29
ona daxilən xasdır.
Məzmun və forma bir-birilə möhkəm qarşılıqlı
əlaqə və
qarşılıqlı təsirdədir
,
obyektiv vəhdət
halındadır. Onlar bir-birindən aynlıqda mövcud ola bilməzlər. Hər bir
məzmun ancaq özünə uyğun, əlverişli forma daxilində zənginləşə və inkişaf edə bilər.
Ümumiyyətlə, məzmun yoxdur, yalnız formalaşmış, yəni müəyyən forması olan
məzmun vardır. Eyniylə xalis məzmunsuz forma yoxdur. Forma daim məzmunludur, o
müəyyən məzmun olmasını nəzərdə tutur
və bu məzmunun strukturunu, quruluşunu
təşkil edir, məzmun formaya nisbətən fəallığı ilə seçilir. Məzmun özünə xas
ziddiyyətlərin mövcudluğu ucbatından daim hərəkətdə, inkişafda olur.
Məzmunun
dəyişməsindən asılı olaraq, forma da dəyişir.
Məzmun formanı müəyyən edir. Lakin bu o demək deyildir ki, forma passivdir və
məzmuna təsir etmir. O, məzmuna fəal təsir göstərir, məzmunun inkişafına kömək edir
və ya əngəl törədir. Öz məzmununa uyğun gələn yeni forma məzmunun inkişafına,
irəliləməsinə kömək edir. Öz məzmununa uyğun gəlməyən köhnə forma isə məzmunun
inkişafına əngəl törədir.
Forma ilə məzmunun qarşılıqlı təsirini şərh edərkən, nəzərə almaq lazımdır ki,
mövcud şəraitdən asılı olaraq eyni bir məzmun müxtəlif formalarda inkişaf edə bilər.
Formaların müxtəlifliyi məzmunu möhkəmləndirir, zəngin və çox cəhətli edir, ona
ən müxtəlif şəraitdə inkişaf etmək imkanı verir. Lakin qeyd etmək lazımdır ki, məzmun
ilə forma arasında müəyyən vaxtlarda kəskin ziddiyyətlər də meydana çıxır. Məzmuna
nisbətən forma daha çox sabitdir. Buna görə də forma məzmunun inkişafından daim geri
qalır, köhnəlir və məzmunla ziddiyyətə girərək onunla toqquşur. Yeni məzmun ilə köhnə
forma arasındakı ziddiyyət çox vaxt köhnə formanın atılması və onun yeni formanı əvəz
etməsi ilə başa çatır. Bunun sayəsində məzmunun gələcək inkişafı üçün perspektivlər
açılır. Məzmunun müxtəlif tipləri mövcuddur: vacib və vacib olmayanlar,
zəruri və
təsadüfi olanlar, maddi və “ideal” olanlar və s. Onlara uyğun müvafiq forma tipləri də
mövcuddur.
Forma və məzmun anlayışları nisbidir. Məsələn, istehsal münasibətləri üstquruma
nisbətdə məzmundur, cəmiyyətin məhsuldar qüvvələrinə nisbətdə isə formadır. Forma
və məzmun nisbətinin traktovkasında dialektik mövqe aşağıdakı prinsiplərlə
aydınlaşdırılır; 1. Məzmun və formanın ayrılmazlığı; 2. Əlaqələrin rəngarəngliyi; 3.
Vəhdətin ziddiyyəti; 4. İnkişafın optimallığı – formanın
məzmunu və yaxud əksinə,
məzmunun formaya müvafiqliyi.
Əslinə qalanda elə bir maddi sistem yoxdur ki, orada məzmun və forma olmasın.
Məzmun yoxsa forma da yoxdur. Yaxud da əksinə. Maraqlı cəhətlərdən biri də forma ilə
məzmunun bir– birinə keçməsidir. Bir hadisə, proses və s. üçün forma olan digəri üçün
30
məzmun olur və yaxud da əksinə. Əslinə qalanda bu proses həmişə davam edir.
Dialektika özü də bunu tələb edir.
Dostları ilə paylaş: