Fakültə : İxtisas : Qrup : Fənn : Fənn müəllimi : Tələbə : Mövzu



Yüklə 0,71 Mb.
tarix01.12.2019
ölçüsü0,71 Mb.
#29762
Kamran HFT

Fakültə : İxtisas : Qrup : Fənn : Fənn müəllimi : Tələbə :

Mövzu:

  • Yanar qaz balonları saxlanılan anbarlar çardaxsız, arakəsməsiz, yüngül tip örtüklü yanmayan konstruksiyalardan ti¬kilməli və birmərtəbəli olmalıdır. Atmosfer çöküntüləri və günəş şüalarının təsirindən balonları qorumaq şərti ilə onların açıq meydançalarda da saxlanılmasına icazə verilir.
  • Balonların saxlanıldığı anbarlarda müvafiq yanğınsöndürmə avadanlıqları quraşdırılmalıdır. Ərazinin xüsusiyyətləri və təhlükələrə nəzərə alınmaqla uyğun təhlükəsizlik işarələri ilə təmin olunmalıdır.
  • Yanar qaz balonları saxlanılan anbarların döşəmələri zərbə zamanı qığılcım verməyən materialdan olmalıdır. Qrup halında balonların divarla arakəsməsi olmadan yerləşdirilməsinə yalnız yanmayan bütöv divarlı (qapı və pəncərəsi olmayan divar) binalarda icazə verilir. Qrup halında balonlar şkaflarda və ya yanmayan materiallardan hazırlanmış xüsusi budkalarda saxlanılmalıdır.
  • Balonların müəyyən edilmiş normadan artıq sıxıl¬mış, mayeləşdirilmiş və həll olunmuş qazlarla doldurulması qadağandır. Yanar qaz balonları (hidrogen, asetilen, propan, etilen və s.) oksigenli balonlardan, sıxılmış hava və digər oksidləşdiricilərdən, həmçinin zəhərli qazlardan ayrı saxlanılmalıdır.
  • Oksigenli balonlar yağlarla və yağlı materialı olan armaturlarla təmasda olmamalıdır. Oksigenli balonların əllə daşınması zamanı ventildən tutmaq qadağandır. 
  • Sıxılmış qaz stansiyalarının partlayış təhlükəli otaqlarında və yanar qaz balonları saxlanılan otaqlarda təhlükəli qaz qatılığının yaranması barədə siqnal verən cihazlar quraşdırılmalıdır. Göstərilən cihazlar olmadıqda otağın havasının növbədə bir dəfədən az olmayaraq qaz analizi aparılmalıdır.
  • Analiz üçün hava nümunələri otağın aşağı və yuxarı hissələrindən götürülməlidir. Otaqda təhlükəli qaz qatılığı aşkar olunarsa, otağın havasının dəyişdirilməsi üçün tədbirlər görülməli, onun qazlanması səbəbləri aydınlaşdırılmalı və aradan qaldırılmalıdır.
  • Balonların günəş şüalarının birbaşa təsirindən qorunması üçün anbarın pəncərə şüşəsi ağ rənglə rənglənməli və ya günəşdən qorunma qurğuları ilə təchiz olunmalıdır.
  • Başmaqlı yanar qaz balonları anbarlarda şaquli (dik) vəziyyətdə saxlanılmalıdır. Balonların aşmaması üçün, onlar xüsusi yuvalara yerləşdirilməli və ya çəpərlənməlidir. Başmağı olmayan balonlar taxta çərçivələrdə və ya stellajlarda üfiqi vəziyyətdə saxlanılmalıdır.
  • Qaz balonları olan anbarlarda digər maddə, material və əşyaların saxlanılması qadağandır. Qaz balonlarının saxlanıldığı anbarlar müətmadi olaraq yoxlanmalı və təmizlik, səliqə-səhman nəzarətdə saxlanılmalıdır.
  • Sıxılmış və mayeləşdirilmiş qazla doldurulmuş balonlar xüsusi olaraq quraşdırılmış avtomobillərdə daşınmalıdır. Sıxılmış və mayeləşdirilmiş qazla dolu balonların yüklənməsi, boşaldılması və nəqli zamanı son dərəcə ehtiyatlı olamaq lazımdır, çünki onlar bir yerə dəyərsə, düşərsə partlaya bilər. Baş verə biləcək partlayışın qarşısını almaq üçün yanar qazla dolu balonlarla birgə oksigen, asetilen olan balonlar və başqa balonlar saxlanılmamalıdır.
  • Oksigen balonları yağ və piy olan qablarla bir yerdə olmamalıdır. Oksigen balonlarının saxlanması, yüklənibboşaldılması və nəqli zamanı onların üstünə yağın düşməsi və yağlı maddəyə bulaşmış avadanlığa, əskiyə və s. toxunması istisna edilməlidir.
  • Oksigen balonlarını yanar qazlar və xlor balonları, kalsium karbid barabanları, piy, yağ, asan alışan və yanar maye tutumları ilə birgə daşımaq qadağandır. Müvafiq rəngə boyanmış balonların üstündə qazın adı yazılmalı, balonların ventillərinin yan ştuserlərinə qoruyucu başlıqlar və tıxaclar qoyulmalıdır. 
  • Avtomobili müşayiət edən yükləyicinin sıxılmış qaz balonlarını daşımaq hüququ verən sənədi olmalıdır. Sıxılmış (mayeləşdirilmiş) qaz balonları daşınan av¬tomobillər balonların diametrinə uyğun olan və çökəkləri keçə ilə örtülmüş xüsusi rəflərlə təchiz olunmalıdır.
  • Balonlar, onların qoruyucu başlıqları bir tərəfə olmaqla, avtomobilin banının (kuzovunun) eninə və onun bortları hündürlüyü hədlərinə qədər yığıla bilər.
  • Avtomobilin banına (kuzovuna) bir cərgədən artıq balonlar yığılarsa, onların bir-birinə toxunmasının qarşısını al¬maq üçün xüsusi qoruyucu altlıqlardan (çökəkli) istifadə etmək lazımdır. 

Ədəbiyyat:

DİQQƏTİNİZƏ

  • DİQQƏTİNİZƏ
  • GÖRƏ
  • TƏŞƏKKÜRLƏR!!!

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin