Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə41/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   37   38   39   40   41   42   43   44   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Plagiat. Plagiat digərlərinin ideyalarını, verilənlərini, cizgi və ya fərziyyələrini onların mənbələrinə istinad et­mədən mənimsəməkdən ibarətdir. Burada mənbə kimi söh­bət çap olunmuş və olunmamış materiallar, internet səhifə­ləri və həmçinin şifahi mülahizə­lərdən gedə bilər. Bir sözlə, plagiat hər dəfə mətn və ya ideyalardan istifadə zamanı ilkin müəllifi düzgün göstərmədikdə baş verir.
Plagiatın aşağıdakı əsas formalarına rast gəlinir:
Başqa mətnlərin dırnağa alınmadan və mənbəyi gös­tə­rilmədən birbaşa olaraq köçürülməsi;
Başqa mətn fraqmentinin mənbəyini göstərməklə, an­caq dırnağa alınmadan köçürülməsi;
Başqa mənbəyə aid mətnin bir neçə sözünü dəyiş­mək­lə qeyri-adekvat təsviri (hətta mənbə göstərildikdə belə).
Kənar mətnlərin qeyri-adekvat təsvirinə yol vermə­mək üçün yad mətnləri öz sözləri ilə danışmaq və yenidən strukturlalaşdırmaq, mətndə əsas ideyanı tapıb üzə çıxar­maq, ikinci dərəcəli olanların atılmasını məşq etmək lazımdır.
Ancaq plagiat təkcə digərlərinin ideyalarını, cizgi­lərini və s. mənimsəməkdən ibarət deyil, burada həm də söhbət ümumilikdə başqalarının işini mənimsəməkdən gedir. Ciddi mütəxəssislər elmi nəticəni əldə etmək üçün böyük əmək və zaman sərf edirlər. Tədqiqatçının istifadə etdiyi mənbələrin sayından onun sərf etdiyi əməyi də qiymətləndirmək mümkündür. Plagiator isə heç bir zaman sərf etmədən digərinin analiz etdiyi bilikləri öz işinə daxil edir və mənbələri göstərir, guya ki, o bu ədəbiyyatı özü analiz edib. Plagiator başqasının işini götürüb, öz sözləri ilə yenidən yaza bilər, nəticələri öz fikirləşdiyi kimi formulə edə bilər. Bu da digərlərinin əməyini mənimsəməkdir. Əsa­sən də ilkin mənbə xarici dildədirsə, onu izləmək çətinləşir.
Plagiata ədəbiyyat mənbələrinin axtarıb tapılmasını, yəni biblioqrafik araşdırmanı da aid etmək olar. Bəzi hallarda tədqiqatçılar öz işlərində çoxlu sayda mənbə göstərirlər. Bu mənbələrin hamısına özü baxmasa da, öz araşdırmalarının nəticəsi kimi qələmə verir. Məsələn, xüsusi sürətli oxuma texnikasına malik olmayan şəxs üçün bir il müddətində 100-dən çox kitabı oxuyub analiz etmək real görünmür. Əslində, ədəbiyyat araşdırılan mövzuya yaxın olarsa, onunla yaxından tanış olmaq lazımdır.
Xarici elmi mətbuatdan məlum olan “qonaq müəl­liflik” kəlamı məlumdur. Burada söhbət magistrant və ya doktorantın öz məqalələrində elmi rəhbərinin adını həm­müəllif kimi göstərməkdən gedir. Belə hallar bizlərdə normal sayılsa da, qərb elmi mətbuatında buna müsbət baxılmır. Hətta tanınmış elmi cəmiyyətlərdə belə hallar elmi etikanın pozulması kimi də qiymətləndirilir.
Elmi işlərin nəşrində digər xoşagəlməz hal avto­pla­giatla bağlıdır. Avtoplagiat eyni məzmunlu işin ilkin çapına istinad göstərmədən, onun müxtəlif elmi nəşriyyatlarda çap olunmasına deyilir. Əgər çapa verilmiş material əvvəllər çap olunmuş materialın 60-70% həcmini təkrarlayarsa, onda bu da avtoplagiat sayılır. Bu qadağa köhnə materialın kitab və ya monoqrafiyada çap olunduğu hala aid edilmir. Əsas şərt odur ki, kitabda məqalənin mənbəyi göstərilsin.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin