44
Seçilmiş kanallar məhsulun istehsalçıdan son istehlakçıya çatdırılması zamanı sürətə, vaxta,
hərəkətin və məhsulların saxlanmasına təsir edir. Eyni zamanda kanalı tərtib edən təşkilatlar və ya
şəxslər bir sıra vacib funksiyaları yerinə yetirirlər:
• məhsul və xidmətlərin paylanmasının planlaşdırılması üçün zəruri olan məlumatları
toplamaq üçün tədqiqat işləri aparmaq;
• mallar haqqında məlumat yaratmaq və yaymaqla satışları stimullaşdırmaq;
• potensial alıcılarla əlaqə qurmaq;
• məhsulu alıcıların tələblərinə uyğunlaşdırmaq;
• məhsullar potensial istehlakçılar ilə danışıqlar aparmaq;
• malların hərəkətini təşkil etmək (nəqletmə və anbarlama);
• paylama kanalı üzrə malların
hərəkətini maliyyələşdirmək;
• kanalın işi ilə bağlı riskləri öz üzərinə götürmək.
Bu funksiyaların hamısını və ya bir hissəsini istehsalçı öz üzərinə götürə bilər. Bu halda
istehsalçının xərcləri artır. Vasitəçi təşkilatlar ixtisaslaşma nəticəsində paylayıcı kanalların sadala-
nan funksiyalarını tez-tez və səmərəli yerinə yetirirlər. Bir sıra hallarda
vasitəçilər xərclərini
ödəmək üçün istehsalçıdan əlavə haqq tələb etməli olurlar. Bir paylamanın müxtəlif funksiyalarını
kimin yerinə yetirməli olduğu sualı – nisbi səmərəlilik məsələsidir. Funksiyaları daha səmərəli şə-
kildə yerinə yetirmək üçün fürsət yarandıqda kanal yenidən qurulur.
Malların paylanma kanalları, onları təşkil edən səviy-yələrin sayı ilə xarakterizə edilə bilər.
Kanal səviyyəsi - məhsulu və onun sahibliyini son istehlakçıya yaxınlaşdırmaq
üçün iş
görən vasitəçidir. Kanalın uzunluğu, istehsalçı ilə istehlakçı arasında,
kanal səviyyələri kimi
paylama kanalının iştirakçıları olan orta səviyyələrin sayı ilə müəyyən edilir. Müxtəlif uzunluqlu
paylanma kanallarının nümunələri şəkil 5.5 - də verilir. Şəkildə göstərilən paylanma kanalları
ənənəvi kanallardır.
Onlar müstəqil istehsalçıdan və bir və ya bir neçə müstəqil vasitəçidən ibarətdir.
Hər bir
kanal iştirakçısı maksi-mum gəlir əldə etmək istəyən ayrıca bir müəssisədir.
Paylanma (bölgü) kanalları
üfüqi və şaquli paylama kanalları kimi təsnif edilir.
Dostları ilə paylaş: