37
- zəruri materialların konsentrasiyasını və onların istehsalın səmərəli işini təmin edən
saxlanması an barları;
- müştərilərin xüsusi tələblərinə uyğun olaraq sifarişlərin formalaşdırılması üçün
hazırlanmış paylama anbarları;
- xüsusi anbarlar (məsələn, gömrük anbarları, müvəqqəti material saxlama anbarları,
taralar, istifadə məqsədilə geri qaytarılan tullantı anbarları və s.).
• mexanikləşdilmə dərəcəsinə görə anbarlar:
- mexanikləşdirilməmiş;
- mexanikləşdirilmiş;
- avtomatlaşdırılmış;
- avtomatik.
• binaların növü və memarlıq parametrlərinə görə an-barlar:
- çoxmərtəbəli;
- birmərtəbəli;
- 6 m- ə qədər hündürlüyü olan;
- hündür anbarlar (hündürlüyü 7,2 m - ə qədər);
- anqarlar (hündürlüyü 8 m – çatan modullar);
- yarı qapalı (yalnız bir damı və ya bir damı, bir, iki və ya üç divarı var);
- açıq sahələr.
•
nəqliyyatla əlaqəsinə görə anbarlar:
- relsyanı;
- relsdənkənar;
- limanyanı (körpüyanı) anbarlardan ibarətdir.
Relsyanı anbarlar dəmir yolları nəzdində, giriş dəmir yollarının kənarında yerləşdirilib
magistral dəmir yolları ilə əlaqələndirilir. Relsdənkənar anbarlara yalnız avtomobil və qoşqu
nəqliyyatı yanaşa bilər.
Limanyanı (körpüyanı) anbarlar çay limanlarının yanında və yaxud dəniz limanlarının
ərazisində yerləşdirilir
.
Dostları ilə paylaş: