b )
Hissə və tam (bütöv) - predmet və hadisələri (və onların ünsürlərini) və onlar arasındakı əlaqələri məcmu halda ifadə edən və ya predmetin daxili tərəfləri arasındakı əlaqə və qanunauyğunluqları əks etdirən fəlsəfi kateqoriyadır. Məhz bu
əlaqələr əsasında ayrı-ayrı predmet və
hadisələr birləşib tamı əmələ gətirirlər, özləri də
hissə kimi çıxış edirlər. Hissə və tamın əlaqəsinin nəzərə alınması gerçəkliyin dərk
edilməsində mühüm əhəmiyyət kəsb edir. Hissə və tam kateqoriyası bütövlük
prinsipinin ifadəsidir. Hissə elə predmet və hadisədir ki, onların məcmusu yeni, daha
mürəkkəb predmet və hadisəni əmələ gətirir. Tam isə predmeti, hadisəni təşkil edən
hissələrin tamamlanması, məcmusu nəticəsidir.
Hissə və tamın əlaqəsi, mahiyyəti haqqında ilk fikirlər antik fəlsəfədə Platon və
Aristotel tərəfindən irəli sürülmüşdür. İdealist fəlsəfədə tama hissələrin sadəcə toplusu
kimi
baxmaq meyli güclü olmuş, onlara mənəvi fəaliyyəti məhsulu kimi yanaşmışlar.
Şellinq, Hegel hissə və tama dünya ruhunun inkişafı nəticəsi kimi baxmışlar. Dialektik
materializm predmet və hadisələrin öyrənilməsində tamlıq prinsipini əsas tutmaqla,
hissə və tamın qarşılıqlı əlaqəsinin nəzərə alınmasına xüsusi əhəmiyyət verir, onların
real gerçəklikdə obyektiv mövcudluğunu qəbul edir, həm də qeyd edir ki, mürəkkəb
quruluşlu orqanizmlərdə tama
hissələrin sadəcə toplusu kimi baxmaq düzgün olmazdı.
Tamda elə yeni keyfiyyət və xassə ola bilər ki, müəyyən hissədə (elementdə) olmasın.
Odur ki, burada əsas cəhət hissə ilə tam arasındakı interaktiv əlaqələri tapmaq, onlara
istinad etməkdir. Belə interaktiv əlaqələrə isə inkişaf prosesində yeninin tapılması, yeni
növ tamlığın müəyyənləşdirilməsi, yeni struktur səviyyələrinin əmələ gəlməsi bütöv
sistemin üzvi və qeyri-üzviyə, bioloji və sosial obyektlərə bölünməsinin
müəyyənləşdirilməsi və s. aid olar. Analiz və sintez metodları ilə biz tamı hissələrə
ayırmaq və ya tamı öyrənib hissələr haqqında nəticələr çıxarmaq vasitəsilə tam və hissə
arasındakı qanunauyğun əlaqələri müəyyən edə bilərik.