Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


olan tərəflər və ictimai təbəqə  və siniflər arasında olan ziddiyyətlərdir. İnkarı inkar qanunu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə20/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   16   17   18   19   20   21   22   23   ...   39
304 felsefe m N9dialektika eyani

 
olan tərəflər və ictimai təbəqə 
və siniflər arasında olan ziddiyyətlərdir.
İnkarı inkar qanunu. 
İnkarı inkar - dialektikanın ən ümumi qanunudur, 
gerçəklikdəki inkişafın perspektivlərini, meyllərini və istiqamətlərini, forma və 
nəticələrini bildirir. İnkarı inkar - gerçəkliyin bütün sahələrində (təbiətdə, cəmiyyətdə və 
idrakda) fəaliyyət təsirinə malik olan, inkişafın qarşısıalınmazlıq və varisliyini vəhdət 
halında əks etdirən, köhnənin bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən bir 
çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən ümumi qanundur. İnkişaf prosesində 
inkar yeninin köhnəni əvəz etməsidir; ölüb getməkdə olanın yeni yaranmaqda olanla 
əvəz olunmasıdır, köhnəlik zəminində yaranan yeninin tədricən möhkəmlənməsi, inkişaf 
etməsi və qələbəsidir, eyni zamanda köhnənin bir çox cəhətlərinin yenidən 
təkrarlanmasıdır. 
"İnkar" 
terminini fəlsəfəyə ilk dəfə Hegel gətirmiş, "inkarı inkar" bir 
ümumi dialektik qanun şəklində də Hegel işlətmişdir. Lakin obyektiv idealizm 


20 
mövqelərində duran Hegel bu qanunun fəaliyyət mənbəyini və mahiyyətini də 
idealistcəsinə mənalandırmışdır. Hegelin dialektik sistemində inkişaf məntiqi 
ziddiyyətlərin əmələ gəlməsi və aradan qaldırılmasından ibarətdir. Bu mənada inkişaf 
köhnə mərhələnin daxilən inkar edilməsidir, sonra isə həmin inkar edən yenə də bir 
müddət inkişafından sonra inkar olunur: inkarı inkar baş verir. Bu inkarlı inkişafda isə 
köhnə tamam yox olmur, sanki inkar olunan həm də bərpa olunur, yenidən təkrar edilir. 
Hegelin fikrincə, inkarın əsasında ideyanın, fikrin inkişafı və dəyişməsi durur, 
gerçəklikdəki inkarlılıq fikri inkarın əşya və hadisələrdə özünü göstərməsidir. Lakin bu 
qanunun məzmununa daxil olan bir sıra məsələlər-yeninin qarşısıalınmazlığı, köhnənin 
inkar edilməsi, inkişafda varislik əlaqəsi, inkişafın düz xətt üzrə getməməsi və s. fəlsəfə 
tarixində Hegeldən çox əvvəllər də məlum idi.
 
İnkarlı inkişaf xüsusiyyəti gerçəklik hadisələrinə daxilən xasdır, o hadisələrə 
kənardan gətirilə bilməz, obyektivdir, maddi hadisələrin inkişafının real momentidir. 
"Heç bir sahədə öz əvvəlki mövcudluq formalarını inkar etməyən inkişaf baş verə 
bilməz" (K.Marks). Təbiət, cəmiyyət və təfəkkür inkişafının verdiyi çoxsaylı və hətta 
sadə, adi məlumatlar belə inkarı inkarın ən ümumi qanun olduğunu aydın sübut edir. 
Neçə milyon illərlə davam edən Yer qabığının inkişafı və formalaşması bir neçə geoloji 
dövrlərdən keçmişdir. Əvvəlki mərhələ üzərində əmələ gələn hər bir yeni dövr 
köhnədən özünə zamin götürərək onu əvəz etmiş, bu prosesin təkrarı üzrə inkarlı inkişaf 
baş vermişdir. Elmi məlumatlara görə Yer üzərində insanın əmələ gəlməsindən 
indiyədək təqribən 55-ə yaxın nəsil bir-birini əvəz etmiş, bəşəriyyətin inkişafı mümkün 
olmuşdur. Lakin hər nəsl köhnə nəslin yaratdığı maddi və mənəvi sərvətlərdən özünə 
faydalı olanları mənimsəmiş, ümumi varislik yaradaraq köhnəni inkar edə-edə inkişaf 
etmişdir. F.Engels "Anti Dürinq" əsərində arpa dəninin timsalında inkarı-inkarı belə 
izah etmişdir: "Əlverişli iqlim şəraitində, rütubət və Günəş şüaları altında torpağa 
düşmüş arpa dəni cücərir, həmin cücərti üçün əlverişli nə varsa "götürülür", sonra əmələ 
gələn arpa gövdəni inkar edir, lakin toxum "yox olmur", onda cücərti üçün əlverişli
 
nə 
varsa "götürülür", sonra əmələ gələn arpa gövdəni inkar edir, inkarı-inkar baş verir, 
inkişaf davam edir". Cəmiyyət və idrak hadisələri də belədir. Köhnə zəminə 
əsaslanmayan və onu inkar etməyən heç bır sosial-siyasi hadisə (sinif, dövlət, istehsal, 
mədəniyyət və s.) baş verib inkişaf edə bilməz. Biliklərimiz biliksizlikdən az biliyə, az 
bilikdən daha zəngin, daha dərin biliyə doğru sonsuz inkarlı bir yol keçir. 
Lakin inkarı-inkar nə qədər ilkin ana qayıtma, köhnənin təkrar edilməsi olsa da, bu 
heç köhnəyə sadəcə qayıdış, köhnənin olduğu kimi təkrarlanması demək deyildir; onun 
yeni əsaslarda inkişafı, daha da zənginləşməsi, yüksəldilməsidir. Bu, "yeni anlayışdır, 
lakin köhnəyə nisbətən daha yüksək, daha zəngin anlayışdır. Köhnə onun inkarı və 


21 
ziddiyyətləri ilə zənginləşmişdir: inkar edən özündə köhnəni də əks etdirir, lakin daha 
çox, onun özündə olandan daha artıq əks etdirir. Bu, onun vəhdəti və əkslikləridir". 
İnkarı inkar qanununu səciyyələndirən əsas anlayışlar bunlardır: 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin