Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Struktur əlaqələri ifadə edən kateqoriyalar



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə31/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   27   28   29   30   31   32   33   34   ...   39
304 felsefe m N9dialektika eyani

Struktur əlaqələri ifadə edən kateqoriyalar.
a) Məzmun və forma 
- struktur əlaqələrini ifadə edən kateqoriyalardan biridir. 
Bu 
və ya
digər cismi, hadisəni və prosesi təşkil edən bütün elementlərin, cəhətlərin, 
tərəflərin, qabiliyyət, əlaqə və münasibətlərin məcmusuna məzmun deyilir. Forma 
isə məzmunun qurulması qaydaları, məzmunun təşkili sistemi və strukturunun 
ifadəsidir, onun tərkib hissələri arasında əlaqə vasitəsidir; həmin cisim, hadisə və 
prosesi təşkil edən hissələrin məcmusudur; məzmunun ifadəsi və təzahürü 
vasitəsidir, onun mövcudluq üsuludur. 
Forma məzmunun zahiri ifadəsi deyil, ona 
daxilən xasdır. Buna görə də formanı ''zahirilik", "görünüş" anlayışlarından 
fərqləndirmək lazımdır. Görünüş də məzmuna bağlıdır, lakin görünüş məzmuna daxilən 
xas deyil, forma isə məzmunun daxili strukturu, yerləşməsi qaydasıdır. Görünüşün 
dəyişməsi və hətta itirilməsi məzmunda o qədər də dəyişiklik əmələ gətirmir. Forma 
məzmunun strukturu, quruluşudur, həm də forma məzmuna nisbətən zahiri bir şey deyil, 


29 
ona daxilən xasdır. 
Məzmun və forma bir-birilə möhkəm qarşılıqlı əlaqə və 
qarşılıqlı təsirdədir

obyektiv vəhdət 
halındadır. Onlar bir-birindən aynlıqda mövcud ola bilməzlər. Hər bir 
məzmun ancaq özünə uyğun, əlverişli forma daxilində zənginləşə və inkişaf edə bilər. 
Ümumiyyətlə, məzmun yoxdur, yalnız formalaşmış, yəni müəyyən forması olan 
məzmun vardır. Eyniylə xalis məzmunsuz forma yoxdur. Forma daim məzmunludur, o 
müəyyən məzmun olmasını nəzərdə tutur və bu məzmunun strukturunu, quruluşunu 
təşkil edir, məzmun formaya nisbətən fəallığı ilə seçilir. Məzmun özünə xas 
ziddiyyətlərin mövcudluğu ucbatından daim hərəkətdə, inkişafda olur. Məzmunun 
dəyişməsindən asılı olaraq, forma da dəyişir. 
Məzmun formanı müəyyən edir. Lakin bu o demək deyildir ki, forma passivdir və 
məzmuna təsir etmir. O, məzmuna fəal təsir göstərir, məzmunun inkişafına kömək edir 
və ya əngəl törədir. Öz məzmununa uyğun gələn yeni forma məzmunun inkişafına, 
irəliləməsinə kömək edir. Öz məzmununa uyğun gəlməyən köhnə forma isə məzmunun 
inkişafına əngəl törədir. 
Forma ilə məzmunun qarşılıqlı təsirini şərh edərkən, nəzərə almaq lazımdır ki, 
mövcud şəraitdən asılı olaraq eyni bir məzmun müxtəlif formalarda inkişaf edə bilər. 
Formaların müxtəlifliyi məzmunu möhkəmləndirir, zəngin və çox cəhətli edir, ona 
ən müxtəlif şəraitdə inkişaf etmək imkanı verir. Lakin qeyd etmək lazımdır ki, məzmun 
ilə forma arasında müəyyən vaxtlarda kəskin ziddiyyətlər də meydana çıxır. Məzmuna 
nisbətən forma daha çox sabitdir. Buna görə də forma məzmunun inkişafından daim geri 
qalır, köhnəlir və məzmunla ziddiyyətə girərək onunla toqquşur. Yeni məzmun ilə köhnə 
forma arasındakı ziddiyyət çox vaxt köhnə formanın atılması və onun yeni formanı əvəz 
etməsi ilə başa çatır. Bunun sayəsində məzmunun gələcək inkişafı üçün perspektivlər 
açılır. Məzmunun müxtəlif tipləri mövcuddur: vacib və vacib olmayanlar, zəruri və 
təsadüfi olanlar, maddi və “ideal” olanlar və s. Onlara uyğun müvafiq forma tipləri də 
mövcuddur. 
Forma və məzmun anlayışları nisbidir. Məsələn, istehsal münasibətləri üstquruma 
nisbətdə məzmundur, cəmiyyətin məhsuldar qüvvələrinə nisbətdə isə formadır. Forma 
və məzmun nisbətinin traktovkasında dialektik mövqe aşağıdakı prinsiplərlə 
aydınlaşdırılır; 1. Məzmun və formanın ayrılmazlığı; 2. Əlaqələrin rəngarəngliyi; 3. 
Vəhdətin ziddiyyəti; 4. İnkişafın optimallığı – formanın məzmunu və yaxud əksinə, 
məzmunun formaya müvafiqliyi. 
Əslinə qalanda elə bir maddi sistem yoxdur ki, orada məzmun və forma olmasın. 
Məzmun yoxsa forma da yoxdur. Yaxud da əksinə. Maraqlı cəhətlərdən biri də forma ilə 
məzmunun bir– birinə keçməsidir. Bir hadisə, proses və s. üçün forma olan digəri üçün 


30 
məzmun olur və yaxud da əksinə. Əslinə qalanda bu proses həmişə davam edir. 
Dialektika özü də bunu tələb edir. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin