35
11. Anbar – nəqliyyat texnologiyaları.
11.1. Anbar anlayışı və onun funksiyaları
Anbar - xüsusi texnoloji avadanlıqlarla təchiz olunmuş binalar və müxtəlif tikililər olub,
bütün kompleksdə daxil olan malların qəbulu, saxlanması, yerləşdirilməsi və paylanması
əməliyyatları həyata keçirilir.
Anbarın əsas məqsədi ehtiyatları cəmləşdirmək, saxlamaq və istehlakçıların fasiləsiz və sə-
mərəli təmin edilməsidir.
Anbarlar logistik zəncirin əsas alt sistemlərindən birini formalaşdırır. Logistik sistem
anbarlara təşkilati və texniki – iqtisadi tələbləri formalaşdırır, anbar sisteminin optimal fəaliyyəti
üçün məqsəd və meyarlar təyin edir, yüklərin emal şərtlərini müəyyənləşdirir. Öz növbəsində,
materialların saxlanılmasının təşkili (anbarların yerləşmə yerinin seçilməsi, materialların saxlanma
üsulu və s.) paylama xərclərinə, logistik zəncirin müxtəlif sahələrində ehtiyatların ölçüsünə və
hərəkətinə ciddi təsir göstərir.
Malların anbarda saxlanmasının iqtisadi planda səmərəliliyə əhəmiyyətli mənfi təsiri vardır.
Anbarlamada ehtiyatların anbarlarda saxlanılması xərcləri səbəbindən malların qiymətinin artması
baş verir. Əlavə xərcləri anbar əməliyyatları xərcləri, anbar kirayəsi, anbarların saxlanılması üçün
cari xərcləri əhatə edir. Bundan əlavə anbar ehtiyatlarının yaradılması, başqa məqsədlər üçün
istifadə edilə biləcək, əhəmiyyətli maliyyə mənbələrinin
yayındırılmasına gətirib çıxarır. Ona görə
məhsulların saxlanması, yalnız xərcləri azaltmağa və ya logistik xidmətlərin keyfiyyətini artırmağa
imkan verirsə, o halda özünü doğruldur.
Anbarlamanın müsbət roluna istehsalın ahəngdarlığının təmin edilməsi, yüklərin komplekt-
ləşdirilməsi üçün texniki və təşkilati şəraitin yaradılması, ehtiyatların paylanması və konsentrasiyası
aiddir.
Anbarın əsas funksiyaları:
Dostları ilə paylaş: