Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə35/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   51
10.3. Paylama mərkəzləri 
 
Logistikada maddi axın hərəkət etdirilən, paylanılan və yenidən paylanılandır. Bu məqsəd-
lərə nail olmaq üçün paylama mərkəzlərindən istifadə olunur. Paylama mərkəzləri şəbəkəsinin 
yaradılması müəyyən logistik əməliyyatlara (nəqletmə, yenidən yükləmə, qablaşdırma və s.) çəkilən
xərcləri minimuma endirməyə, material və digər axınların səmərəli idarə edilməsinə kömək edir və
nəticədə istehlakçı üçün son məhsu-lun qiymətinin azalmasına səbəb olur.
Paylama mərkəzi özünü istehsalçı və ya topdansatış müəssisələrindən mal alan bir anbar 
kompleksi kimi təqdim edir və onları daha kiçik partiyalarla özünə və ya onlara məxsus 
malgöndərmə şəbəkələri vasitəsilə müştərilərə (kiçik topdan və pərakəndə satış müəssisələrinə) 
paylayır.
Paylama mərkəzində aşağıdakı əməliyyatlar aparılır: yüklərin çeşidlənməsi, seçilməsi, yı-
ğılması, iriləşdirilməsi, bölünməsi, qablaşdırılması, anbarlanması, saxlanması, emalı, paketlənmə-
si, konteynerləşdirilməsi, yüklərin nəqli və çatdırılması. 
Hər mərkəz gücü (həcmi), konkret yer-
ləşmə yeri (logistika xətti ilə müəyyən edilən iqtisadi maraqların xüsusi zonası) ilə xarakterizə olu-
nur.
Qaydaya görə paylama mərkəzləri satış bazarlarına, məhsul (mal) istehsalı müəssisəsinə 
və ya bərabər məsafəli satış nöqtələrinə və istehsal yerlərinə yaxınlıqda yerləşməlidir.
Paylama mərkəzlərinin yerləşməsinin hər üç strategiyasının öz üstünlükləri vardır.
Paylama mərkəzlərinin satış bazarlarına yaxın yerləşməsi müştəri ehtiyatlarının artırılmasına
ən yaxşı formada kömək edir. Belə anbarların xidmət etdiyi bazarın coğrafi ölçüləri, çatdırma 
sürətindən, sifarişin orta ölçüsündən və yerli nəqletmədə xüsusi xərclərin miqdarından asılıdır. 
Burada əsas meyar - logistik xərclərin minimuma endirilməsidir. Kütləvi istifadə olunan ərzaq 
məhsullarının, sənaye mallarının satışında belə anbarlara tez-tez rast gəlinir. Satış bazarlarının 
yaxınlığında cox sayda sənaye sahələrinin yerləşməsi xarakterikdir. Belə bir strategiya iqtisadi 
cəhətdən özünü doğrultmuşdur və bu ehtiyatların yenidən tez doldurulmasının ən ucuz üsuludur.
Mərkəzlərin istehsal müəssisələrinin yaxınlığında yerləşməsi istehlakçıları təmin etmək 
üçün lazım olan məhsul çeşidlərinin yığılmasına kömək edir. 
Anbarların bu düzülüşü xüsusi tariflərlə istehlakçılara qarışıq yük göndərməyə imkan verir. 
Belə yerləşdirmənin üstünlüyü - yüksək xidmət səviyyəsinin tədarük olu-nan məhsulların bütün 
növlərinə aid olmasıdır. Bu strategiyada istehsalçının məqsədi - digər təchizatçılar arasında özünü 
ən yaxşı şəkildə göstərməsidir. 
İstehsal və istehlak arasında yerləşən aralıq mərkəzlərdə anbar strukturları elə istehsalın 
yaxınlığında yerləşən mərkəzlərə uyğun sxemlər üzrə işləyir: məhsullar tam çeşiddə yığılır və 
mallar sifarişçilərə güzəştli tariflərlə qarışıq partiyalarla göndərilir.
Paylama şəbəkəsinin sayı, gücü, yerləşməsi və funksiyası maddi axınların həcmindən, 
paylayıcı şəbəkə layihələndirən müəssisənin strategiyasından və maliyyə vəziyyətindən asılıdır. 
Bunun üçün nəzərə alınmalıdır: nəqliyyat xərcləri, yüklərin anbar emalı, yüklərin saxlanması, 
sifarişlərin rəsmiləşdirilməsi və idarəetmə sistemləri, müştərilərə xidməti səviyyəsi.
Paylama mərkəzinin ən yaxşı mal paylama şəbəkəsi, ən aşağı ümumi xərclərlə ən yüksək 
səviyyədə müştərilərə xidməti təmin şəbəkə sayılır. 


34 
Seçilmiş strategiyaya uyğun olaraq, mal paylama şəbəkəsi mərkəzləşdirilmiş bir struktur ki-
mi (vahid böyük paylama mərkəzi kimi) və qeyri - mərkəzləşdirilmiş struktur (bir neçə paylama 
mərkəzləri ilə) təşkil edilə bilər.
Mərkəzləşdirilmiş mal paylama şəbəkəsi olan paylama mərkəzi istehsalçılar tərəfindən 
istehsal olunan malları ölkənin müxtəlif bölgələrindəki son və ya aralıq istehlakçılar (topdan və ya 
kiçik topdansatış vasitəçilərə və ya birbaşa pərakəndə ticarət şəbəkəsinə) göndərir.
Belə bir 
variantda istehsalçının hazır məhsul anbarında saxlanan ehtiyatların azaldılması mümkündür. Bu 
halda istehsalçı eyni zamanda bütün istehsal məhsullarını paylama mərkəzlərinə göndərir. Bu 
variantın çatışmayan cəhəti malların çoxsaylı istehlakçılara - malların sifarişçilərə çatdırılmasının
nəqliyyat xərclərinin böyük olmasıdır.
Qeyri - 
mərkəzləşdirilməmiş paylama sistemində çox sayda paylama mərkəzinin material 
ehtiyatı və dəyəri mərkəzləşdirilmiş sistemdən daha yüksək olacaqdır.
Lakin paylayıcı mərkəzlərin 
əmtəə bazarlarının ərazisində, istehlakçıların yaxınlığında yerləşməsi səbəbindən malların isteh-
lakçılara çatdırılması xərcləri daha az olacaqdır. Bu, ayrıca paylama mərkəzlərinin özünün regional 
bazarları araşdırmalarını asanlaşdırır
və onlar həmin bazarlarda vəziyyətə çevik reaksiya verə bilər.
Bu sistemin çatışmazlıqlarından biri kiçik regional anbarlarda, mərkəzləşdirilmiş sistemin avto-
matlaşdırılmış paylama mərkəzində olduğu kimi, yüklərin aşağı maya dəyəri ilə emalının mümkün 
olmamasıdır. Anbarların müxtəlif regionlarda yerləşməsi şərtində onların
Mərkəzləşdirilmiş paylama sistemində sifarişlərin rəsmiləşdirilməsi xərcləri böyük ola bilər 
və bu xərclər paylama mərkəzlərinin sayının artması ilə azaldılır. Anbarların müxtəlif regionlarda 
yerləşdirilməsi şərtilə onların istehlakçılara yaxın-laşdırılması daha operativ və ucuz ola bilər. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin