Qeyri-əsas ziddiyyət
inkişaf üçün aparıcı olmasa da,
müəyyən təsiredici ziddiyyətlərdir, onların da mühüm əhəmiyyəti vardır. Məsələn,
cəmiyyət miqyasında iqtisadi ziddiyyətlərin həll edilməsi əsas olsa da, sosial-siyasi,
mənəvi, məişət və s. kimi ziddiyyətlərin də həll edilməsi, qeyri-əsas olsa belə çox
əhəmiyyətli və təsirlidir. Hansı cəmiyyətdə qeyri-əsas ziddiyyətləri az əhəmiyyətli hesab
edirlərsə, onlara laqeydlik göstərirlər, orada cəmiyyətin bütövlükdə hərtərəfli tərəqqisi
və inkişafından söhbət gedə bilməz.
Başlıca və başlıca olmayan ziddiyyətlər
də mahiyyət etibarilə əsas və qeyri-əsas
ziddiyyətlərə yaxındır, onlara bənzəyirlər. Lakin burada əsasən bir cəhətə (fərqə) diqqət
yetirilməlidir. Başlıca ziddiyyət daxili və xarici, əsas və qeyri-əsas olmasından asılı
olmayaraq, müəyyən zaman daxilində birinci yerə çıxan, həllini tələb edən ziddiyyətdir.
Ziddiyyətlərin növlərindən birini də
antaqonist və qeyri-antaqonist ziddiyyətlər
təşkil edir. Bunlar təbiətdə bu və ya digər ziddiyyətlərdir, cəmiyyətdəki müxtəlif ictimai
və sosial-siyasi mənafeləri olan siniflər, sosial təbəqələr, qruplar, xalq və millətlər,
ictimai hərəkatlar partiyalar və i.a. arasında mövcud olan qarşılıqlı əlaqə və
münasibətləri əks etdirən ziddiyyətlərdir.
Antaqonist ziddiyyətlər
- ictimai-iqtisadi və sosial-siyasi mənafeləri bir-birinə əks
olan siniflər, sosial qruplar və təbəqələr arasındakı ziddiyyətlərdir. Bu ziddiyyətlərin
əsas xüsusiyyəti odur ki, onlar çox
hallarda münaqişəyə, toqquşmaya gətirib çıxarır, bu
toqquşmada ziddiyyətə girən tərəflərdən biri və ya hər ikisi sıradan çıxır: onları yeni
ictimai qüvvələr əvəz edir. Və ya bu ziddiyyətlər tənzimetmə, idarəçilik, islahat yolu ilə
deyil, münaqişə yolu ilə həll olunur.
Qeyri-antaqonist ziddiyyətlər
- əsas mənafeləri
bır-birinə uyğun gələn, lakın müəyyən mənafeləri fərqli
Dostları ilə paylaş: |