Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə33/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   51
Avtomobil nəqliyyatı 
Əsas üstünlüklərindən biri – yüksək manevretmə qabiliyyətidir.
Avtomobil nəqliyyatı vasitəsi ilə yük zərurət yarandıqda təcili, müntəzəm və malların 
qablaşdırılması üçün daha az sərt tələblərlə “qapıdan qapıya” çatdırıla bilir. 
Avtomobil nəqliyyatının əsas çatışmazlığı daşımaların maya dəyərinin nis-bətən yüksək olması 
olub, ödəməsi, adətən avtomobilin maksimum yükgötürmə qabiliyyətinə görə alınır. Digər çatış-
mazlıqlar - boşaltmanın təcililiyi, yükün və nəqliyyat vasitələrinin oğurlanması ehtimalı, nisbətən 
kiçik yükgötürmə qabiliyyətinin olması. 
Dəmir yolu nəqliyyatı 

Əsas üstünlüklər: hər cür hava şəraitində müxtəlif yük partiyalarının daşın-ması üçün yaxşı 


uyğunlaşdırılması;yüklərin daşınmasının nisbətən aşağı maya dəyəri; yükün uzaq məsafələrə çat-
dırılması imkanı; daşımaların müntəzəmliyi.
 
Dəniz nəqliyyatı 
Əsas üstünlüklər: beynəlxalq daşımaların ən böyük daşıyıcı; aşağı yük tarif dərəcələri və 
yüksək daşıma qabiliyyətinin olması. 
Dəniz nəqliyyatının çatışmazlıqlarına aşağı sürət, yükün qablaşdırılması və qorunması üçün 
ciddi tələblər, göndərişlərin aşağı tezliyi.
Daxili su nəqliyyatı 
Əsas üstünlüklər: çəkisi 100 tondan çox olan yükü 250 km-dən çox məsafəyə daşıdıqda yü-
kün tarifinin aşağı olması. 
Daxili su yolu nəqliyyatının çatışmazlıqları, çatdırılma sürətinin aşağı olma-sı ilə yanaşı 
coğrafi baxımdan az əlverişli olmasıdır. Bu su yollarının konfiqurasiyasının yaratdığı 
məhdudiyyətlərlə əlaqədardır. 
Hava nəqliyyatı. 
Əsas üstünlüklər: sürət və uzaq bölgələrə çatma qabiliyyəti. 


32 

Çatışmazlıqlar: yüksək yük tarifləri və hava şəraitindən asılılıq, hansı ki, çatdırma cədvəlinə 
əməl olunması etibarlılığını azaldır. 
Göründüyü kimi logistikada nəqliyyat növünün seçilməsinə bir neçə amil təsir göstərir: 
- çatdırılma vaxtı;
- göndərmələrin tezliyi
- çatdırılma qrafikinə əməl etmənin etibarlığı; 
- müxtəlif yükləri daşıması qabiliyyəti
- yükü lazımi nöqtəyə çatdırmaq qabiliyyəti; 
- daşımaların dəyəri.
Logistika sahəsindəki mütəxəssislərin çoxsaylı təxminlərinə görə nəqliyyat vasitəsi seçərkən 
ən əhəmiyyətli amillər bunlardır: çatdırma cədvəli, çatdırma vaxtı və qiymətinə əməl etmənin 
etibarlığı.
Edilən seçimin düzgünlüyü texniki və iqtisadi hesablamalar ilə təsdiqlənməlidir. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin