Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin


Elektrik enerjisi istehsal edən mənbələr



Yüklə 32,11 Kb.
səhifə2/3
tarix07.01.2024
ölçüsü32,11 Kb.
#204308
1   2   3
Həsənli Nural-Elektrik təchizatının əsasları-2

Elektrik enerjisi istehsal edən mənbələr
Təbiətdə mövcud olan bir enerji növünün digər enerji növünə çevirmək üçün ən səmərəli üsul mövcud enerjinin elektrik enerjisinə çevrilib daha sonra onu istənilən enerji növünə çevirməkdən daha səmərəli vasitə hələ də ixtira olunmamışdır.
İlkin enerji növündən asılı olaraq elektrik stansiyaları aşağıdakı növlərə ayrılır:
1.İstilik Elektrik Stansiyaları (İES)
2.Hidravliki Su Elektrik Stansiyaları (HES, SES)
3.Atom Elektrik Stansiyaları (AES)
4.Bərpa olunan enerji mənbələri (BOEM)
5.Hidro Akkumulyasiyalı Elektrik Stansiyaları (HAES).
İstilik Elektrik Stansiyaları yerinə yetirdikləri vəzifələrə görə istilik elektrik mərkəzlərinə və kondensasiyalı elektrik stansiyalarına ayrılır.
İstilik Elektrik Stansiyaları ilkin mühərrikləri aşağıdakılara ayrılır:
1.Buxar turbinli;
2.Daxili yanma mühərrikli;
3.Qaz turbinli;
4.Buxar-qaz turbinli və i.a.
Hal-hazıra kimi buxar turbinli İstilik Elektrik Stansiyalarından daha geniş istifadə olunur. Bu stansiyalarda ilkin enerji mənbəyi kimi yanacaq növündən istifadə edilir. Yanacağın yandırılması ilə yüksək təzyiqli buxar alınır və turbində mexaniki enerjiyə çevrilir.
Hidro Su Elektrik Stansiyalarında suyun kinetik enerjisindən mexaniki enerji alınır. Atom Elektrik Stansiyalarında isə İstilik Elektrik Stansiyalarında olduğu kimi nüvə yanacağının reaksiyası nəticəsində istilik enerjisi alınır və o buxar turbinində mexaniki enerjiyə çevrilir.
Bu hər üç tip stansiyalarda alınmış mexaniki (fırlanma) enerji sinxron generatorunun rotoru üzərində quraşdırılmış sabit maqnit seli yaradan təsirləndirmə dolaqlarını fırlatmaq üçün istifadə olunur.
Bərpa olunan enerji mənbəyi kimi əsasən günəş, külək, bioqaz və digər enerji növlərinin elektrik enerjisinə çevrilməsindən geniş istifadə olunmuşdur.
Azərbaycanda BOEM-in inkişafı üzrə 2020-ci ilə qədər 200 MVt külək, 200 MVt günəş, 100 MVt gücündə kiçik güclü Su Elektrik Stansiyalarının quraşdırılması nəzərdə tutulur.
Hidro akkumulyasiyalı elektrik stansiyalarının iş prinsipləri elektrik tələbedicilərinin yük maksimumlarını və minimumlarını hamarlamaq üçün istifadə olunur.
Hal-hazırda Azərbaycan respublikasında belə stansiya mövcud deyildir. Ancaq bu tip stansiyaların layihələri təhlil olunmaqdadır.


Yüklə 32,11 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin