Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin


Plan 1. Rza şah diktaturasının süqutu



Yüklə 31,87 Kb.
səhifə3/3
tarix13.11.2022
ölçüsü31,87 Kb.
#68809
1   2   3
DOC-20221110-WA0012.

Plan 1. Rza şah diktaturasının süqutu.
1941-ci il avqustun 25-də SSRİ və Böyük Britaniya hökuməti öz qoşunlarını Almaniyanın əlaltısına çevrilməkdə olan İrana yeritdi. Sovet qoşunları şimal regionlarını, o cümlədən Cənubi Azərbaycanı tutdu. Demokratik qüvvələrin təzyiqinə dözməyən şah öz oğlunun xeyrinə taxttacdan imtina etdi. Rza şahın hərbi-polis rejiminin iflasa uğraması nəticəsində ölkədə real hakimiyyət parlamentə və onun təşkil etdiyi hökumətə keçdi. Konstitusiyada nəzərdə tutulmuş bəzi təsisatların, siyasi azadlıqların qismən bərpası, siyasi məhbusların həbsdən buraxılması İranda ictimai-siyasi həyatın canlanması üçün əlverişli şərait yaratdı. İlk vaxtlar kortəbii çıxışlar, mitinq və nümayişlər sonralar müxtəlif partiyaların, qəzet və jurnalların fəaliyyəti nəticəsində getdikcə mütəşəkkil ictimai-siyasi mübarizə formasını aldı.
Plan 2. Milli hərəkatın başlanması.
Keçmişdə olduğu kimi, Cənubi Azərbaycan yenə də Ümumiran demokratik hərəkatlarının əsas mərkəzlərindən birinə çevrildi. 1941-ci ilin sentyabr-oktyabr aylarından burada geniş xalq kütlələrinin mitinq və yığıncaqları, nümayişləri genişləndi. 1942–1944-cü illərdə
Azərbaycandakı demokratik hərəkatda əvvəllər heç vaxt geniş təzahür etməmiş bir xüsusiyyət ön plana çıxmağa başladı və bütün hərəkata yeni məzmun gətirdi. Bu, milli şüurun misilsiz dərəcədə inkişafı demək idi.
Plan 3. Cənubi Azərbaycan mədəniyyəti 1920-1930-cu illərdə.
Cənubi Azərbaycanda milli mədəniyyətin inkişaf etdirilməsində Şimali Azərbaycanın təsiri həlledici əhəmiyyətə malik oldu. Bu təsir özünü, ilk növbədə, Şimali və Cənubi Azərbaycan ziyalılarının, mədəniyyət xadimlərinin canlı yaradıcılıq əlaqələri və əməkdaşlığı formasında büruzə verirdi. 1941–1946-cı illərdə buraya, habelə İranın başqa ərazilərinə çoxlu mədəniyyət xadimləri gələrək konsert və tamaşalar verdi, mühazirələr oxudu, yerli əhaliyə mədəni quruculuq sahəsində konkret yardım göstərdi. Bu fəaliyyət sayəsində qarşılıqlı əlaqələr genişləndirildi. 1920-ci illərin əvvəl¬lərin¬də İranda xalq maarifi və mədəniyyyəti sahəsində bir sıra mütərəqqi addımlar atılmışdı: icbari təhsil tətbiq edilməyə başlandı, pulsuz xüsusi qız məktəbi açıldı, dərslər Azərbaycan türk dilində tədris olunmağa başladı. Lakin 1925-ci ilin dekabrında Rza xan şah elan olunduqdan sonra bütün bu tədbirlər ləğv edildi.
Ədəbiyyat sahəsində yeni şeir üsulu yarandı ki, bu üsulun müəllifi “Təcəddüd”, yəni yenilik nəzəriyyəsinin banisi Ş.M.Xiyabani idi. Bu üsulla ilk şeirlər yazan “Aza¬distan” qəzetinin redaktoru Mirzə Tağı Rəfət olmuşur. Hələ 1920-ci il sentyabrın 8-də, yəni “Azadistan” respublika-sının məhvinə bir həftə qalmış C.Məmmədquluzadə Təbrizə gələrək Ş.M.Xiyabani ilə görüşmüşdür. Lakin gənc respubliknın şah rejimi tərəfindən ləğvinə görə C.Məmmədquluzadə planlaşdırdıqlarını 1921-ci ildə həyata keçirmişdir. Cənubi Azərbaycan aktyorları onun “Ölülər” pyesini tamaşaya qoymuş, tamaşadan yığılan maliyyə vəsaiti hesabına “Molla Nəsrədin” jurnalının nəşri davam etdirilmişdir. Cənubi Azərbaycanda ən fəal mollanəsrəddinçi Şəbüstəri Mirzə Əli Möcüz (1873-1934) olmuşdur. Jurnalın 5-ci və 6-cı saylarında onun iki şeiri çap olunmuşdur.
1921-ci ildə Təbrizdə “Xeyriyyə Teatr Cəmiyyəti” yaradıldı. 1921-1925-ci illərdə Sovet Azərbaycanının artistləri Cənubi Azərbay-canın Təbriz, Urmiya, Ərəbil və s. şəhərlərində teatr tamaşaları göstər-dilər. Şimali Azərbaycan artistlərinin təsiri ilə Cənubi Azər¬baycanda da teatr sənətində oyanış başladı, yerli aktyorlar Üzeyir Hacıbəyovun bir neçə musiqili komediyasını, H.Cavidin “İblis” və digər əsərlərini tamaşaya qoydular. 1921-1925-ci illərdə Azərbaycan SSRlə Cənubi Azərbaycan arasında mədəni əlaqələr genişlənmişdir. Ancaq 1925-ci ilin dekabrından sonra İranda yeridilən paniranizm siyasəti bu əlaqələrin inkişafına və Cənubi Azərbaycanın mədəni həyatına böyük zərbə vurdu. 1925-1930-cu illərdə Şimali və Cənubi Azərbaycan arasında əlaqələr demək olar ki, yox idi. Rza şahın faşizmi müdafiə etməsi, İran cəmiyyətində faşizm idologiyasının təbliği SSRİ – İran münasibətlərinin soyuqlaşmasına gətirdi və
Azərbaycan SSR-lə Cənubi Azərbaycan arasındakı əlaqələr demək olar ki, kəsildi.
Ədəbiyyat siyahısı
İkram Agasiyev, Şirxan Səlimov-Azərbaycan tarixi Azərbaycan tarixi 11-ci sinif https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/5575/c%C9%99nubi-az%C9%99rbaycandamilli-azadl%C4%B1q-h%C9%99r%C9%99kat%C4%B1-1917-1920.html


Yüklə 31,87 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin