Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


substansiya, kəmiyyət, keyfiyyət, münasibət, yer (məkan), zaman



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə25/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   21   22   23   24   25   26   27   28   ...   39
304 felsefe m N9dialektika eyani

substansiya, kəmiyyət, keyfiyyət, münasibət, yer (məkan), zaman, 
vəziyyət, hal, hərəkət və iztirab.
Bu bölgü uzun zaman, yeni dövrə qədər fəlsəfədə 
dəyişməz qalmış, ancaq XVII-XVIII əsrlərdə fəlsəfə və təbii elmi biliklərin inkişafı və 
nailiyyətləri əsasında onda müxtəlif dəyişikliklər aparılmışdır. Bir cəhətə də diqqət 
yetirmək lazımdır ki, Aristoteldən əvvəl də kateqoriyalar haqqında müəyyən fəlsəfi 
baxışlar olmuşdur. Bu baxışlar əsasən idealist səciyyə daşımış, kateqoriyaların obyektiv 
məzmunu qəbul edilməmiş, onlar subyektiv, "təfəkkür hadisəsi" kimi təhlil edilmişdir
kateqoriyalara "ilkin əsas" kimi baxılmışdır: od, su, hava, atom və s. 
Platon
isə bu 
əsasda kateqoriyaların beş növünü qeyd etmişdir: 
mahiyyət, hərəkət, sükunət, 
eyniyyət, fərq
. Aristotel də kateqoriyalara dünya və onun dərk edilməsinin ümumi 


24 
formaları kimi baxsa da, o, "ilkin səbəb", "'ilkin forma", "formalar forması" və s. adlarla 
"ilkin 
səbəb" 
ideyasına qayıdır, çox vaxt onlar "Allah" anlayışı ilə 
eyniləşdirilirdi.(Sonralar ilahiyyatçılar həmin ideyalardan Allahın varlığının sübutu kimi 
istifadə etmişlər). Aristotel həmçinin kateqoriyalar arasındakı dərin daxili əlaqələri, 
onların bir-birinə keçməsini, mütəhərrikliyini də axıradək ardıcıl izah etmişdi. 
Sonrakı dövrlərdə kateqoriyaların mahiyyətinin təhlil edilməsində İ.Kantın xüsusi 
rolu olmuşdur. Kant kateqoriyalara "özündə şeylər" iddiasının obyektivliyindən irəli 
gələn bir hadisə kimi deyil, subyektə, təfəkkürə xas olan bir fenomen kimi baxmış, 
onları idrakın "aprior formaları" hesab etmişdir. Kant kateqoriyaların məntiqi 
funksiyalarına, təfəkkürdəki roluna yüksək qiymət vermişdir. O, kateqoriyaların 
təsnifatını belə müəyyən etmişdir: keyfiyyət (gerçəklik, inkar, məhdudluq); kəmiyyət 
(tək, gəm, bütöv, tam); münasibət (substansiya, xassə, səbəb, təsir və qarşılıqlı təsir); 
modallıq (imkan və imkansızlıq). Lakin o, bütövlükdə kateqoriyaları gerçəklikdən ayırır, 
onlara təfəkkürün dəyişməz aprior formaları kimi baxırdı, onları obyektiv gerçəklikdən, 
təcrübədən asılı olmayan mühakimənin məhsulu hesab edirdi. 
Kateqoriyalar haqqında dialektik, obyektiv idealist baxışı Hegel əsaslandırmışdır. 
Onun fikrincə, kateqoriyalar daxili hərəkət və dəyişmə prosesinin əbədi atributu, 
anadangəlmə mütləq ideyalardır. Kateqoriyalar möhkəm daxili qarşılıqlı əlaqədədir və 
bır-birinə keçə bilər. Hegel fəlsəfi kateqoriyaların aşağıdakı təsnifatını vermişdir: 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin