Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə85/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   81   82   83   84   85   86   87   88   ...   97
Oxu təliminin metodikası 18.03.23

Metafora. Məcazın mürəkkəb növlərindən biri metaforadır. Onu istiarə, ixtisar edilmiş müqayisə, gizli müqayisə də adlandırırlar. Burada bir əşya və ya hadisəyə aid olan səciyyəvi cizgilər (əlamətlər) digərinə köçürülür. Bir predmetin adının, əlamətinin, hərəkətinin başqası üzərinə köçürülməsi üçün həmin obyektə xas olan əlamətlərdən birisi bəzən də bir neçəsi əsas olur. Məsələn, tülkü heyvan adıdır. Bu heyvana xas olan hiyləgərlik, biclik kimi xüsusiyyətlər onun adının həm şifahi, həm də yazılı ədəbiyyat nümunələrində metafor kimi işlənmə­sinə səbəb olmuşdur. Müəlliflər öz əsərlərində bu xüsusiy­yətlərin daşıyıcısı olan insanları tülkü adlandırmaqla metafora yaradırlar.
Metaforda iki əşyanın, hadisənin qarşılaşdırılmasına əsaslansa da, onlardan yəni qarşılaşdırılanlardan biri fikri ifadə prosesində iştirak etmir, adı çəkilmir. O, qarşılaşdırıldığı, nitqdə çıxış edən əşyanın üzərinə mühüm əlamətini köçürməklə özünün mahiyyətini təsəvvürdə canlandırır. Məsələn:
Bizi dağlar çağırır,
Deyir: “Durma, seyrə çıx!”
Günəş qəzəblənib tez buludların arasında gizləndi. Payızda meşə donunu dəyişir.
Sən gözümün işığısan, mavi Xəzər,
Günəşlə bir oyanırsan səhər-səhər.
Xudafərin körpüləri uzun müddət karvan üzünə həsrət qalmışdı.
İnildəyir çayır, çəmən, çöl, dərə,
Göydə bulud topaları biri-birini qovur və s.
Metaforalar oxşarlıq əsasında yaranır. T.Əfəndiyeva metaforun yaranması yollarını aşağıdakı kimi təsnif etmişdir:

  • Zahiri cəhətdən oxşarlıq əsasında. Məsələn, qabın boğazı, ayaqqabının burnu və s.

  • Daxili əlamətlərinə görə oxşarlıq əsasında. Məsələn, tülkü, dovşan və s.

  • Canlılara, xüsusilə də insanlara aid hərəkətlərin əşyalar üzərinə köçürülməsi əsasında. Məsələn, gün doğur, ölüm gəlir və s.

A.Abdullayev[1, s.86] və A.Rəhimov[8, s.34-51] isə təsnifatı aşağıdakı kimi vermişdir:

  1. Forma

  2. Rəng

  3. Səs

  4. Keyfiyyət

Qeyd edək ki, A.Abdullayev sonuncunu daxili oxşarlığına görə adlandırmışdır.
Ədəbiyyatda metaforlar üslubi və ümumişlək olmaqla iki yerə bölünür. Ümumişlək metaforlar insanların məişət üslubuna daxil olmuş mənası üzərində xüsusi izahata ehtiyac olmayan ifadələrdir ki, şagirdlər bunları asanlıqla dərk edirlər. Üslubi metaforlar isə bədii üsluba aid olub, fikrin daha ekspressiv ifadə olunmasına xidmət edən obrazlı təfəkkürün bəhrəsidir.
Metaforlar yalnız bədii mətni bəzəməklə, onun təsirliliyini qüvvətləndirməklə, insanda bədii-estetik hisslər yaratmaqla qalmır, həm də mücərrəd məfhumları təfəkkürdə əyaniləşdirir, dərindən və məntiqi düşünmək bacarığının inkişafına səbəb olur. Ona görə də ibtidai siniflərdə oxu mətnlərinin tədrisində metaforlara xüsusi diqqət yetirilməli, sözaltı mənası müxtəlif xarakterli çalışmalar vasitəsilə şagirdlərə çatdırılmalıdır. Bu zaman əsas etibari ilə aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılmalıdır:
-mətndə metaforlar əsasında yaranmış əlvan və poetik mənzərənin məktəblilərin təsəvvüründə canlandırılması;
-mətndə metaforların necə və nə üçün yaradıldığının izah edilməsi;
-mətndə metaforik işlənmiş cümlələrin həqiqi mənalarda işlənmiş cümlələrlə müqayisə edilməsi və s.
Bədii mətnin oxusunda metafor üzərində işlərin aparılması şagirdlərin təfəkkürünün inkişafına müsbət təsir göstərir. Belə ki, şagird metaforik ifadələri dərk etməklə müxtəlif əşya və hadisələr arasındakı qarşılıqlı əlaqələri görə bilir. Nəticədə şagirdlərin təxəyyülündə nağılın bütöv obrazı canlanır. Bu obraz isə təfəkkürdə fikir oyadır, onları mahiyyətə varma, təhlil-tərkib aparma vəzifəsi ilə qarşılaşdırır. Bunsuz oxu materialındakı bədiiliyi, oynaqlığı, lirizmi duymaq, məzmunu, ideyanı şüurlu mənimsəmək mümkün deyildir.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin