& 35. NƏZARƏTÇİ-KASSİR
/kassa əməliyyatları aparılmadıqda "nəzarətçi" adlanılır"
5-ci dərəcə
İşin xüsusiyyəti.
Malların işçi qalığının vaxtında doldurulmasına, malların saxlanmasına, nəzarət-kassa maşınlarının sazlığına və onlardan düzgün istifadə olunmasına, ticarət zalında təmizliyə və qayda-qanunanəzarət edilməsi. Alıcılara xidmət göstərilməsi: malların miqdarının, çəkisinin, uzunluğunun, cütlüyünün, yarlıkının, plombunun /damğasının/, qiymətinin, keyfiyyətinin yoxlanılması. Alışın dəyərinin hesablanması, pulun alınması, çekin vurulması, pulun qalığının qaytarılması, çekin ödənilməsi, alıcılara malın keyfiyyəti, təyinatı, xüsusiyyətləri barəsində, onlara xidmət edilməsi barəsində, qiymətlərüzrə məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması. Alıcı axınına nəzarət edilməsi. Kassa aparatlarının sazlığının yoxlanılması, ona nəzarət və çek kağızlarının qoyulması, sayğacların göstəricilərinin yazılması, nömrəqoyanda göstəricilərin "sıfır"a qoyulması, tarixqoyanın qurulması. Malların anbardakı /bölmədəki/ çeşidləri ilə tanış olunması. Malların alınmasında və onların satışa hazrlanmasında, iştirak olunması: malın adının, miqdarının, komponentliyinin, sortunun, qiymətinin və markalanmaya, fabrik yarlıklarına /damğalarına/uyğunluğunun yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, sortlara ayrılması, ütülənməsi, yığılması, komplektlə dirilməsi, istismar xüsusiyyətlərinin yoxlanılması və s; yarlıkların yazılıb doldurulması və malların üzərinə bərkidilməsi; mal qonşuluğunun, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi; markalanmaya və fakturaya uyğun gəlməyən malların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi; piştaxta, mağazadaxili və pəncərə vitrinlərinin və satışda olan mallar haqqında məlumat vasitələrinin tərtibatı, onların vəziyyətinə nəzarət edilməsi. Əhali tələbinin öyrənilməsi. Tələb və alıcıların rəyləri haqqında məlumatların öyrənilməsi və onların ümumiləşdirilməsi. Müdiriyyətin nümayəndələrinin olmadığı zaman alıcılarla olan mübahisəli məsələlərin həll olunması, İnventarizasiyaya hazırlıqda vəonun aparılmasında iştirak edilməsi, mal hesabatlarının, zay mallara, əskikgəlmələrə, sortun aşağı olmasına görə müvafiq aktların tərtib olunması və maddi qiymətlərin təhvil verilməsi zamanı təhvil-təslimaktlarının hazırlanması. Çeklərin /pulların/ hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi; satış məbləğinin kassa aparatının sayğacına uyğunluğunun yoxlanılması. Satılmayan mallarıntaralara yığılması. Aşağı dərəcəli nəzarətçi- kassirlərin işlərinə nəzarət olunması.
Bilməlidir:
müəyyən qrup malların çeşidini, təsnifatını, xarakteristikasını, onların təyinatını, onlardan istifadə olunması və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını;pərakəndə qiymətləri; malların qəbul olunması, seçilməsi və komplektləşdirilməsi qaydalarını; məmulatların ölçüləri dərəcələrini və onların düzgün müəyyən edilməsi qaydalarını; mallarındəyişdirilməsi qaydalarını; mallardan zəmanətli istifadə müddətini; malların əsas malgöndərənlərini və onların məhsullarının çeşidində və keyfiyyətində olan xüsusiyyətləri; cari mövsümün modasınınvəziyyətini; kassa aparatının və ticarət-texnoloji avadanlığın əsas quruluş prinsiplərini; mağazadaxili və pəncərə vitrinlərinin tərtibatının prinsiplərini; malların hazırlanmasında istifadə olunan xammal və materialların əsas növlərini və onların tanınması üsullarını; malın qüsurlarının /nöqsanlarının növlərini; alıcılara xidməti mütərəqqi forma və metodlarını; alıcıların tələbi barəsində məlumatların cəmləşdirilməsi metodlarını, inventarizasiyanın keçirilməsi qaydalarını; mal hesabatlarının, zay mallara, əskikgəlmələrə, sortun aşağı olmasına görə aktların və maddi qiymətlilərin təhvil verilməsi zamanı təhvil-təslim aktlarının hazırlanması və tərtib olunması. Əməyin ödənilməsinə qoyulan ixtisas tələblər
4-cü dərəcəli nəzarətçi-kassir vəzifəsində 5 ildən az olmayaraq iş stajı.
&36. NİŞASTA HAZIRLAYANIN MAŞİNİSTİ
3-cü dərəcə
İşin xüsusiyyəti
Nişasta /kraxmal/ xammalının hazırlanması: kartofun tullantılarının sürtgəc maşınının bunkerinə doldurulması, onların xırda doğranılması, nişasta südünün durulducu çənlərə vurulması, kraxmalın yuyulması və yuyulmuş kraxmalın boşaldılması, onun keyfiyyətinin müəyyən edilməsi. Sürtgəc maşınına, qarışdıran mexanizmlərə və nasoslara qulluq edilməsi və onların fasiləsiz işinin təmin olunması.Avadanlığın təmizlənməsi və yuyulması. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.
Bilməlidir:
nişastanın /kraxmalın/ hazırlanmasında istifadə olunan xammalın növlərini, kraxmalın hazırlanması texnologiyasını; sürtgəc maşınının, qarışdıran mexanizmlərin və nasosların quruluşunu və onlara qulluq edilməsi qaydalarını; kraxmalın yuyulmasına və onun xırda doğranılması dərəcəsinə verilən tələblər.
Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerlərində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
&37. OFİSİANT
3-cü dərəcə
İşin xüsusiyyəti
Restoranlarda, kafelardə, qəlyanaltılarda, çayxanalarda, bufetlərdə, yeməkxanalarda müştərilərə xidmət göstərilməsi. Süfrənin mürəkkəb olmayan düzülüşünün edilməsi. Müştərilərdən sifarişlərin qəbulolunması, bufetdən, xörəkpaylayan yerlərdən məhsulların alınması, müştərilər tərəfindən seçilən xörəklərin, içkilərin verilməsi. Restoran, kafe və barlarda qənnadı məmulatları, hədiyyələr, güllər və s. mallar ilə; sərnişin vaqonlarında-isti xörəklər, süd- qatıq məhsullar, kulinar və qənnadı məmulatları, alkaqolsuz içkilər, hədiyyələr, çörək-bulka məmulatları ilə səyyar ticarət edilməsi. Çeklərlə, xüsusi talonlarla və nağdı pulla hesablaşmalar. Zalın açılışa hazırlanması: stolların, stulların silinməsi, ədvaların stolların üstünə düzülüşü. İstifadə olunmuş qab-qacağın yığılması. Növbənin qəbulu və, təhvili. İş yerninin hazırlanması və yığışdırılması.
Bilməlidir:
buraxılan məhsulun çeşidini, çıxış normasını və onların qiymətlərini, içkilərin, qəlyanaltıların, xörəklərin verilməsi ardıcıllığını və onların verilmə temperaturunu, müştərilərlə hesablaşma qaydalarını; nəzarət-kassa maşınlarının istismar olunması qaydalarını, nəğdı pulun, çeklərin və talonların təhvil verilməsi qaydalarını; yeməkxana ağlarının. qab-qacağın, alətlərinin uçotu və təhvil verilməsi qaydalarını.
Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
&38. OFİSİANT
4-cü dərəcə
İşin xüsusiyyəti
Restoranlarda və kafelərdə müştərilərin qarşılanması, qəbul edilməsi, onların menyu ilə tanış olunması, sifarişlərin qəbul olunması, seçilən xörəklərə uyğun gələn araq-çaxır məmulatlarının seçilməsi və təklif olunması, sifarişin xörəkpaylayan yerə verilməsi; məhsulların bufetdən, xörəkpaylayan yerdən alınması və onların müştərilərə çatdırılması: stolun üzərində xörəklərin və içkilərin düzülüşü, yerbəyer olunması və paylara bölünməsi. Müştərilərlə hesablaşma aparılması. Ayrı-ayrı müştərilərə, tam xidmət olmayan banketlərə, xüsusi tədbirlərə qulluq edilməsi üçün zalın hazırlanması və süfrələrin düzülüşü. Pulun, yeməkxana ağının, qab-qacaqların və alətlərin alınması və pulun artığının qaytarılması.
Bilməlidir:
müştərilərə xidmət göstərilməsi qaydalarını və texnikasını, xidmət növündən asılı olaraq süfrənin düzülüşü növlərini; çeşidləri, çıxış normasını, məhsulların qiymətlərini, xörəklərini və içkilərin kulinarxarakteristikasını, onların bir-birinə uyğunluğunu, xörəklərin və içkilərin temperaturuna və tərtibatına, onların verilməsinə və verilmə ardıcıllığına qoyulan tələbləri; müştərilərə hesablaşma formalarını və sənədlərini; turistlərə göstərilən xidmətin xüsusiyyətlərini və onların qidalanması spesifikasını; nəzarət-kassa maşınlarının istismar olunması qaydalarını.
&39. OFİSİANT
5-ci dərəcə
İşin xüsusiyyəti
Ofisiantlar tərəfindən tam xidmət göstərilən banketlərin, kokteylərin, furşetlərin və xüsusi tədbirlərin keçirildiyi rəsmi və qeyri-rəsmi qəbullara gələnlərin qarşılanması, qəbul olunması və onlara xidmət göstərilməsi. Xidmət növünə uyğun olaraq milli xüsusiyyətləri nəzərə almaqla süfrənin düzülüşünün həyata keçirilməsi /boşqabların/ şüşə qabların düzülməsi, xörək dəsmallarının-salfetlərin, alət və cihazların qoyulması, stollarda soyuq qəlyanaltıların, müxtəlif içkilərin, meyvələrin yerbəyer olunması/. Müştərilərə yemək qəbul olunan zaman bilavasitə xidmət göstərilməsi/soyudulmuş və isti xörəklərin təklif olunması və boşqablara qoyulması, içkilərin, sulu xörəklərin qablara, boşqablara tökülməsi/. Banketlər, rəsmi və qeyri-rəsmi qəbullar üçün çeşni tərtibatının/menyunun/ tərtib olunması. Göstərilən xidmət növü üçün lazım olan ofisiantların və yeməkxana ağının, qab-qacağın, şüşə qabların və alətlərin sayının hesablanması. Nisbətən aşağı dərəcəliofisiantlara təlimat verilməsi və onların təcrübi səriştəliyinin artırılması.
Bilməlidir:
müştərilərə xidmət göstərilməsinin növlərini və onların hər birinə uyğun olan qaydaları; xidmət növündən asılı olaraq süfrənin düzülüşü üsullarını /qab-qacağın, alətlərin növlərini və təyinatlarını,salfetlərin bükülüşü qaydalarını/; məhsulların çeşidlərini, çıxış normalarını, onların qiymətlərini; xörəklərin və içkilərin kulinar xarakteristikasını, onların bir-birinə uyğunluğunu, xörəklərin və içkilərin temperaturuna və tərtibatına, onların verilməsinə və verilmə ardıcıllığına qoyulan tələbləri; verilən xörəklərin və içkilərin temperaturuna və tərtibatına, onların verilməsinə və verilmə ardıcıllığına qoyulan tələbləri; verilən xörəklərin xarakterinə uyğun gələn şərabların və araq-çaxır məmulatlarının çeşidlərini; ayrı-ayrı müştərilərə və təşkilatlarla hesablaşma formalarını və sənədlərini; nəzarət kassa maşınlarının istismar olunması qaydalarını; turistlərə göstərilən xidmətin xüsusiyyətlərini və onların qidalanması spesifikasını; yeməkxana ağının, qab-qacağın, alətlərin uçotu qaydalarını və onların silinməsi üçün aktların hazırlanmasını; ofisiantların işlərinin təşkili formalarını /fərdi xidmət, briqada-manqa forması və s./; danışıq minimumu səviyyəsində xarici dili.
&40. SATURATORÇU (QAZLI SU HAZIRLAYAN)
3-cü dərəcə
İşin xüsusiyyəti
Qazlı suyun paylanması. Qazlı suyu müəyyən olunmuş reseptlə hazırlayan qurğulara xidmət edilməsi. Saturatorun doldurulması: oraya təlimata əsasən müvafiq nisbətlərdə su və balondan karbon qazı vurulması. Nəzarət ölçü cihazları ilə suyun soyudulması və onun karbon qazı ilə doldurulmasına nəzarət edilməsi. Avadanlıq və armaturanın işində xırda qüsurların aradan qaldırılması.
Bilməlidir:
nəzarət cihazlarının və armaturanın: siyonların, balonların qaz xətlərinin və s. quruluşunu və təyinatını; kimyəvi preparatların doldurulması üsullarını və onların nizamlanması qaydalarını; sanitar-gigiyena minimumunu.
&41. SÜDLÜ KOKTEYLLƏR HAZIRLAYAN
3-cü dərəcə
İşin xüsusiyyəti
Kokteyllərin hazırlanması. Müəyyən olunmuş resepturaya əsasən süddən, şirələrdən və dondurmadan qarışıqların düzəldilməsi, həmin qarışıqların qatışdırılması və mikserin köməyi ilə çalınması,hazır məhsulun, həmçinin qənnadı məmulatlarının, dondurmanın və s. istehlakçılara buraxılması. Məhsulların alınması və onların saxlanılması. Təmiz qab-qacağın olmasının təmin edilməsi. Malhesabatının tərtib olunması.
Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.
Bilməlidir;
südlü kokteyllərin çeşidini; onların hazırlanmasında istifadə olunan xammal növlərini; sərinləşdirici südlü içkilərin hazırlanmasının texniki şərtlərini və texnoloji göstərişlərini; südlü içkilərin çalınmasında istifadə olunan aparatın quruluşunu və istismar qaydalarımı; istehlakçılarla hesablaşma üsullarını; mal hesabatının tərtib olunması qaydalarını.
& 42. TİCARƏT VƏ SOYUDUCU AVADANLIQLARI
ÜZRƏ ELEKTRİK MEXANİKİ
3-cü dərəcə
İşin xüsusiyyəti.
Ticarət aparatlarına, avtomat və yarımavtomatlarına, yeyinti məhsullarının emalı üçün maşınlara,, istilik-elektrik ticarət-texnoloji avadanlıqlara və avadanlıqlara xidmət cihazlarına texniki xidmət edilməsi, cari təmiri, onların mexaniki, elektrik, hidravlik hissələrinin nizamlanması və sökülməsi. Nisbətən yüksək ixtisaslı quraşdırılması, sökülməsi, texniki xidmət göstərilməsi, soyuducunun mexaniki, elektrik və hidravlik hissələrinin təmiri və sazlanması. Ticarət texnoloji avadanlığın təzyiq və hərəkət relesinin, qoruyucu qurğularının qoyulması və nizamlanması. Detalların məngənədə sıxılması. Kommutasiya naqillərinin calaşdırılması detalların müxtəlif lehimlərlə lehimlənməsi. Sistemlərin soyuducu daşıyıcıları ilə doldurulması, soyuducu maşınların hermetikliyinin /kipliyinin/ yoxlanılması.
Bilməlidir:
aparatların, avtomat və yarımavtomatların, yeyinti məhsullarının emalı üçün maşınların, istilik-elektrik ticarət-texnoloji avadanlıqların iş prinsiplərini və onlara xidmət olunması üzrə texniki tələbləri; buraxıcı-müdafiə və nizamlama aparatlarının nasazlığının müəyyən olunması və onların aradan qaldırılmasını; universal və xüsusi alətlərin quruluşunu və onların tətbiqi qaydalarını; yağlayıcı materialların növlərini; sistemlərin soyuducu amillərlə doldurulması üsullarını və qaydalarını; ticarət-texnoloji elektrik qurğularının istismarı zamanı əməyin təhlükəsizliyi qaydalarını; elektrik texnikasının əsaslarını.
& 43. TİCARƏT VƏ SOYUDUCU AVADANLIQLARI ÜZRƏ ELEKTRİK MEXANİKİ
4-cü dərəcə
İşin xüsusiyyəti.
Ticarət aparatlarının, avtomat və yarımavtomatların, yeyinti məhsullarının emalı üçün maşınların, istilik-elektrik ticarət-texnoloji avadanlıqların və avadanlıqlara xidmət cihazlarının əsaslı təmiri, onların mexaniki, elektrik, hidravlik hissələrinin sazlanması və quraşdırılması. Sadə avtomatika sxemi olan soyuducu maşınların sökülməsi, onlara texniki xidmət göstərilməsi, təmir olunması, nizamlanması və quraşdırılması. Hərarət nizamlayıcı və sairə ventillərin qurulması və nizamlanması. Elektrik güc qurğularının elektrik dövrələrinin yerlə birləşdirilməsi. Xidmət olunan maşınların və avadanlıqların sınaqdan çıxarılması. Detalların və qovşaqların bir-biri ilə əlaqədə olan hissələrinin şaberlə /isgənəyəoxşar kəsici alətlə/ yonulması. Aralıqların uyğunlaşdırılması, quraşdırılan detalların, qovşaqların vəaqreqatların mərkəzi vəziyyəti salınması. Xidmət olunan avadanlığın qaynaq olunması. Ticarət işçilərinin avadanlığın istismar olunması qaydaları üzrə təlimatlandırılması. Müəyyən olunmuş texnikisənədləşmənin aparılması.
Bilməlidir:
Xidmət edilən avadanlığın quruluşunu, texniki tələbləri, onların əsaslı təmiri və sazlanması üsullarını və qaydalarını; soyuducu maşınlarda, avadanlıqda, nizamlama və mühafizə cihazlarında olannasazlıqların əsas növlərini və onların aradan qaldırılması üsullarını; cərəyanın gərginliyindən asılı olaraq naqillərin kəsimlərinin, mühafizə cihazlarının seçilməsi qaydalarını; soyuducu amillərin xüsusiyyətlərini; detalların və qovşaqların vaxtından əvvəl köhnəlməsi /aşınması/ səbəblərini və onların aradan qaldırılması üsullarını; təzyiq altında işləyən müxtəlif birləşmələrin qaynaq olunması və lehimlənməsi rejimlərini və üsullarını; müəssisə, təşkilat və idarələrin əməyin təhlükəsizliyi və təlimatlandırmanın əsaslarını; soyuducu maşınların istilik dinamikasının və istilik hesablamalarının əsaslarını.
& 44. TİCARƏT VƏ SOYUDUCU AVADANLIQLARI ÜZRƏ ELEKTRİK MEXANİKİ
5-ci dərəcə
İşin xüsusiyyəti
Yeməklərin paylanması, ərzaq mallarının emalı, qablaşdırılması və bükülməsi, yarımfabrikatların istehsalı üçün avtomat və yarımavtomat və mexanikləşdirilmiş axın xətlərinə, kulinar məmulatlarınınistehsalı üçün avadanlığa, xidmət olunan avadanlığın cihazlarına və elektrik idarəetmə lövhələrinə texniki xidmət göstərilməsi, onların cari təmiri, mexaniki, elektrik, elektron və hidravlik hissələrinnizamlanması və sökülməsi. Orta mürəkkəb avtomatika sxemi olan soyuducu maşınların sökülməsi, təmir olunması, sazlanması və quraşdırılması, onlara texniki xidmət göstərilməsi. Təzyiq altındaişləyən qabların sınaqdan çıxarılması. Sınaqların nəticələrinə görə işçi diaqramların və xarakteristikaların çıxarılması. Vacib detalların statik və dinamik tarazlaşdırılması. Ölçü və sınaq lövhələrinin yığılması, nizamlanması və sazlanması.
Bilməlidir:
avtomat və yarımavtomat, mexanikləşdirilmiş axın xətlərinin və xidmət olunan ticarət və soyuducu avadanlıqlarının quruluşunu və xidmət üçün texniki tələbləri, onların cari təmirini, nizamlanmasını; soyuducu qurğuların iş rejimlərini; avtomatikanın elektrik və elektron sxemlərini; soyuducu qurğuların boru xətlərinin pnevmatik və hidravlik sınaqdan keçirilməsi qaydalarını və onların çoxşaxəli sistemlərinin hermetikliyinin /kipliyinin/ yoxlanması üsullarını; sorbentlərin, yağlayıcı materialların regenerasiya olunması üsullarını və rejimlərini; elektronikanın əsaslarını.
& 45. TİCARƏT VƏ SOYUDUCU AVADNLIQLARI ÜZRƏ
ELEKTRİK MEXANİKİ
6-cı dərəcə
İşin xüsusiyyəti
Yeməklərin paylanması, ərzaq mallarının emalı, qablaşdırılması və bükülməsi, yarımfabrikatların istehsalı üçün avtomat və yarımavtomat və mexanikləşdirilmiş axın xətlərinin, kulinar məmulatlarınınistehsalı üçün avadanlığın, xidmət olunan avadanlığın cihazlarının əsaslı təmir olunması, onların mexaniki, elektrik, elektron və hidravlik hissələrin sazlanması. Mürəkkəb və çox mürəkkəb avtomatikasxemi olan və avtomat idarəetmə sistemi ilə soyuducu maşınların sökülməsi, təmir olunması, sazlanması və quraşdırılması, onlara texniki xidmət göstərilməsi. Elektrik aparatlarının və idarəetməstansiyalarının kompleks sınaqdan çıxarılması və sınaqların nəticələrinə görə işçi diaqramların və xarakteristikaların çıxarılması. Sınaq lövhələrində elektron nəzarət-ölçü və nəzarət-qeydiyyat cihazlarının sınaqdan çıxarılması. Elektoron ticarət və soyuducu avadanlığın tərkibinə daxil olan elektron blokların nizamlanması.
Bilməlidir:
avtomat, yarımavtomat, mexanikləşdirilmiş axın xətlərinin və bütün ticarət və soyuducu avadanlıqların konstruktiv xüsusiyyətlərini, kinematik, texnoloji və elektrik sxemlərini; cihazların quruluşunu, uzaqdan idarə olunan sistemlərin elektoron və elektrik szemlərini; nizamlayıcı qurğuların və elektron avadanlığın ayrı-ayrı elementlərinin hesablanması metodlarını; formulfarların /xidmətkitabçalarının/ və istismar sənədlərinin aparılması qaydalarını.
& 46. TİCARƏT ZALININ KASSİRİ
3-cü dərəcə
İşin xüsusiyyəti.
Kassa əməliyyatlarını həyata keçirir. Alıcılara alınmış mallar /xidmətlər/ və göstərilən xidmətlərə görə hesablamaları aparır. Xırda pulu alır, mövcud malların /xidmətlərin/ çeşidləri və onların qiymətləri ilə tanış olur. Kasa aparatının sazlığını yoxlayır, onu nəzarət və çek lentləri ilə doldurur, sayğacların göstəricilərini qeyd eləyir, nömrəqoyanı "sıfır"a çevirir, tarixqoyanı nizamlayır. Nəzarət-kassa maşınının xırda qüsurlarını aradan qaldırır. Xırda pulun alınması, onun kassa yeşiyində yerləşdirilməsi. Alışların /xidmətlərin/ dəyərini hesablayır, onların pulunu alır, çeki çap eləyir və pulun qalığını, istifadə olunmayan çek üzrə pulu qaytarır. Pulları sayır və müəyyən olunmuş qaydada satış pulunu təhvil verir. Satışın məbləğini kassanın sayğacındakı göstəricilərlə tutuşdurur.
Bilməlidir:
Kassa əməliyyatlarının yerinə yetirilməsi qaydalarını; ilkin kassa və bank sənədlərini, alıcılarla hesablanma qaydalarını; pul vəsaitlərinin və qiymətli kağızların qəbul olunmasını və təhvilverilməsini; nəzarət kassa maşınında iş qaydalarını; kassa aparatlarının müxtəlif sistemlərinin quruluşlarını; satışda olan malların /xidmətlərin/ çeşidlərini və qiymətlərini, göstərilən xidmətləri, pul nişanlarının ödənişlilik əlamətlərini; yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarını. Əməyin ödənilməsinə qoyulan ixtisas tələblər.
Ümumi orta və təhsil müəyyən olunmuş proqram üzrə kurslar və yaxud fərdi təhsil.
& 47. TİCARƏT ZALININ KASSİRİ
4-cü dərəcə
İşin xüsusiyyəti
Kassa əməliyyatlarını həyata keçirir. Alıcılara alınmış mallar /xidmətlər/ və göstərilən xidmətlərə görə hesablamaları aparır. Xırda pulu alır, mövcud malların /xidmətlərin/ çeşidləri və onların qiymətləri ilə tanış olur. Kassa aparatının sazlığını yoxlayır, onu nəzarət və çek lentləri ilə doldurur, sayğacların göstəricilərini qeyd eləyir, nömrəqoyanı "sıfır"a çevirir, tarixqoyanı nizamlayır. Nəzarət-kassa maşınının xırda qüsurlarını aradan qaldırır. Xırda pulun alınması, onun kassa yeşiyində yerləşdirilməsi. Alışların /xidmətlərin/ dəyərini hesablayır, onların pulunu alır, çeki çap eləyir və pulun qalığını, istifadə olunmayan çek üzrə pulu qaytarır. Pulları sayır və müəyyən olunmuş qaydada satış pulunu təhvil verir. Satışın məbləğini kassanın sayğacındakı göstəricilərlə tutuşdurur. Kassa-kitabını aparır və hesabatını tərtib edir.
Bilməlidir:
Kassa əməliyyatlarının yerinə yetirilməsi qaydaları; ilkin kassa və bank sənədlərini, alıcılarla hesablanma qaydalarını; pul vəsaitlərinin və qiymətli kağızların qəbul olunmasını və təhvilverilməsini; nəzarət kassa maşınında iş qaydalarını; kassa aparatlarının müxtəlif sistemlərinin quruluşlarını; satışda olan malların /xidmətlərin/ çeşidlərini və qiymətlərini, göstərilən xidmətləri, pul nişanlarının ödənişlilik əlamətlərini; yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarını. Əməyin ödənilməsinə qoyulan ixtisas tələblər.
3-cü dərəcəli ticarət zalının kassiri vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
& 48. UŞAQ YEMƏKLƏRİ ÜZRƏ AŞPAZ
5-ci dərəcə
İşin xüsusiyyəti
Uşaq məsləhətxanalırında, körpələr evində, uşaq bağçalarında, məktəblərdə və digər iaşə müəssisələrində uşaqlar üçün xörəklərin, süd qarışıqlarının, müxtəlif yarmalardan sıyıqların, tərəvəzdənxörəklərin, tərəvəz, meyvə, meyvə-tərəvəz, və ət-tərəvəz məzələrin. qəlyanaltıların, xuruşların, vineqretlərin /həftəbecər hazırlanması. Ət və toyuq bulyonlarının; sümük bulyonunda vegetrian, püreyəbənzər /əzmə/, soyudulmuş və xörəyin üstünə tökülən supların /şorbaların/ bişirilməsi. Müxtəlif növlü tomat, xama, süd və meyvə souslarının; sufle, küftə, qiymələnmiş ət, toyuq və balıq məhsullarından sair xörəklərin; ət, yumurta və kəsmik /süzmə/ ilə tərəvəz qarışıqlarının hazırlanması. Qaynar və soyuq içkilərin, meyvə və tərəvəz şirələrinin, xoşabların, palda və paludələrin /kisellərin/, jele, muss və s. üçüncü xörəklərin hazırlanması. Mayalı və şirin xəmirin hazırlanması və ondan müxtəlif bulka məmulatlarının bişirilməsi. Südəmər, ilkin, məktəbəqədər və məktəbyaşlı uşaqlara onların yaş normalarından asılı olaraq xörəklərin paylanması.
Bilməlidir:
südəmər, ilkin, məktəbəqədər və məktəb yaşlı uşaqların qidalanmasının əhəmiyyətini və əsaslarını; müxtəlif qida məhsullarının xarakteristikasını və onların bioloji əhəmiyyətini, yeyinti məhsullarının keyfiyyətlilik əlamətlərini və onların orqanoleptik qaydada müəyyənolunma üsullarını; çay, yarımfabrikat məhsullarının saxlanılma və istifadə olunma müddətlərini; uşaqlar üçün məhsulların kulinar emalının aparılması xüsusiyyətlərini; duru xörəklərin /şorbaların/, əsas, şirin və soyudulmuş xörəklərin və xəmirdən məmulatların hazırlanması texnologiyasını; suda bişirmə, qızartma, bişirilmə və digər istiliklə emal rejimlərinin və müddətlərini, xammalın normalarını, nisbətlərini və onların qazana qoyulma ardıcıllığını; uşaqların yaşından asılı olaraq yeməyin verilmə həcmini; ərzaqların əvəz olunma cədvəlindən istifadə qaydalarını; istifadə olunan mexaniki, istilik, çəki-ölçü, soyuducu və digər avadanlığın quruluşunu və iş prinsipini, onların istismar olunması və onlara xidmət qaydalarını; qida blokunun saxlanılmasının sanitar-qaydalarını; şəxsi gigiyena qaydalarını; yeməkdən zəhərlənmə hallarının qarşısının alınması tədbirlərini; uşaqlara xörəklərin paylanması qaydalarını.
Əməyin təhlükəsizliyi və iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
&49. ÇAYÇI
4-cü dərəcə
İşin xüsusiyyəti.
Müxtəlif çay növlərindən istifadə edilməsi. Müxtəlif çay və dəmlərin /kəkotu, zəncəfil və s. ot dəmləmələri hazırlanması. Çayla süfrəyə verilən əlavələrin /mürəbbələrin, şəkərin, noğulun, döymə şirninin,paxlava, şəkərbura və s. bu kimi yüngül qəlyanaltıların /yağlı, əzməli, pendirli, süzməli və s bu kimi yaxmaların, dürməklərin, bal0qaymağın, bəhməzlə-qatığın, xamanın, yağın və s./ təyinatının və hazırlanmasını. Müxtəlif çay qarışıqlarından /südlü çay, limonlu çay, şirin çay/ istifadə edilməsi. Müxtəlif elektrik, qazla və kömürlə işləyən su qaynadıcılarından istifadə edilməsi.
Bilməlidir:
çayın süfrəyə verilmə qaydalarını /tək çaydanla, cüt çaydanla, kiçik samovarla, fincanla, armudu bardaqlarla və s./; suyun codluğunun və yumşaqlığının ayırd edilməsi; müxtəlif çay növlərinin orqanoleptik qiymətləndirilməsini; çay hazırlanması nüsxələrini; çay süfrəsinə verilən qab-qaçaq dəstlərindən düzgün istifadə edilməsi; müxtəlif üsullarla /qumda/ buxarda/ daimi istilik verilməklə və ya daimi istilik verilmədən, samovarın dudkeşində və s./ çay dəmlənməsi üsullarını; çay və digər məhsulların saxlnma qaydalarını; mərasim və ənənəvi mətbəxdə milli çayvermə adətlərini; xarici çay ənənələrini, hazırlanma və verilmə üsullarını.
Əməyin təhlükəsizliyi və iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
Dostları ilə paylaş: |