36
11.2. Anbarların təsnifatı
Anbarlar - malların qəbulu, yerləşdirilməsi, yığılması, saxlanması, emalı, buraxılması və
istehlakçılara çatdırılması üçün nəzərdə tutulmuş istehsal binaları, mühəndis qurğuları, qaldırıcı-
nəqliyyat maşın və avadanlıqları, hesablama texnikası vasitələri (onların işlərini idarə etmək,
tənzimləmək və nəzarət etmək üçün) kompleksləridir.
Fəaliyyət istiqamətindən asılı olaraq anbarlar aşağıdakı kimi təsnifata ayırırlar:
• logistikanın
bazis sahələrinə;
• mülkiyyət formasına;
• xüsusiləşdirilməsinə;
• funksional təyinatlarına;
• sahələrinin ölçüsünə;
• mexanikləşdilmə
dərəcəsinə görə anbarlar;
• anbar binası və ətraf ərazinin növü;
•
nəqliyyatla əlaqəsinə görə anbarlar.
Logistikanın bazis sahələrinə görə anbarların aşağıda-kı növləri vardır:
• təchizat logistikasının anbarları:
- xammal və material anbarları;
- istehsal təyinatlı mal anbarları;
- istehsal logistikası anbarları;
- aralıq istehsal anbarları;
- alət anbarları.
• paylama logistikası anbarları:
- hazır məhsul anbarı və istehsalçıların paylayıcı anbarları;
- topdan satış anbarları;
- pərakəndə satış anbarları;
- nəqliyyat təşkilatlarının anbarları (terminallar).
• mülkiyyət formasına görə anbarlar:
- xüsusi (hər hansı bir təsərrüfat subyektinə aid
anbarlar);
- dövlət (dövlət müəssisə və təşkilatların anbarları);
- bələdiyyə (bələdiyyə təşkilatlarının tabeliyində olan anbarlar)
- şərikli (şərikli tərəflərin ümumi vəsaiti ilə tikilmiş birgə istifadə olunan anbarlar).
• xüsusiləşdirilməsinə görə anbarlar:
- universal;
- xüsusiləşdirilmiş;
• sahələrinin ölçüsünə görə anbarlar:
- kişik (500
m
2
–a qədər);
- I kateqoriya orta (500 - 1000
m
2
);
- II kateqoriya orta (1000 - 2500
m
2
);
- III kateqoriya orta (2500 - 10000
m
2
);
- IV kateqoriya orta (10000
m
2
− dən çox);
• funksional təyinatına görə anbarlar:
- yüklərin qarışıq, kombinəedilmiş, intermodal və digər daşımalarda nəqliyyat qovşaqla-
rında ötürülməsi məqsədinə xidmət
edən anbarlar - terminal lar;
37
- zəruri materialların konsentrasiyasını və onların istehsalın səmərəli işini təmin edən
saxlanması an barları;
- müştərilərin xüsusi tələblərinə uyğun olaraq sifarişlərin formalaşdırılması üçün
hazırlanmış paylama anbarları;
- xüsusi anbarlar (məsələn, gömrük anbarları, müvəqqəti material saxlama anbarları,
taralar, istifadə məqsədilə geri qaytarılan tullantı anbarları və s.).
• mexanikləşdilmə dərəcəsinə görə anbarlar:
- mexanikləşdirilməmiş;
- mexanikləşdirilmiş;
- avtomatlaşdırılmış;
- avtomatik.
• binaların növü və memarlıq parametrlərinə görə an-barlar:
- çoxmərtəbəli;
- birmərtəbəli;
- 6 m- ə qədər hündürlüyü olan;
- hündür anbarlar (hündürlüyü 7,2 m - ə qədər);
- anqarlar (hündürlüyü 8 m – çatan modullar);
- yarı qapalı (yalnız bir damı və ya bir damı, bir, iki və ya üç divarı var);
- açıq sahələr.
•
nəqliyyatla əlaqəsinə görə anbarlar:
- relsyanı;
- relsdənkənar;
- limanyanı (körpüyanı) anbarlardan ibarətdir.
Relsyanı anbarlar dəmir yolları
nəzdində, giriş dəmir yollarının kənarında yerləşdirilib
magistral dəmir yolları ilə əlaqələndirilir. Relsdənkənar anbarlara yalnız avtomobil və qoşqu
nəqliyyatı yanaşa bilər.
Limanyanı (körpüyanı) anbarlar çay limanlarının yanında və yaxud dəniz limanlarının
ərazisində yerləşdirilir
.
Dostları ilə paylaş: