arasındakı qanunauyğun, zəruri əlaqələrdən irəli gəlmir.
Əməli fəaliyyətdə yalnız
mövcud şəraitdən, mövcud olan və fəaliyyət göstərən qanunauyğunluqdan irəli gələn
real imkana arxalanmaq lazımdır. Lakin obyektiv qanunauyğunluğun mövcud olması
hələ heç də bu və ya başqa bir real imkanın meydana çıxması üçün kifayət deyildir.
Həmin qanunauyğunluğun məhz müəyyən formada təzahürünə kömək edəcək şərait
lazımdır.
İmkanlar
eyni zamanda
konkret
olur. Konkret imkan maddi sistemin inkişafının
müəyyən mərhələsində, müvafiq şəraitin olması sayəsində mövcud olan imkandır. Əgər
bütün zəruri şərait olmazsa, hətta ən real imkan da əldən qaçırılır və bu imkan gerçəkliyə
çevrilə bilmir. Məsələn, toxumda bitkiyə çevrilmək imkanı vardır, lakin bunun üçün ilin
müəyyən bir vaxtında onu yumuşaldılmış nəm torpağa əkmək, müvafiq temperaturun
olması və s. lazımdır. Bir çox toxumlar zəruri şərait olmadığına görə cücərmir.
37
İmkanlar içərisində elələri də vardır ki,
onlar
zəruri
xarakter daşıyır və gec-tez
reallaşır.
Mütərəqqi və mürtəce
imkanlarda ola bilər.
Dövrünü başa vurmuş qüvvə və
amillərə istinad edən imkan mürtəce, yeni, mütərəqqi qüvvə və amillərə əsaslanan
imkan isə mütərəqqidir.
İctimai həyatda imkanların gerçəkliyə çevrilməsi üçün
insanların əməli fəaliyyəti olduqca zəruridir.
38
N Ə T İ C Ə
Məlum olduğu kimi, gerçəkliyin hansı sahəsini öyrənib öyrənməməsindən asılı
olmayaraq hər bir
elm təkcə qanunlardan deyil, həm də müəyyən kateqoriyalar– yəni
ümumi anlayışlar sistemindən istifadə edilir.
Ümumiyyətlə, fəlsəfi kateqoriyalar gerçəkliyin ümumi cəhətlərini və əlaqələrini,
tərəflərini və xassələrini əks etdirən anlayışlardır. Biz artıq bu kateqoriyalardan təkcə,
xüsusi və ümumi haqqında qısa da olsa məlumat vermişik. Əslində dialektikanın
kateqoriyaları insanların min illər boyu davam edən təcrübəsinin, onların əmək
fəaliyyəti və idrakının yekunu, ümumiləşdirilməsidir. Bəzi tədqiqatçıların
fikrincə,
dünyanı dərk etməyin pillələridir. Determinizmin müxtəlif konsepsiyalarında mərkəzi
yerlərdən birini zərurət və təsadüf kateqoriyası tutur. Fəlsəfi determinizm obyektiv
zərurətin mövcudluğu fikrini irəli sürür. Zərurət səbəb– nəticə əlaqələrindən,
qanun və
qanunauyğunluq
anlayışlarından
ifadə
olunan
səbəbiyyət
münasibətlərində
müəyyənedici xarakteristika kimi çıxış edir. Eyni zamanda determinizmin hər bir
konsepsiyasında
təsadüflər
dünyasında
mövcudluğa
onun
münasibətinin
aydınlaşdırılması da tələb olunur. Zərurət– müəyyən şərait olduqda hökmən baş verən
hadisədir. Təbiətdə və insan cəmiyyətində baş verən çox müxtəlif hadisələr içərisində
elələri də vardır ki, bunlar müəyyən şeyin və ya baş verə bilən, amma baş verməyə də
bilən, bu və ya digər bir şəkildə baş verə bilən müəyyən
hadisələr silsiləsinin
qanunauyğun inkişafından heç də zəruri olaraq irəli gəlmir. Bunlara təsadüfi hadisələr
deyilir. Fəlsəfi determinizmin mühüm məsələlərindən biri təsadüf kateqoriyasının
obyektiv idrakı statusudur. Təsadüf və zərurət bir– birindən təcrid olunmuş halda, «saf»
şəkildə mövcud deyildir. Zərurət bu və ya başqa prosesdə inkişafın başlıca istiqaməti,
meyli kimi meydana çıxır, lakin bu meyl özünə çoxlu təsadüflər arasında yol açır.
Təsadüf zərurəti tamamlayır, onun təzahür formasıdır. Çoxlu təsadüf arxasında həmişə
obyektiv zərurət, qanunauyğunluq gizlənir.
Təsadüf ilə zərurət arasındakı əlaqədən belə bir nəticə çıxır ki, təsadüfi hadisələr də
müəyyən qanunauyğunluqlara tabedir və həmin qanunauyğunluqlar öyrənilib dərk edilə
bilər. Həm zərurət, həm də təsadüf səbəbiyyət əlaqələrində mühüm olduqlarından onları
qarşı– qarşıya qoymaq düz deyildir.
Fəlsəfə tarixində bu vəziyyətdən çıxış üçün 2 yol təklif olunur:
ya təsadüf
determinizm prinsipinin hərəkəti çərçivəsindən çıxarılır və mütləq təsadüfin determinə
edilməyən hadisə, təzahür və proses kimi verilməsi qəbul olunur, yaxud da təsadüf bu və
ya digər hadisənin səbəbini bilməməyimizin məhsulu kimi göstərilir. Birincisi,
determinizm prinsipini inkara aparırdısa,
ikincisi, təsadüfilik kateqoriyasının obyektiv
idrakı əhəmiyyətini heçə endirir.