Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


varlıq  (keyfiyyət, kəmiyyət, ölçü) mahiyyət



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə26/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   22   23   24   25   26   27   28   29   ...   39
304 felsefe m N9dialektika eyani

varlıq 
(keyfiyyət, kəmiyyət, ölçü)
mahiyyət 
(əsas, hadisə, gerçəklik, gerçəkliyə isə o, 
substansiya, səbəb və qarşılıqlı təsiri də aid edirdi); 
anlayış 
(subyekt, obyekt, mütləq 
ideya). Əslində, Hegel kateqoriyaların, anlayışların dialektikası arxasında gerçəkliyin 
obyektiv dialektikasını da dərk etməyə çalışmışdı.
 
Lakin onun idealizmi bu sahədə 
Hegelin axıradək ardıcıl olmasına imkan verməmişdir. Hegelin kateqoriyaları hətta 
maddi aləm hadisələrini də müəyyən edən "müstəqil mahiyyətlər" adlandırması da 
buradan irəli gəlirdi. 
Hegeldən sonra marksist fəlsəfi konsepsiya nəzərə alınmazsa, fəlsəfədə, xüsusən 
XIX-XX əsrlər burjua fəlsəfəsində kateqoriyalar haqqında xüsusi bir ideya, yeni fikir 
söylənilməmişdir. XX əsr fəlsəfəsi kateqoriyaların obyektiv məzmununu qəbul etmir
onlar arasındakı qarşılıqlı təsir və çevrilməni rədd edir. Məntiqi neopozitivizmin 
nümayəndələri (R.Karnap, O.Neyrat və b.) kateqoriyalar haqqında təhlili dil 
terminlərinin formal-məntiqi təhlili ilə əvəz etməyə, onlardan ancaq məntiq, riyaziyyat, 
fizika kimi elm sahələrində bəhs etməyə çağırırdılar. Neopozitivistlər kateqoriyaların 
fəlsəfi-idrakı əhəmiyyətini rədd edir, hətta onlarla məşğul olmağı faydasız sayırlar. 
Neotomistlər isə kateqoriyalara dini məna verərək qeyd edirlər ki, kateqoriyalar ilahi 


25 
idraka məxsus formalardır və real əşya, xassə və münasibətlərin nümayəndələri, 
obrazlarıdır. 
İnsan fəaliyyətində kateqoriyalar həm də ciddi dünyagörüşü əhəmiyyətinə malikdir. 
Belə ki, məhz kateqoriyaların köməyi ilə insan nəyin həqiqət, nəyin yalan olduğunu, 
nəyin əsas və nəyin qeyri-əsas olduğunu müəyyən edir, hadisələrin inkişafını müəyyən 
edən daxili, zəruri əlaqələri aşkar edir, qanunauyğunluqları dərk edərək, onları öz 
əqidəsinə, nəhayət, fəaliyyət motivinə çevirir. Bütün bunlar isə insanda möhkəm əqidə, 
elmi dünyagörüşü formalaşmasına kömək göstərir. Kateqoriyalar insan fəaliyyətini 
istiqamətləndirən, onun məqsədli mövqe seçməyini şərtləndirən mühüm metodoloji 
əhəmiyyət kəsb edən fenomendir. İnsan kateqoriyaların mahiyyətini bilmədən də, onlar 
əsasında düşünür, gerçəklik hadisələrinə yanaşır. Məhz kateqoriyaları dərindən 
mənimsəmək əsasında insan hadisələri saf-çürük etmək, gerçəkliyə yanaşmaq üsulları 
seçmək, onları təhlil edib fərqləndirmək imkanları əldə edir; düzgün metodoloji mövqe 
tuta bilir. Bu yolla hadisələr arasındakı zəruri, qanunauyğun, müəyyənedici, mühüm 
əlaqələri seçmək, ayırd etmək asanlaşır, elmi-idrakı və sosial-praktik fəaliyyəti 
yanlışlıqlardan xilas etmək, faydalı metodoloji mövqe tutmaq, bütövlükdə insan 
fəaliyyətini düzgün istiqamətləndirmək mümkün olur. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin