32
başqasının nəticədən ibarət olması, onların bir-birinə qarşılıqlı keçməsi müddəası təşkil
edir. Hələ antik fəlsəfədə determinliyin əsasında
səbəb əlaqəsinin durduğunu,
səbəbiyyətin zərurəti eyni olduğunu, təsadüfün isə səbəblə heç bir əlaqəsinin olmadığını
və ya bütövlükdə təsadüfün heç olmadığını iddia edən baxışlar olmuşdur (Demokrit və
sonrakı dövrdə isə Spinoza). Mexaniki determinizm isə hadisənin ancaq xarici səbəblə
(şəraitlə) bağlı olduğunu qəbul etmişdir. Determinizm prinsipini inkar edən baxış isə
fəlsəfədə
indeterminizm
adlanmışdır.
İndeterminizm
hadisənin
inkişafının
qanunauyğunluğunu və səbəblə şərtlənməsini inkar edir. Lakin gerçəklik indeterminizm
baxışını təsdiqləmir. Determinasiya əlaqələri özünün əsas ifadəsini səbəblə nəticənin
qarşılıqlı münasibətində daha qabarıq şəkildə büruzə verir.
Ümumiyyətlə, determinizm ümumnəzəri prinsiplərinin bəzi tezislərini qeyd edək.
Hər şeydən əvvəl
, maddi sistem və proseslərin ən ümumi asılılığı, bir – birilə
şərtlənməsi haqqında olan tezis ön planda göstərilməlidir.
İkincisi
, determinasiya
şərtlənmə münasibətlərinin bütün rəngarəngliyi əsasında genetik, səbəbiyyət asılılığı du-
rur.
Üçüncüsü
, determinasiya tiplərinin rəngarəngliyi və determinasiya münasibətlərinin
səbəbiyyətsiz mövcudluğu haqqında olan tezis nəzərdə tutulmalıdır.
Dördüncüsü
,
şərtlənmə münasibətlərinin nizamlılığı, yaxud da qanunauyğunluğu haqqında olan tezis
də həmin qəbildəndir. Şərtlənmə prosesi nizamlı və qaydaya salınmamış xarakterə
malikdir.
Dostları ilə paylaş: