Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT


İstifadə edilmiş ədəbiyyat siyahısı



Yüklə 179,34 Kb.
səhifə47/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   43   44   45   46   47   48   49   50   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

İstifadə edilmiş ədəbiyyat siyahısı
1. İstifadə edilmiş ədəbiyyat siyahısında İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI sözləri başlıq kimi göstərilir və nömrələnmir.
2. İstifadə edilmiş ədəbiyyat siyahısında əvvəlcə Azərbaycan dilində, sonra isə türk, rus, ingilis, fransız, alman, ərəb və s. dillərdə olan mənbələr hər bir dilə uyğun əlifba sırası ilə düzülür və ardıcıl olaraq nömrələnir. Sıra nömrəsi pozulmadan, ədəbiyyatın hansı dildə olması ortadan yazılır. Məsələn, Azərbaycan dilində, Türk dilində, İngilis dilində, Rus dilində, İnternet resursları və s. İnternet mənbələrindən istifadə edərkən bu ardıcıllığa əməl edilməlidir: Müəllifin soyadı, adı (əgər müəllifsiz yazıdırsa, o zaman əlifba sırasına uyğun olaraq məqalənin adı əsas götürülür), məqalənin başlığı, yayımlandığı tarix (məsələn, 24.08.2022) və yazının linki. İnternet mənbələrini ədəbiyyat siyahısında iki şəkildə yerləşdirmək mümkündür. Ya yuxarıda göstərdiyimiz ardıcıllıqla, yəni ən sonda İnternet resursları başlığı ilə, ya da hər internet materialının yayımlandığı dilə uyğun olaraq ümumi ədəbiyyat siyahısında (əlifba sırasına uyğun olaraq) verilə bilər.
3. İstifadə edilmiş ədəbiyyat siyahısında, əsasən son 10 ildə nəşr edilmiş ədəbiyyatlar öz əksini tapmalıdır.
4. Biblioqrafik məlumatlar əlifba sırası ilə müəllifin soyadı, adı, atasının adı və ya nəşrin adı ilə verilir.
5. Magistr dissertasiyasında istifadə olunan mənbə­lərin biblioqrafik təsvirində aşağıdakı şərti işarə­lərdən istifadə edilir:
. nöqtə
, vergül
- defis
– tire
: qoşa nöqtə
/ çəpəki xətt
// qoşa çəpəki xətt
( ) mötərizə
[ ] kvadrat mötərizə
6. İstifadə edilmiş ədəbiyyat siyahısında ədəbiyyatın biblioqrafik təsviri “2.13. Ədəbiyyatın biblioqrafik təsvirinin yazılması qaydaları” ilə nəzərdə tutulan nümu­nələrə uyğun tərtib edilir.


Əlavələr

1. Magistr dissertasiyasının sonunda istifadə olunan əlavələr, eləcə də cədvəllərin, şəkillərin və qrafiklərin siyahısı yerləşdirilir. Əlavələrdə “ƏLAVƏLƏR” sözü baş­lıq kimi göstərilir və nömrələnmir.


2. Əlavələr ümumi işin davamı kimi səhifələnməlidir.
3. Əlavələr müstəqil cild şəklində də verilə bilər. Əlavələr müstəqil cild olduqda titul səhifəsi olmalı və ayrıca nömrələnməlidir.
4. Əlavələr “Times New Roman” 12 şrifti ilə 1,0 sətirarası intervalla yazılır.
5. Magistr dissertasiyasının mətnində bütün əlavələrə istinad edilməlidir.



Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin