Kateqoriyaların
mahiyyəti və təsnifatı haqqında qeyd olunan fikirləri
yekunlaşdımaq, onların
ümumi təsnifini, növlərini belə qruplaşdırmaq olar: a)
ontoloji və ya substantiv kateqoriyalar.
Bunlar mövcudluğun əsasına qoyulan,
substansional səciyyə daşıyan kateqoriyalardır, onlara materialist, idealist, dualist
münasibətlər xasdır. ''Varlıq", "materiya", "ideya", "təfəkkür", "şüur" və i,a. belə ontoloji
kateqoriyalardır;
b
)
atributiv kateqoriyalar.
Bunlar ontoloji kateqoriyaların
mövcudluğu formalarını və ya ayrılmaz, atributiv xassələrini təşkil edir, onların
mahiyyət və mövcudluğunu şərtləndirirlər. "'Məkan", "zaman", "hərəkət", "inkişaf",
"zıddiyyət", "keyfiyyət", "kəmiyyət", "ölçü", "hal" və i.a. belə atributiv kateqoriyalardır;
c)
nisbət və ya relyativ kateqoriyalar.
Onlara "cüt kateqoriyalar"da deyilir. Bunlar
üçün əsas əlamət odur ki, onlar ikitərəflidir (tək və ümumi, səbəb və nəticə, zərurət və
təsadüf və s.), birinin mövcudluğu digərini də tələb edir, onlar ayrılıqda mövcud ola
bilməzlər. Bu kateqoriyalar universallıq, struktur, səbəbiyyət (determinlik), sistemlilik
və s. kimi əlaqələri əks etdirən kateqoriyalar yarımqruplarına aiddirlər.
Ən ümumi və
ya universal əlaqələri əks
etdirən kateqoriyalar
: tək, xüsusi və ümumi, qanun və
qanunauyğunluq, mahiyyət və hadisə.
Struktur əlaqələrini ifadə edən kateqoriyalar
:
hissə və tam; sistem,
struktur və element; məzmun və forma.
Determinlik və ya
səbəbiyyət əlaqələrini ifadə edən kateqoriyalar
: səbəb və nəticə; zərurət və təsadüf;
imkan və gerçəklik və i.a.
26
Ən ümumi və ya universal əlaqələri ifadə edən kateqoriyalar
Dostları ilə paylaş: |