31
10. Logistikanın nəqliyyat – ekspedisiya təminatı
10.1. Nəqliyyat növünün seçilməsi
Malların paylanmasının nəqliyyat - ekspedisiya təminatı ekspeditorların (nəqliyyat
agentlərinin) planlaşdırma fəaliyyətidir.
Nəqliyyat agentləri malların istehsal yerlərindən istehlak
yerlərinə çatdırılmasını təşkil etmək və həyata keçirmək üçün fəaliyyət göstərirlər.
Həm də əlavə
xidmətlər göstərmək, o cümlədən, göndəriş partiyalarının daşımalara hazırlanmasını, ən optimal
üsul və metodlardan istifadə edərək sənaye və ticarət müəssisələrinin malların səmərəli bölüş-
dürülməsində ehtiyaclarının ödənilməsini təmin etmək.
Bu fəaliyyətə lazımi nəqliyyat sənədlərinin hazırlanması, nəqliyyat müəssisəsi ilə daşınma
müqaviləsinin bağlanması, yük daşımalara görə hesablaşma, yükləmə - boşaltma işlərinin təşkili,
saxlama, nəqliyyat prosesinin iştirakçılarının informasiya təminatı, sığorta, kiçik göndərişlərin iri-
ləşdirilməsi, gömrük rəsmiləşdirmələrinin sadələşdirilməsi daxildir.
Malların paylanmasının nəqliyyat - ekspedisiya təminatının əsas vəzifələ-rindən biri -
nəqliyyatın seçilməsidir.
Bindan başqa,
o, logistikanın qarşılıqlı əlaqəli digər məsələlərini, o
cümlədən, ehtiyatların optimal səviyyəsini yaratmaq və qorumaq, qablaşdırma növünü seçmək və s.
həll edir.
Nəqliyyat növünü seçmək üçün əsas, konkret daşıma üçün optimal olan, müxtəlif
nəqliyyat növlərinin xarakterik xüsusiyyətləri barədə məlumatdır.
Seçim müxtəlif nəqliyyat növlərinin logistik əməliyyatlarda istifadəsi məqsədilə onların
üstün və catışmayan cəhətlərinin təhlili və qiymətləndirilməsi ilə başlayır.
Dostları ilə paylaş: