Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə29/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   25   26   27   28   29   30   31   32   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

I Strategiya: Mətni işarələmək. Bu strategiyadan birinci sinfin sonunda və ikinci sinifdə istifadə etmək faydalıdır. Həm məlumatlandırıcı, həm də təsviredici mətnin tədrisi zamanı bu strategiyadan istifadə edilə bilər. Hər hansı bir mətni oxuyan zaman müəllim uşaqlara tapşırır ki, o mətni oxuduqca aşağıdakı işarələrin mətn üzrə düzülməsini müşahidə etsinlər. (Bununla müəllim praktik olaraq strategiyalı oxu nümunəsini şagirdlərə nümayiş etdirir):
* Mən artıq bunu bilirəm.
+ Bu mənim üçün yeni məlumatdır.
! Nə gözəl yenilik!
? Mən bunu başa düşmürəm.
Müəllim mətni oxuduqca hər abzasdan sonra dayanır, ucadan oxunmuş hissə haqqında danışır. Abzasın yanına yapışdırılmış qeyd vərəqinə işarələri yazır. O abzasın yanında qeydlər etməklə verdiyi qərarın səbəbini izah edir. Bu cür işarələrin yapışdırılması işi müstəqil oxu zamanı hər bir şagird tərəfindən yerinə yetirilir. Növbəti dərs işarələrlə bağlı məsələlər şagirdlərin oxusu zamanı müzakirə edilir. İşarələrin yapışdırılması strategiyası şagirdləri oxuya daha da cəlb edir. Oxunan hər cümlə üzərində düşünməyə təhrik edir, bununla da mətnin dərk edilməsini yüksəldir[47].
Nümunə:“Niyə Ayın donu yoxdur” mətni üzrə oxu [6, s119]:
Bir dəfə ay özünə paltar tikdirmək istədi. Dərzi onun ölçülərini götürdü. İşə başladı. Bir həftə keçdi ay gəldi . Amma paltar gödək və dar idi.
Dərzi üzr istədi:
-Görünür, mən yanılmışam.
O, yenidən işə başladı. Bir neçə gün keçdi. Ay dərzinin yanına gəldi. Paltar yenə dar idi. Dərzi dedi:
-Qəribədir, mən yenə səhv etmişəm.
O, paltarı sökdü. Təzədən tikməyə başladı.
Aradan xeyli keçdi. Ay paltarını götürməyə gəldi. Dərzi onu uzaqdan gördü, lap mat qaldı. Bu dəfə ay lap kökəlmişdi. Yumru olmuşdu. Təzə don onun əyninə heç olmayacaqdı. Dərzi qaçıb gizləndi. Ay onu tapa bilmədi.
Bax, beləcə Ay donsuz qaldı.
Ay niyə donsuz qaldı?
Təbiət hadisələrinin dərk olunması kiçik məktəblilər üçün hələ çətindir. Lakin onlar səma cisimlərindən Günəşi və Ayı tanıyır, onlar haqqında şeirləri, mətnləri maraqla qaşılayırlar. Bu mətnin də Ay haqqında olması şagirdlərin diqqətini cəlb edir. (Oxudan əvvəl düşünmə).
Şagirdlər mətni oxuduqdan sonra Ayın bəzən qovun dilimi və ya aypara kimi, bəzən də yumru top kimi olduğunuxatırlayırlar.(Əlaqələndirmə).
Dərzinin tikdiyi don niyə dar və qısa olurdu? (Sual vermək) Dərzinin ikici dəfə tikdiyi don niyə Aya dar gəldi?(Sual vermək) Ay niyə donsuz qaldı? (Nəticə çıxarma) Sizcə, Ay niyə dəyişir? Nəyə görə belə qərara gəldiniz? (Oxudan sonra düşünmə)Ay haqqında daha nələri bilmək istərdiniz? (Təsəvvür etmə)
II strategiya:Mətnlərin müqayisəsi. Dərslikdən “Alma ağacı” mətni oxunduqdan sonra müəllim şagirdlərə “Bitkilərə necə qulluq edirəm?”mövzusunda esse yazmağı tapşırır [9, s.169].
Şagirdlər kiçik esse yazırlar. Şagirdlər yazdıqları və dərslikdə olan mətni müqaysə edirlər. Müəllimin tələbinə əsasən fərqli və oxşar cəhətləri müəyyənləşdirirlər. Müəllim şagirdlər üçün istiqamətverici suallar hazırlayır:
1.“Alma ağacı”mətnində nədən bəhs olunur?
2.Sizin tərtib etdiyiniz mətndə nədən bəhs olunur?
3. Hər iki mətndə fərqli və oxşar cəhətləri hansılardır?
Müəllim:
-Fikirlərinizi Venn diaqramında əks etdirin.

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin