İstehsal infrastrukturuna diqqət yetrilərkən nəzərə alinmalıdır ki, o hər hansı bir məhsulun istehsalı ilə məşğul olmur, yalnız onun istehsal olunması üçün zəruri şəraitin yaranmasını təmin edr. Bu istehsal proseslərindən kənar şərtləri təmin edən sahələr kompleksidir ki, burayada yük nəqliyyatı, topdan satış ticarəti, anbar təsərufatı,
rabitə, informasiya xidməti (verilənlər bazası, proqram təminatı, informasiya emalı)
daxildir. İnfrastrukturun bu sahəsinə o cümlədən aşğıdakıları da daxil etmək olar:
marketinq və reklam xidmətləri, lizinq, icarə və konsaltinq xidmətləri, mühəndis-
məsləhət və layihə xidmətləri işçi qüvvəsinin müvəqqəti təminatı üzrə sferalar və s.
Sosial infrastrukturişçi qüvvəsinin təkrar istehsalı ilə bağlı olan sahələr
kompleksidir. Bura səhiyyə, təhsil, pərakəndə satış, mənzil-komunal, nəqliyyat
daşınma, ictimayi iaşə, idman, incəsənt, ev ailə sferaları ve s deməkdir.Yalnız bu
infrasatruktur sahəsi haqqında daha geniş məllumat onun sosial-məişət infarstrukturu kimi təsvür etdikdə yaranır. Əhalinin normal həyat fəaliyyəti və yerləşdirlməsi ücün maddi, mədəni-məişət şəraitini təmin edən sahələrin məcmusu məhz bu infrastrukturn məzmununu təşkil edir. Bir halda ki, bu şərtlər xidməti və mənəvi xoşbəxtliyi ifadə
edrsə onda sosila-məişət infrastrukturunu həm də xidmətlərin və rifahin istehsal sferası
da adlandırmaq olar. Xidmət və mənəvi nemetlərin istehsalından danışarkən nəzərə
alınmalıdır ki, iqtisadi ədəbiyyatda onun adı haqqında vahid fikir yaranmamışdır adı
muxtəlif formalarda ifadə olunr: “qeyri-istehsalat sferası”, “sosial infrastruktur” və.s.
Bu mövzuda vahid nöqteyi- nəzərin olmaması istehsal sferasının və xidmətlər sferasının dəqiq sərhədlərini təyin etməyə mane yaradır o cümlədən milli təsərufatın sahələrini təsniflərə bölünməsinə qarşıqlıq yaradır. Xidmət və mənəvi nemətlərin istehsalı əsas etibariylə istehsalatın bir hissəsini, bölüşdrücü və istehlak münasibətlərini əhatə edir. Burda cəmiyyətin hər bir fərdinin fəaliyyəti üçün maddi, mədəni-məişət və sosial şərtlər yaradılır. Həmin şərtlər cəmiyyətdə məhsuladr qüvvələrin əldə etdikləri inkişaf səviyəsini və üstünlük təşkil
edən istehsal münsaibətlərinin xarakterini özünde əks etdirir. İctimayyi tərqinin
müəyyən mərhələlərində xidmət və mənəvi nemətlər sferasının qazandığı inkişaf
səviyyəsini xarakterizə edən , sosial-məişət infrastrukturu anlayışı ikili vahid xidmətlər xarakterini diqqətə catdırır, onlar əhalinin həm məişət həm də şəxsi təlabatlarını ödəyir.