlarının real gəlirlərinin
saxlanması və artırması şərti ilə azad və ədalətli bazar şəraitində dünya bazarının tələblərinə ca-
vab verən məhsullar və xidmətlər istehsal etmək qabiliyyətini” ifadə edir.
1
İqtisadi sferada rəqabətqabiliyətlilik, ümumi şəkildə, iqtisadi mübarizənin subyektləri
üçün üstünlüklər yaradan xüsusiyyətlərə sahib olmaqdır. Belə xüsusiyyətlər müxtəlif təbiətli
obyektlərə - məhsul növlərinə, müəssisə və təşkilatlara, onların sahə və konqlomerat birlik və
kompleksləri yaradan qruplarına, rəqabət mübarizəsində subyekt qismində çıxış edən ayrı-
ayrı ölkələr və ya onların qruplaşmalarına (regional, siyasi, mədəni-etnik) aid ola bilər
(М.Гельвановский, В.Жуковская, И.Трофимов, (1998)).
Beləliklə, əminliklə demək olar ki, rəqabətqabiliyyətlilik anlayışı geniş əhatə dairəsinə
malik olmaqla iqtisadi siyasətin ən mühüm problemlərindən biri kimi çıxış edir.
Dostları ilə paylaş: |