dialektik sintez qanunu da adlandırırlar. Bu inkişaf
prosesində birinci və ikinci inkarların qovuşması faktına əsaslanır. Bu qanunu kəşf edən
Hegel isə onu “triada” (üçlük) qanunu adlandırmışdır. Triadanın sxemi belədir: tezis-
antitezis-sintez. Bu o deməkdir ki, tezis (inkişaf tsiklinin əvvəlində götürülmüş obyekt)
onun əksi olan antitezis tərəfindən inkar olunur. İkinci inkar nəticəsində isə tezislə
antitezisin dialektik sintezi baş verir.
Dialektikanın hər üç qanunu sıx vəhdətdədir və hətta biri digərinə nüfuz edir.
Məsələn müəyyən kəmiyyət dəyişiklikləri toplanaraq sıçrayışa gətirib çıxarır. Sıçrayış
isə köhnə keyfiyyətin inkarı və yeni keyfiyyətə keçid deməkdir. Digər tərəfdən, sıçrayış
həm də ziddiyyətin həlli mərhələsini ifadə edir. Göründüyü kimi, sıçrayış, inkar və
ziddiyyətin həlli bir-birinə qovuşmuş halda çıxış edir.
Beləliklə, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə və əksinə keçməsi
qanunu
inkişafın necə baş verdiyini, əksliklərin vəhdəti və mübarizəsi qanunu
inkişafın səbəblərini və mənbəyini, inkarı-inkar qanunu isə
inkişafın istiqamətini göstərir.
Sual 4. Dialektikanın kateqoriyaları Dialektikanın kateqoriyaları haqqında ümumi anlayış. Kateqoriyalar
gerçəklikdəki obyektiv, universal, ən ümumi, determinasiya, struktur, sistemlilik və i.a.
əlaqə və münasibətləri ifadə edir,
"Kateqoriya" yunan dilində "fikir söyləmək",
"mülahizə yürütmək", "mühakimə etmək", "şahidlik etmək" və s. deməkdir. Fəlsəfi
mənada kateqoriyalar - real gerçəklikdə (təbiətdə, cəmiyyətdə və təfəkkürdə) mövcud
23
olan obyektiv, qanunauyğunluğun və mahiyyətli əlaqə və münasibətləri əks etdirən ən
ümumi və fundamental anlayışlardır.