Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə44/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   40   41   42   43   44   45   46   47   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

İnternet resursları

  1. https://clarivate.com/ – Web of Science

  2. https://www.researchgate.net/

  3. https://www.academia.edu/

  4. https://www.elsevier.com/

  5. https://www.scopus.com/

  6. https://www.jstor.org/

  7. https://www.tandfonline.com/

  8. https://eric.ed.gov/

  9. https://ieeexplore.ieee.org/Xplore/home.jsp

  10. https://www.sciencedirect.com/

  11. https://doaj.org/

  12. https://scholar.google.com/

  13. https://online.essex.ac.uk/blog/choose-dissertation-topic/

  14. https://digilib.k.utb.cz/bitstream/handle/10563/26214/Guide_to_Wri ting_Master_Thesis_in_English.pdf

  15. https://www.researchgate.net/publication/350896741_HOW_TO_WR ITE_YOUR_MASTER_THESIS_THE_EASY_HANDBOOK

MAGİSTR DİSSERTASİYASININ TƏRTİBİ QAYDALARI


ÜMUMİ MÜDDƏALAR

1. Magistr dissertasiyasının mətni A4 (21 x 29,7 sm) formatında, səhifədə soldan – 3 sm, sağdan – 1 sm, yuxa­rıdan və aşağıdan – 2 sm boş sahə saxlanılmaqla, Azər­baycan dilində latın, rus dilində kiril və ingilis dilində ingi­lis (ABŞ) əlifbası, “Times New Roman” 14 şrifti ilə 1,5 sətirarası intervalla qara rənglə yazılır.


2. Magistr dissertasiyasının struktur bölmələrinin adları böyük hərflərlə (MÜNDƏRİCAT, GİRİŞ, fəsillərin başlığı (I FƏSİL, II FƏSİL və s.), NƏTİCƏ, İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI) ortadan və tünd qara rənglə yazılır. “Əlyazma hüququnda” sözləri isə sağ­dan kursivlə sətri hərflərlə yazılır. İddiaçının və elmi rəh­bərin adı, atasının adı, soyadı, şəhər adı və ili sətri hərflərlə tünd qara rənglə yazılır.
3. Magistr dissertasiyasında şəkillər, cədvəllər, qra­fiklər rəngli A4 formatında verilir. Bu halda şəkil, cəd­vəl və qrafiklərin daxili yazıları, başlıqları və alt şərhləri 1 intervalla, 12 şriftlə verilir.
4. Magistr dissertasiyasının titul səhifəsi nömrə­lənmir, növbəti səhifəsi “2” rəqəmindən başlayaraq, digər bütün səhifələri (magistr dissertasiyasının struktur böl­mələri, o cümlədən istifadə olunmuş ədəbiyyat siyahısı, əlavələr) ərəb rəqəmləri ilə ardıcıl nömrələnir.
5. Magistr dissertasiyası səhifələrinin sıra nömrəsi hər bir səhifənin aşağı hissəsində, boş sahənin sağında, 12 şrifti ilə yazılır.
6. Magistr dissertasiyası A4 (21 x 29,7) formatında, həcmi 75-80 səhifə və ya yüz əlli min – yüz altmış min işarə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna edilməklə) olmalıdır.
7. Magistr dissertasiyasında istifadə edilən iqtibaslar (sitatlar) dırnaq işarəsindən istifadə edilməklə kursivlə verilir.
8. Magistr dissertasiyasının yazılışı zamanı iddiaçı istifadə etdiyi materialların mənbələrinə və müəlliflərinə mütləq istinad etməlidir. Mətndəki istinaddan sonra kvadrat mötərizədə əsərin ədəbiyyat siyahısındakı nömrəsi, cild (çoxcildli əsərlər üçün) və müvafiq səhifə(lər) verilir. Məsələn, [54, s.162], [155, c.2, s.82-83], [54, s.162; s.23] və s. Bir neçə mənbəyə istinad edildikdə hər bir mənbənin ədəbiyyat siyahısındakı sıra nömrəsi qeyd olunur. Məsələn, [20; 43; 65].
9. Magistr dissertasiyasının mətnində iddiaçı tərəfindən alınmış hər bir nəticənin onun hansı məqaləsində çap olunduğuna dair istinad verilməsi tövsiyə olunur.
10. Magistr dissertasiyasının mətni 80 qr/mA4 (210 mm x 297 mm) formatında ağ kağızın bir üzündə çap edilir.
11. Magistr dissertasiyasının mətnindəki bütün məlumatlar aydın görünməlidir.
12. Magistr dissertasiyası işi tikilir və qalın üz qabığında (həm də son elektron variantı CD-də olmaqla) təqdim edilir.



Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin