Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə41/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   51
Material ehtiyatları – əmək predmetləri kimi istifadə olunan, istehsalın müxtəlif material 
ehtiyatları elementləri (xammal, əsas və köməkçi materiallar, alınmış məhsullar və yarımfabrikatlar, 
ehtiyat hissələri və s.).
Bitməmiş istehsal ehtiyatları - istehsal və bitməmiş istehsal prosesində olan əmək 
predmetləri ehtiyatları (məsələn, yarımfabrikat detallar, yarımçıq məhsullar, bitməmiş iş və xid-
mətlər). 
Hazır məhsul ehtiyatları - tam istehsal edilmiş və tamamlanmış, anbara təhvil verilən və 
ya istehlakçıya göndərilən məhsul ehtiyatları. 
Tara ehtiyatları - məhsulun yerləşdirilməsi, daşınması və digər logistik əməliyyatlar üçün 
məmulat ehtiyatları (məsələn, altlıqlar, yeşiklər, kontynerlər və s.). 
Qaytarılan tullantı ehtiyatları - xammal kimi istifadə edilə bilən ikinci dərəcəli material 
ehtiyatları, ütilxammal, təkrar emalda xammal kimi istifadə edilə bilən istehsal və ya istehlak 
tullantıları. 
 
12.2. Material ehtiyatlarının yaradılması səbəbləri 
Ehtiyatlar aşağıdakı səbəblərdən yaradılır:
• təchizatın fasiləli və əmək predmetlərinin istehlakının fasiləsizliyi və ya təchizat həcmi ilə 
gündəlik istehlak həcminin uyğunsuzluğu, materialın daxil olması anı ilə onun istehlakı arasındakı 
zaman fərqi; 
• müəyyən edilmiş cədvəldə və ya tədarük həcmində gözlənilməz dəyişikliklər, yəni giriş 
material axınının intensivliyində ehtimal olunan dəyişikliklər; 
• tələbin gözlənilməz dalğalanmaları, yəni çıxış mate-rial axınının intensivliyində ehtimal 
olunan dəyişikliklər; 


41 
• tələbin və istehsalın mövsümlüyü, inflyasiya gözləntiləri, gözlənilən qiymət artımları ilə 
əlaqəli bazar şərtlərində gözlənilən dəyişikliklər; 
• böyük mal partiyasının alınmasına görə alış qiymətlərində endirimlər; 
• sifariş həcminin artmasına bərabər olan və ehtiyat ölçüsünün artmasına səbəb olan 
sifarişlərin sayı azaldıqda azaldıla bilən sifarişlərlə əlaqəli əhəmiyyətli xərclər; 
• istehsal və paylama üzrə əməliyyatların müntəzəm həyata keçirilməsinin mümkünlüyü; 
• alıcılara dərhal xidmət imkanı; 
• istehsalın təşkilində baş verən çatışmazlıqlar səbəbidən işçilərin boş dayanma vaxtları-
nın minimuma endirilməsi; 
• əgər hər ehtimala qarşı bütün materiallar varsa, istehsalın idarə edilməsi prosesinin sadə-
ləşdirilməsi. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin