AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
KİMYA VƏ BİOLOGİYA FAKÜLTƏSİ
BİOLOGİYA MÜƏLLİMLİİ İXTİSASI
QRUP : BİO - 1905 B
TƏLƏBƏ : İmanova Aytac Teymur q
TƏDRİS İLİ : 2020 - 2021 ci il
ÜMUMİ PSİXOLOGİYA KAFEDRASI
Psixologiya fənni üzrə
İMTAHAN TAPŞIRIĞI
Psixika və şüurun psixoloji xüsusiyyətləri, müqaisəli təhlili , şüur və
psixi inkişafın qanunauyğunluqlarının , təbii və sosial şərt-
lərinin psixoloji əhəmiyyəti.
Müəllim: Günəş Əfəndiyeva
baş müəllim
Psixika. Psixika haqqında iki təlim vardır. Materialist və idealist. Fəlsəfəyə görə
psixika obyektiv aləmin subyektiv inkasıdır. İnikasa materiyanın ən ümumi
xassəsidir. İnkas dedikdə iki obyektin qarşılıqlı təsir prosesi və onun nəticəsi
nəzərdə tutulur. Yəni, maddi obyektlərin digər maddi obyektlərlə qarşılıqlı təsiri
zamanı özlərində onların izini buraxmasıdır. İnikas vasitəli, vasitəsiz, mexaniki,
passiv və aktiv ola bilər. İnikasa aid nümunələr: zədələnmə zamanı bədəndə
yaranan cızıqlar, bir insanın digəri ilə toqquşması nəticəsində əmələ gəlmiş izlər,
insanın qruntda izi, qruntun insan ayaqqabısında izi, qarın üzərində gəzən zaman
yaranan iz və s. Tutaq ki, hər hansısa bir adam güzgüyə baxmalıdır. Bu zaman
güzgünün qarşısında dayananda onun əksi alınır. Bu mexaniki inikasa aiddir.
Cansız təbiətdə inikas passiv xarakter daşıyır. Yəni cansız aləmdə bir cismə digər
cismin təsiri zamanı yaranan dəyişiklikləri cisimlər özləri istifadə etmirlər.
Məsələn; Günəş şüası suyun üzərinə düşdükdə suyun səthində əks olunması, iki
avtomobilin toqquşması zamanı yaranan qəza və s. Canlı aləmdə isə onlardan artıq
özünü hifzetmə, özünü tənzimetmə məqsədilə istifadə olunur.
Canlı təbiətdə aktiv və passiv inikasla yanaşı vasitəli və vasitəsiz inikas formaları
vardır.
Şüur. Psixikanın ən yüksək inkişaf səviyyəsidir. Şüur da psixika kimi beynin
funksiyasıdır. Psixika həm canlı, həm cansız aləmə aid olduğu halda şüur yanlız
insana məxsusdur. Şüur obyektiv aləmin ideal inkasıdır. Yəni əmək prosesin
sonunda anlınan nəticə, bu prosesdən əvvəl insanın təsəvvüründə mövcud olur.
K.Marks deyirdi ki, “mənim mühitimə münasibətim mənim şüurumdur.” K.Marks
“Kapital” əsərində şüurun xüsusiyyətini belə səciyyələndirmişdir. «hörümçək
toxucunun əməliyyatını xatırladan bir əməliyyat icra edir, bal arısı da mumdan şan
qayırması ilə bəzi memar adamları utandırır. Lakin ən pis memar belə ən yaxşı bal
arısından bununla fərqlənir ki, memar hələ mumdan şan qayırmazdan əvvəl bunu
öz beynində qayırıb hazırlayır.
Fərdin həyat yolunun təkraredilməz əlamətlərini, tərbiyəsinin xüsusiyyətlərini,
ona olan müxtəlif siyası və ideoloji təsirlər şüur ilə ifadə olunur. Şüurun iki növü
vardır. Fərdi və ictimai şüur
Fərdi şüur. Cəmiyyətdə yaşayan hər bir şəxsin şüurudur. Fərdi şüur insanla
birlikdə doğulur və ölüb gedir. Fərdi şüur makro və mikromühitin, həmçinin ailənin,
dostların, tanışların və şəxsi həyat şəraitinin təsirinin nəticəsi kimi meydana çıxır.
İnsanın inkişaf səviyyəsi, şəxsi xarakter və s. amillərin təsiri altında fərdi şüur
formalaşır.
İctimai şüur. İctimai şüur dedikdə, bütöv bir cəmiyyətdə və ya hansısa sosial bir
qrupda formalaşan baxışlar, təsəvvürlər və ideyalar sistemi nəzərdə tutulur. İctimai
şüurun müxtəlif formalarda meydana çıxır. Məsələn; ictimai-siyasi və hüquqi
nəzəriyyələr və baxışlar, fəlsəfə, əxlaq, incəsənət, din və s. şəklində. İctimai varlığı
əks etdirb, ona fəal təsir göstərən bu formalardan biri hər birinin öz inikas obyekti
və üsulu vardır və insanların ictimai varlığına özünəməxsus şəkildə təsir göstərir.
Cəmiyyəti təşkil edən insanlardır, insanlar olmasa cəmiyyət olmaz, deməli fərdi
şüur olmasa, ictimai şüur olmaz. İctimai şüur ilə fərdi şüur bir birinə qarşılıqlı təsir
göstərir. Hər bir insan bütün həyatı boyu başqa insanlarla münasibətdə olur, bu
münasibətlər vasitəsilə, təlim, tərbiyə yolu ilə ictimai şüur formalarını mənimsəyir.
Bu da dialektik prosesdir.
Dostları ilə paylaş: |