Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə23/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   19   20   21   22   23   24   25   26   ...   39
304 felsefe m N9dialektika eyani

dialektik sintez
qanunu da adlandırırlar. Bu inkişaf 
prosesində birinci və ikinci inkarların qovuşması faktına əsaslanır. Bu qanunu kəşf edən 
Hegel isə onu “triada” (üçlük) qanunu adlandırmışdır. Triadanın sxemi belədir: tezis-
antitezis-sintez. Bu o deməkdir ki, tezis (inkişaf tsiklinin əvvəlində götürülmüş obyekt) 
onun əksi olan antitezis tərəfindən inkar olunur. İkinci inkar nəticəsində isə tezislə 
antitezisin dialektik sintezi baş verir. 
Dialektikanın hər üç qanunu sıx vəhdətdədir və hətta biri digərinə nüfuz edir. 
Məsələn müəyyən kəmiyyət dəyişiklikləri toplanaraq sıçrayışa gətirib çıxarır. Sıçrayış 
isə köhnə keyfiyyətin inkarı və yeni keyfiyyətə keçid deməkdir. Digər tərəfdən, sıçrayış 
həm də ziddiyyətin həlli mərhələsini ifadə edir. Göründüyü kimi, sıçrayış, inkar və 
ziddiyyətin həlli bir-birinə qovuşmuş halda çıxış edir. 
Beləliklə, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə və əksinə keçməsi 
qanunu 
inkişafın necə baş verdiyini,
əksliklərin vəhdəti və mübarizəsi qanunu 
inkişafın səbəblərini və mənbəyini, 
inkarı-inkar qanunu isə 
inkişafın istiqamətini 
göstərir. 
Sual 4.
Dialektikanın kateqoriyaları 
 
Dialektikanın 
kateqoriyaları 
haqqında 
ümumi 
anlayış.
Kateqoriyalar 
gerçəklikdəki obyektiv, universal, ən ümumi, determinasiya, struktur, sistemlilik və i.a. 
əlaqə və münasibətləri ifadə edir
"Kateqoriya" 
yunan dilində "fikir söyləmək", 
"mülahizə yürütmək", "mühakimə etmək", "şahidlik etmək" və s. deməkdir. Fəlsəfi 
mənada kateqoriyalar - real gerçəklikdə (təbiətdə, cəmiyyətdə və təfəkkürdə) mövcud 


23 
olan obyektiv, qanunauyğunluğun və mahiyyətli əlaqə və münasibətləri əks etdirən ən 
ümumi və fundamental anlayışlardır.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin