Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə36/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   31   32   33   34   35   36   37   38   39
304 felsefe m N9dialektika eyani

b)
Zərurət və təsadüf.
Determinizmin müxtəlif konsepsiyalarında mərkəzi 
yerlərdən birini 
zərurət və təsadüf
kateqoriyası tutur. Fəlsəfi determinizm obyektiv 
zərurətin mövcudluğu fikrini irəli sürür. Zərurət səbəb-nəticə əlaqələrindən, qanun və 
qanunauyğunluq 
anlayışlarından 
ifadə 
olunan 
səbəbiyyət 
münasibətlərində 
müəyyənedici xarakteristika kimi çıxış edir. Eyni zamanda determinizmin hər bir 
konsepsiyasında 
təsadüflər 
dünyasında 
mövcudluğa 
onun 
münasibətinin 
aydınlaşdırılması da tələb olunur. Zərurət – müəyyən şərait olduqda hökmən baş verən 
hadisədir. Təbiətdə və insan cəmiyyətində baş verən çox müxtəlif hadisələr içərisində 
elələri də vardır ki, bunlar müəyyən şeyin və ya baş verə bilən, amma baş verməyə də 
bilən, bu və ya digər bir şəkildə baş verə bilən müəyyən hadisələr silsiləsinin 
qanunauyğun inkişafından heç də zəruri olaraq irəli gəlmir. Bunlara təsadüfi hadisələr 
deyilir. Fəlsəfi determinizmin mühüm məsələlərindən biri təsadüf kateqoriyasının 
obyektiv idrakı statusudur. Təsadüf və zərurət bir-birindən təcrid olunmuş halda, “saf” 


34 
şəkildə mövcud deyildir. Zərurət bu və ya başqa prosesdə inkişafın başlıca istiqaməti, 
meyli kimi meydana çıxır, lakin bu meyl özünə çoxlu təsadüflər arasında yol açır. 
Təsadüf zərurəti tamamlayır, onun təzahür formasıdır. Çoxlu təsadüf arxasında həmişə 
obyektiv zərurət, qanunauyğunluq gizlənir. 
Zərurəti və təsadüfi düzgün başa düşmək üçün nəinki bunların arasındakı fərqləri, 
həmçinin bunların arasındakı əlaqəni də görə bilmək lazımdır. Zərurət və təsadüfün 
dialektikası bundan ibarətdir ki, təsadüf zərurətin təzahür formasıdır. Deməli, zəruri 
proses daxilində də təsadüflər olur. Bundan əlavə təsadüflər zəruri prosesin inkişafı 
gedişinə təsir göstərir, bunlar həmin prosesi ya surətləndirər, ya da yavaşıda bilər. Çox 
vaxt inkişafın gedişində təsadüflər zəruri prosesə o dərəcədə qarışır ki, özləri zərurətə 
çevrilir. Bu, o deməkdir ki, zərurət ilə təsadüf arasında heç də keçilməz bir uçurum 
yoxdur, inkişaf prosesində bunlar bir-birinə təsir göstərir, bir-birinə keçir. 
Təsadüf ilə zərurət arasındakı əlaqədən belə bir nəticə çıxır ki, təsadüfi hadisələr də 
müəyyən qanunauyğunluqlara tabedir və həmin qanunauyğunluqlar öyrənilib dərk edilə 
bilər. Həm zərurət, həm də təsadüf səbəbiyyət əlaqələrində mühüm olduqlarından onları 
qarşı-qarşıya qoymaq düz deyildir. 
Fəlsəfə tarixində bu vəziyyətdən çıxış üçün 2 yol təklif olunur: ya təsadüf 
determinizm prinsipinin hərəkəti çərçivəsindən çıxarılır və mütləq təsadüfin determinə 
edilməyən hadisə, təzahür və proses kimi verilməsi qəbul olunur, yaxud da təsadüf bu və 
ya digər hadisənin səbəbini bilməməyimizin məhsulu kimi göstərilir. Birincisi, 
determinizm prinsipini inkara aparırdısa, ikincisi, təsadüfilik kateqoriyasının obyektiv 
idrakı əhəmiyyətini heçə endirir. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin