Avropada azadlıqdan məhrum edilmiş şəxslərlə pis rəftarın qarşısının alınması



Yüklə 18,34 Kb.
tarix16.02.2017
ölçüsü18,34 Kb.
#9003


Avropada azadlıqdan məhrum edilmiş şəxslərlə pis rəftarın qarşısının alınması


İşgəncənin Qarşısının Alınması üzrə Komitə (İQAK) azadlıqdan məhrum edilmiş şəxslərlə necə rəftar edildiyini dəyərləndirmək məqsədi ilə azadlıqdan məhrumetmə yerlərinə səfərlər təşkil edir. Bu kimi yerlərə həbsxanalar, yetkinlik yaşına çatmayanlar üçün həbsdə saxlama mərkəzləri, polis məntəqələri, azadlıqdan məhrum edilmiş immiqrantlar üçün saxlama mərkəzləri, psixiatriya xəstəxanaları, sosial baxım evləri və s. daxildir.

İQAK-ın heyətləri azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz daxil olmaq və belə yerlərdə hər hansı məhdudiyyət olmadan hərəkət etmək hüququna malikdirlər. Onlar azadlıqdan məhrum edilmiş şəxslərlə təkbətək söhbət apara və məlumat təmin edə biləcək hər kəslə sərbəst ünsiyyət qura bilərlər.

Hər bir səfərdən sonra İQAK müvafiq dövlətə müfəssəl hesabat göndərir. Bu hesabata İQAK-ın əldə etdiyi məlumatlar, onun tövsiyələri, şərhləri və sorğuları daxil olur. İQAK həmçinin hesabatda qaldırmış olduğu məsələlərə ətraflı cavabın verilməsini xahiş edir. Bu hesabatlar və cavablar müvafiq dövlətlə davam edən dialoqun bir hissəsini təşkil edir.

İQAK-ın tam adı “İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi”dir. Burada iki mühüm xüsusiyyət önə çəkilir: birincisi, fəaliyyət dairəsi baxımından Komitə Avropa ilə məhdudlaşır; ikincisi, yalnız “işgəncə” deyil, mahiyyətcə “qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və ya cəza”ya bərabər tutula biləcək bütün halları əhatə edir.


Səfərlər sistemi


Səfərlər, adətən bir neçə İQAK üzvündən ibarət olan, Komitə Katibliyi işçilərinin və lazım gəldikdə əlavə ekspertlərin və tərcüməçilərin də müşayiət etdikləri nümayəndə heyətləri tərəfindən həyata keçirilir.

İQAK heyətləri səfərləri dövri əsasda (adətən dörd ildə bir dəfə) həyata keçirirlər, lakin lazım gəldikdə əlavə xüsusi (“ad hoc”) səfərlər də təşkil olunur.



Komitə səfər etmək niyyətində olduğunu müvafiq dövlətə bildirməlidir. Bu cür məlumat verildikdən sonra, İQAK heyəti insanların azadlıqdan məhrum edilə biləcəyi istənilən yerə, istənilən zaman baş çəkə bilər.

Əməkdaşlıq və məxfilik


Əməkdaşlıq və məxfilik prinsipləri İQAK-ı təsis edən beynəlxalq sazişdə nəzərdə tutulur.

  • Milli hakimiyyət dairələri ilə əməkdaşlıq İQAK-ın işinin əsasını təşkil edir; belə ki, əsas məqsəd dövlətləri pis rəftar hallarına görə qınamaq deyil, azadlıqdan məhrum edilmiş şəxsləri müdafiə etməkdir.

  • Məxfilik İQAK-ın işinin digər səciyyəvi xüsusiyyətidir: Komitənin əldə etdiyi məlumatlar, onun hesabatları və hökumətlərin cavabları prinsipcə məxfi sayılır. Bununla belə, İQAK-ın işi haqqında xeyli sayda məlumat ictimaiyyətə açıqdır.

Nəşrlər


  • Dövlətin özü İQAK-ın hesabatının onun vermiş olduğu cavabla birlikdə nəşr edilməsini xahiş edə bilər. İndiyə qədər əksər dövlətlər bu sənədlərin nəşr edilməsi seçimini etmişlər.

  • Dövlət İQAK ilə əməkdaşlıqdan çəkinərsə və ya İQAK-ın tövsiyələrinə uyğun olaraq vəziyyəti yaxşılaşdırmaqdan imtina edərsə, Komitə “açıq bəyanat”la çıxış etməyə qərar verə bilər.

  • Bundan əlavə, İQAK öz fəaliyyəti haqqında ildə bir dəfə nəşr edilən “Ümumi hesabat” hazırlayır.

İQAK-ın strukturu


  • İQAK üzvləri hüquqşünaslar, həkimlər və penitensiar və ya polis mütəxəssisləri daxil olmaqla müxtəlif sahələri təmsil edən müstəqil və qərəzsiz ekspertlərdirlər.

  • Avropa Şurası Nazirlər Komitəsi tərəfindən hər bir iştirakçı dövlətdən bir üzv seçilir. Üzvlər fərdi qisimdə fəaliyyət göstərirlər (yəni seçildikləri dövləti təmsil etmirlər). Müstəqilliyin təminatı nöqteyi-nəzərindən, üzvlər seçildikləri dövlətə səfər etmirlər.

  • İQAK Katibliyi Avropa Şurasının İnsan hüquqları və hüquq məsələləri baş direktorluğunun tərkib hissəsidir.

Ümumi məlumat


  • İQAK Avropa Şurasının 1989-cu ildə qüvvəyə minmiş “İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası” əsasında yaradılıb.

  • İQAK-ın fəaliyyəti Avropa İnsan Hüquqları Konvensiyasının “Heç kəs işgəncəyə və ya qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır” məzmunlu 3-cü maddəsinə əsaslanır.

  • İQAK istintaq aparan qurum deyil; Komitə azadlıqdan məhrum edilmiş şəxsləri işgəncə və digər pis rəftar formalarından müdafiə etmək üçün təsis edilmiş, mühakimə funksiyası olmayan preventiv mexanizmdir. Bununla da, İQAK Avropa İnsan Hüquqları Məhkəməsinin mühakimə işini tamamlayır.

Ratifikasiyalar


  • Konvensiya Avropa Şurasının 47 üzv dövləti tərəfindən ratifikasiya edilib.

  • Konvensiya imzalanma üçün Avropa Şurasının üzv dövlətlərinə açıqdır. Avropa Şurası Nazirlər Komitəsi Şuraya üzv olmayan hər hansı dövləti Konvensiyaya qoşulmağa dəvət edə bilər.

Əlavə ədəbiyyat


  • İQAK-ın səfərlərinə dair hesabatlar, hökumətlərin cavabları, açıq bəyanatlar və ümumi hesabatlar İQAK-ın www.cpt.coe.int ünvanlı internet saytından əldə edilə bilər.

  • İQAK-ın azadlıqdan məhrum edilmiş şəxslərlə rəftara dair standartları mövcuddur. Bu standartların xülasəsi “İQAK standartları” adlı kitabçada nəşr edilib [CPT/Inf/E (2002) 1].

  • İQAK-ın mandatı və fəaliyyət metodları barədə daha ətraflı məlumatla İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyasının mətnində və Konvensiyanın İzahedici Protokolunda [CPT/Inf/C (2002) 1] tanış olmaq olar.

Əlaqə


Secretariat of the CPT

Council of Europe

F-67075 Strasbourg Cedex

Fransa
Internet: www.cpt.coe.int

E-mail: cptdoc@coe.int

Tel.: +33 (0)3 88 41 39 39

Fax: +33 (0)3 88 41 27 72

Strasburq, sentyabr 2010

Üz qabığındakı şəkil:  Avropa Şurası
CPT/Inf/E (2010) 1

Azərbaycan dilində/ Azerbaijani / Azerbaïjanais






Avropa Şurası




İşgəncənin və qeyri-insani,
yaxud ləyaqəti alçaldan rəftar və
ya cəzanın qarşısının alınması üzrə
Avropa Komitəsi (İQAK)




İQAK barədə qısa məlumat






Yüklə 18,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin