31
qeyd edirdi ki, "elm aqreqat deyil, sistemidir". XIX əsrdə
bəşər cəmiyyəti və bioloji
aləmin qanunauyğunluqlarının kəşf edilməsi əsasında sistemlilik prinsipi qəbul edildi.
Burada isə
Ç.Darvin və K.Marksın kəşflərinin əhəmiyyəti böyük olmuşdur. Məhz bu
əsasda sistemlilik prinsipi və sistem yanaşma üsulu
formalaşmışdır.
Sistem-struktura və təşkilat quruluşuna malik olan, müəyyən nizamla
yerləşmiş qarşılıqlı əlaqədə olan elementlərin, hissələrin ümumiliyidir.
Element (ünsür) - müəyyən sistem daxilində hər hansı predmet, hadisə və
prosesin ayrılmaz daxili parçası, komponentidir.
Struktur isə - bu və ya digər tamın elementlərinin qarşılıqlı əlaqəsinin nisbi
sabit üsulu, qanunudur.
Uzun zaman mütəfəkkirlər düşünmüşlər ki, hər hansı cismi ,
hadisəni təhlil və
təsdiq edərkən onu tərkib hissələrinə, "kərpicciklərinə" ayırmaq lazımdır, "sadə" və
"mürəkkəb" anlayışlar keçicidir, onlar müəyyən sistemdə öyrənilməlidir. Hazırda elmdə
element (ünsür) anlayışı adı altında başqa obyektlərlə əlaqədə olan mürəkkəb kompleksə
daxil olan hər hansı obyekt nəzərdə tutulur. Element anlayışı nisbidir, müəyyən
münasibətlə o sistemə də çevrilə bilər. Məsələn, müəyyən
münasibətlə sinif cəmiyyət
sisteminin elementi kimi öyrənilərsə, başqa halda, sinifdaxili ünsürlər sinif sisteminin
komponentləri kimi götürülə bilər. Struktur isə müəyyən sistemdaxili və sistemlərarası
tərkib hissələrin (element və əlaqələrin) yerləşməsi üsulu, nisbi sabit qayda-qanunudur.
Struktur predmetin daxili və xarici əlaqələrinin nizamını əks
etdirir və obyektin nisbi
sabitliyini, stabilliyini, keyfiyyət müəyyənliyini təyin edir. Obyekt əgər müəyyən
hissələri və elementləri arasında özünəməxsus nisbi sabit qarşılıqlı əlaqə və qarşılıqlı
təsirə malikdirsə, o özü bir sistemdir. Bu hadisələrin də öz strukturu olduğu üçün onlar
da "yarımsistemlər" kimi çıxış edə bilirlər. Bunlar da ikinci, üçüncü və i.a.
yarımsistemlərə ayırırlar,
həmin sistemlərdə uyğun, birnövlü, nisbi sabit əlaqə və
münasibətlər isə strukturu təşkil edirlər. Çox strukturlu,
çox səviyyəli sistemlər də
mövcuddur.
Dostları ilə paylaş: