Mündəricat Giriş....................................................................................................səh.1
Elektrik enerjisi istehsal edən mənbələr…………………………….səh.2
İstilik energetik stansiyaları………………………………………....səh.4
Ədəbiyyat…………………………………………………………….səh.6
Giriş Enerji növlərinin çevrilməsində ən səmərəli vasitə elektrik enerjisidir. Elektrik enerjisi elektrik stansiyalarında asanlıqla istehsal olunur, uzaq məsafələrə qənaətli surətdə göndərilə bilir və yüksək faydalı iş əmsalına malik maşın, qurğu və digər işlədicilər vasitələri ilə başqa enerji növünə çevrilir. Elektrik enerji mənbələri yanacaq mənbələrinə, çayların su hövzələrinə günəşli və küləkli ərazilərdə inşa edilir.
İlk dəfə 1891-ci ildə Dolivo-Dobrovolski tərəfindən Almaniyanın Frankfure şəhərində açılmış sərgidə Laufen şəlaləsindən su turbini ilə hərəkətə gətirilən üçfazlı generatordan üçfaizli veriliş xəttindən, üçfazl transformatorlardan və asinxron mühərrikindən ibarət bir sistem nümayiş etdirilmişdir.
Həmin sistemin xəttinin uzunluğu 175 km tezliyi 40 Hs, gücü 390 a.q., gərginliyi 30 kV olmuşdur. Həmin dövrdən üçfaizli dəyişən cərəyan mənbələrinin yaradılmasına başlanılmışdır. XX əsr güclü elektrik enerji mənbələrinin yaradılması əsri olmuşdur.
Bu əsrdə dünyada Atom Elektrik Stansiyaları, İstilik Elektrik Stansiyaları tikilib istifadəyə verilmişdir. Əsrin sonunda isə atmosferdə yaranan fəsadların azaldılması məqsədi ilə alternativ enerji mənbələrinin yaradılmasına başlanılmışdır.
Hal-hazırda Azərbaycan Respublikasında istismarda olan elektrik stansiyalarının ümumi layihə gücü 6500 MVt-dan çoxdur.
Hər bir ölkənin əhalisinin yaşayış səviyyəsi bir nəfərə düşən elektrik enerjisinin miqdarı ilə müəyyən edilir. Ənənəvi enerji mənbələrinin yanacaq ehtiyatları tükənən olduğundan alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi zərurətə çevrilmişdir.
Elektrik işlədicilərini etibarlı dayanıqlı və arasıkəsilmədən elektrik enerjisi ilə təmin etmək üçün kompleks istifadə olunmasına xüsusi əhəmiyyət verilməlidir.
Alternativ enerji mənbələrindən istifadənin səmərəliliyinin artırılması üçün bu ixtisas üzrə kadr hazırlanması olduqca vacibdir. Elektrik enerjisinin istehsalı və ondan səmərəli istifadə hər bir ölkə iqtisadiyyatı üçün önəmli əhəmiyyət kəsb edən bir sahədir.