Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Biz danışığımızda hər an müxtəlif sözlər deyir, anlayışları işlədirik.  Anlayışlar



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə24/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   20   21   22   23   24   25   26   27   ...   39
304 felsefe m N9dialektika eyani

 
Biz danışığımızda hər an müxtəlif sözlər deyir, anlayışları işlədirik. 
Anlayışlar 
olmadan heç bir fikir söyləmək mümkün olmazdı. Anlayışın əsas xüsusiyyətini onun 
ümumiləşdirmə qabiliyyəti təşkil edir. Anlayış hər bir əşyanı, hadisəni deyil, uyğun, 
eyni qəbildən olan çoxsaylı və müxtəlif əşya və hadisələri ümumiləşdirərək əks etdirir: 
məsələn, "çay", "torpaq", "vətən" və s. anlayışları kimi. Danışığımızda işlənən bu 
ümumi anlayışlardan başqa, bir də ayrı-ayrı elm sahələrində işlədilən anlayışlar vardır: 
"elektrik", "komediya", "siyasət", "bazis" və s. Lakin elə anlayışlar da vardır ki, onların 
ümumiləşdirmə imkanı, əhatə dairəsi çox
genişdir; onlar nə elmin bir sahəsi, nə də 
varlığın bu və ya başqa sahəsi ilə məhdudlaşmır, bütöv gerçəkliyə aid olurlar. Belə 
anlayışlar ən ümumilik və qanunauyğunluq bildirirlər. Bu cür ən ümumi, fundamental 
anlayışları kateqoriyalar adlandırmaq olar. Məsələn, "varlıq", "təfəkkür", "idrak", 
"qanun", "hərəkət", "inkişaf", "əlaqə", "səbəb" və s. fəlsəfi anlayışlar - kateqoriyalardır. 
Bu qısa təhlil əsasında kateqoriyalara belə bir tərif vermək olar: 
idrakın xüsusi növ 
pilləsi və forması olmaqla kateqoriyalar real gerçəklikdə - təbiətdə, cəmiyyətdə və 
təfəkkürdə predmet, hadisə və proseslərin dəyişmə və inkişafını şərtləndirən 
obyektiv, qanunauyğun və mahiyyətli əlaqə və münasibətləri əks etdirən an ümumi 
və fundamental
fəlsəfi anlayışlardır.
Kateqoriyalar haqqında ilk təsəvvürlər çox qədim dövrlərdə - varlığın əsas 
prinsiplərini müəyyənləşdirmək məqsədilə meydana çıxmışdır. Kateqoriyalar haqqında 
ilk mükəmməl fəlsəfi baxış Aristotelin 
"Kateqoriyalar"
adlı traktatında verilmişdir. 
Aristotel dünya və onun dərk edilməsi vasitələrindən bəhs edərkən kateqoriyalara 
gerçəklikdə obyektiv mövcud olan əşyaların, hadisə və proseslərin başlıca, mühüm 
xassələrini əks etdirən
ümumi anlayışlar kimi baxmışdır. Aristotel hətta kateqoriyaların 
təsnifatı sisteminə dair xüsusi bölgü cədvəli də vermişdir. Aristotelə görə kateqoriyalar 
bunlardır: 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin